Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:50

İran edam cəzası kəsilmiş qadını bağışlamaq istəmir


Səkinə Məhəmmədi Aştiyani
Səkinə Məhəmmədi Aştiyani
İran hökuməti daş-qalaq edilməkdə edam cəzasına məhkum edilən Səkinə Məhəmmədi Aştiyanini bağışlamaq fikrində olmadığını artıq bildirib. 5 ildir ki, həbsxanada edamını gözləyən 43 yaşlı iki uşaq anasının daş-qalaq edilməsi hələlik təxirə salnsa da, İran şəriət məhkəməsi gec-tez qərarın icra ediləcəyini deyir.

VƏKİL İRANDAN QAÇIB

Aştiyanini ölümdən qurtarmaq üçün beynəlxalq kampaniya başladan vəkili də İrandan qaçmalı olub. Vəkil Məhəmməd Mustafeyi həbsxanaya çağrılmasından, xanımı və xanımının qardaşının həbsindən sonra İrandan qaçıb.

Mustafeyi başına gələnləri AzadlıqRadiosuna anladıb. Onun sözlərinə görə, ilk dəfə iyulun 24-də Tehrandakı Evin həbsxanasına çağırılıb. Dövlət ittihamçısı Şahid Moqdasın hüzuruna, dindirilməyə.

Dindirilmə zamanı kifayət qədər ünlü hüquq-müdafiəçisindən nəyə görə edam cəzası alanlara vəkillik elədiyi, və nəyə görə bəzi hallarda bu xidmətlərinə görə pul almadığı soruşulub.

3 saatlıq sorğu-sualdan sonra Mustafeyə deyiblər ki, gedə bilərsən.

OLAYA VƏKİLİN AİLƏSİNİ DƏ QARIŞDIRIBLAR

Amma işə qayıdan vəkil onu buraxanların burda gözlədiklərini görüb. Mustafei ofisinə girməyib, həbsdən qurtulub. Amma əvəzində xanımının qardaşı ilə bilikdə həbs edildiyini öyrənib. Bir neçə gün sonra, ona çatdırıblar ki, əgər arvadı Fərəştəhin azadlığa buraxılmasını istəyirsə, gəlib təslim olsun.

«Bir-iki gündən sonra bildirdilər ki, onlar mənim arvadımı və onun qardaşını girov kimi saxlayırlar və mən təslim olmasam, onları buraxan deyillər. Mən İranı tərk etmək qərarı vermişdim, xoşluqla məni buraxmayacaqlarını bildiyimdən ölkəndən qaçdım, sərhədi keçib Türkiyəyə, Vana gəldim».

Türkiyənin İranla sərhəd bölgəsi olan Vana gələndən sonra vəkil tanış hüquq-müdafiəçiləri ilə əlaqə saxlayıb və onu İstanbula gətiriblər.
Vəkil Məhəmməd Mustafeyi
Burda Mustafei Türkiyədən sığınacaq istəyib.

«ONUN HƏYATINI XİLAS ETMƏK MƏNİM BORCUM İDİ»

Vəkildən soruşanda ki, «Bunlarin başına gələcəyini bilsəydi, Səkinə Aştiyanini müdafiə edərdimi?», o, tərəddüdsüz cavab verir.

«Səkinə Məhəmmədinin həyatını xilas etməyə çalışmaq mənim borcum idi. Çünki, ədliyyə sistemi onu daş-qalaq edilməkdən xilas etmək üçün heç nə etmək fikrində deyildi və mən onun fəryadını dünyaya çatdırdım ki, müəyyən beynəlxalq təzyiq olsun, və Səkinəni daş-qalaq etməsinlər».

Mustafeinin cəhdləri nəticəsində Səkinə Aştiyaninin işi beynəxalq səs-küy doğurdu. Ən çox da, amansız edam cəzasının, daş-qalaq edilmənin barbar imici üzündən.

İran hökuməti ötən ay məcbur olub edam cəzasını təxirə saldı. İran rejiminin dostu kimi bilinən Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə Səkinəni xilas etmək üçün ona sığınacaq da təklif etdi. Amma rəsmi Tehran bu təklifi rədd elədi. Və indi Təbriz həbsxanasında saxlanılan 43 yaşlı Aştiyaninin əvvəl-axır edam ediləcəyini bildirdi.

Vəkil Məhəmməd Mustafei xəyanətdə ittiham edilib, ölüm cəzası alan Səkinəni inidlik ölümdən xilas etsə də, indi öz həyat yoldaşını həbsdən xilas etməyə məcburdur.

UŞAQLARIN TALEYİNDƏN NARAHATDIR

«Düzü mən inanmıram ki, İran məhkəmə sitemində olanlar insanlıqdan xəbərsiz olsunlar. Mən heç vaxt düşünməmişəm ki, bizim ədalət sistemimizdə bu qədər qanunsuzluq ola bilər. Mənim ağılıma da gəlməzdi ki, onlar mənim arvadımı günahsız ola-ola 2 həftə həbsdə saxlaya bilərlər. Onun mənim işimə heç bir dəxli yox idi».

Mustafei arvadından əlavə, vəkillik elədiyi və ölüm hökmü verilməsi gündəmdə olan azyaşlı uşaqların da taleyindən narahatdır. Deyir ki, ona təzyiq üçün həmin uşaqların daha ağır cəzalandırılmasından qorxur.
XS
SM
MD
LG