Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:26

Kür çayının üstündəki körpü istifadəyə verilib


İyulun 30-dan təmirə dayanan Kür çayının üstündəki körpü avqustun 18-də istifadəyə verilib. Amma bu dəfə təmirdən çıxan körpüdən ümumi çəkisi 6 tona qədər olan maşınlar buraxılacaq. Körpünü təmir edən Şirvan şəhər 34 saylı yol-istismar idarəsinin rəis müavini Nizami Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, köhnə körpünün yanından yeni bir körpünün tikintisi planlaşdırılır, hətta layihə də hazırdır, sadəcə bəzi məsələlərə görə tikinti işləri ləngiyir.

Körpü tam təmir olunmayıb bəzi plitələr dəyişdirilib və üzərinə asfalt örtüyü vurulub. Bir neçə dəfə təmir edilən körpünün sonuncu dəfə dağılmasına daşqınlar zamanı ağır tonnajlı yük maşınlarının hərəkəti səbəb olub.

Yol istismar idarəsinin rəis müavini təmir işlərinə nə qədər vəsait xərcləndiyini açıqlamır, deyir işlər idarənin daxili imkanları hesabına görülüb.
1962-ci ildə istifadəyə verilən bu körpünün istismar müddəti çoxdan bitib. Sadəcə yeni körpünün tikintisi ləngidiyindən və alternativ yol olmadığından hələlik minik avtomobillərin bu körpünün üstündən hərəkətinə icazə verilir.

Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 8-ci kilometrlındə Kür çayı üzərindəki bu körpü Sabirabad rayonunun 50-yə yaxın kəndilə Şirvan şəhərini birləşdirir. Eni 7, uzunluğu 200 metrdən çoxdur.
XS
SM
MD
LG