Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:04

Müsavatla Xalq Cəbhəsinin birliyi xaricdən verilmiş sifarişdir?


Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov
«Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyi xalqdır, seçicilərdir. Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür».

YENİ BİRLİK İFLASA UĞRAYACAQ?


APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. O, bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb:

«ONLAR YAP-A TƏHLÜKƏ YARADA BİLMƏZ»


«Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər də belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil. Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq».
XS
SM
MD
LG