Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:32

Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb


Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunub
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunub
Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb.

Görüş bir saat yarım davam edib.

«3+2» formatında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq də iştirak ediblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda jurnalistlərə verdiyi açıqlamada Almatı görüşündə əsasən Laçın və Kəlbəcərin işğaldan azad olunması müddətinin müzakirə ediləcəyini bildirmişdi. / APA /
XS
SM
MD
LG