Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:06

Polis «Dalğa»çıları buraxıb


«Dalğa» Gənclər Hərəkatının aksiyası
«Dalğa» Gənclər Hərəkatının aksiyası
Ramin Hacılı AzadlıqRadiosuna deyib ki, aksiyada saxlanılanlar polis bölməsində qeydə alınıblar:

«Polis bölməsində əvvəlcə işimizi məhkəməyə göndərəcəklərini bildirdilər, sonradan onlar fikirlərini dəyişərək bizi sərbəst buraxdılar».

***

İyulun 8-də «Dalğa» gənclər hərəkatı bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin ildönümü ilə əlaqədar aksiya keçirməyə cəhd edib.

Gənclər Filarmoniya bağında tələblərini səsləndirəndən sonra, Prezident Administrasiyasının qarşısına yürüş ediblər. Polis cəhdin qarşısını alıb, 4 nəfər saxlanıb. Onları Səbail rayonunun 9-cu polis bölməsinə aparıblar.

Saxlananlardan Ramin Hacılı:

«Biz Prezident Administrasiyası qarşısına gedib, problemə diqqət çəkdikdən sonra hadisə yerindən uzaqlaşacaqdıq. Polisin 4 nəfərimizi tutmağa gücü çatdı, qalanları isə aksiya baş tutduğu üçün hadisə yerindən uzaqlaşdı».

«Dalğa» gənclər hərəkatı öz bəyanatında Adanan Hacızadə və Emin Millinin artıq 1 ildir ki, həbsdə olmasını və onlar barədə istintaq prosesini və məhkəmə qərarını ədalətsiz adlandırırlar.

Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG