Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:09

Britaniyalı jurnalist: «Ermənistan indi çətin vəziyyətdədir»


Tanınmış Britaniya jurnalisti, "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın Azadlıq Radiosuna müsahibəsi.

- Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın gücləndirilməsi haqda bağlanmış hərbi sazişi necə qiymətləndirirdiz?

- Ermənistan indi çətin vəziyyətdədir. Prezident Sarkisyan Türkiyə ilə yaxınlaşma məsələsinə çox enerji və siyasi kapital sərf etdi.

Amma bu ilin əvvəlində həmin cəhdlər uğursuzluqla nəticələndi. Eyni zamanda Qarabağ danışıqları dalana dirənib və Azərbaycan yenidən təhdidedici bəyanatlar verir.

Rusiya bu vəziyyətdən yararlanıb ermənilərə elə bir təklif verdi ki, onlar həmin təklifdən imtina edə bilməzdilər.

Yəni öz hərbi potensialını artıran Azərbaycana qarşı Rusiyanın hərbi gücündən istifadə etmək təklifi.

Digər tərəfdən Ermənistan iqtisadiyyatı elə zəifdir ki, onların yeni silahlar almağa pulları yoxdu.

Ermənistan üçün Rusiyanın bu təklifi göydəndüşmə oldu, yəni onlar əgər belə demək olarsa, öz təhlükəsizliklərini “ucuz qiymətə” təmin etmək imkanı qazandıqlarını düşündülər.

- Bu şərh sizin uzunmüddətli perspektivdə Rusiyanın cənubi Qafqazdan geri çəkiləcəyi haqda əvvəllər söylədiyiniz fikirlərinizin kontekstinə nə dərəcədə uyğundur?

- Mən o fikirdə qalıram ki, Rusiya uzunmüddətli perspektivdə cənubi Qafqazdan geri çəkilməli olacaq.

Bu mənada yalnız Abxaziyanı istisna etmək olar. Rusiya orada demək olar ki, əbədi qala bilərlər.

- Hətta cənubi Osetiyanı da istisna ermirsiz?

- Məncə cənubi Osetiyada vəziyyət fərqlidir. Düşünürəm ki, uzun müddətli perspektivdə Rusiya cənubi Osetiyada qalmaqdan heç nə əldə edə bilməyəcək.

Osetiyalılar Rusiya və Gürcüstan arasında seçim etmək istəmirlər. Onlar ikisini də istəyirlər. Bu mənada yəqin ki onlar kompromis razılıq əldə etməyə çalışacaqlar.

Ermənistan prezidenti Sarkisyan və Rusiya prezidenti Medvedev
Əgər müxtəlif faktorlara diqqət etsəniz görərsiz ki, cənubi Qafqazdakı etnik rusların sayı azalıb. Rus dili və rus televiziyası öz təsir dairəsini itirir.

Bu mənada Rusiyanın regionda sırf hərbi gücün artırılmasına yönələn siyasəti, Gümridəki bazada daha çox qalmaq üçün hərbi sazişin müddətini uzatması – bunlar mənim fikrimcə siyasi təsir gücünün artırılması baxımından elə də böyük nailiyyət deyil.

Rusiya Ukrayna ilə də Sevastopoldakı bazadan istifadə müddətinin uzadılması haqda razılıq əldə edib. Amma bu Ukraynanın yenidən tam şəkildə Rusiyanın təsir dairəsinə qayıtması demək deyil.

ABŞ-ın da İncirlikdə bazası var. Amma Amerikanın Türkiyəylə münasibətləri indi ideal deyil.

Baza məsələsi təsir rıçaqlarının yalnız biridir. Ən mühüm rıçaq iqtisadi təsir vasitələridir.

Bu mənada Rusiyanın Ermənistan iqtisadiyyatının əhəniyyətli bir hissəsinə sahib olması daha vacib faktordur.

Amma ümumilikdə regiona baxanda görünür ki, Rusiya tam şəkildə Gürcüstanı itirib. Düzdü, rusların Azərbaycanla yaxşı, praqmatik işbirliyi var.

Amma Azərbaycanın müxtəlif yönlərdə tərəfdaşları var. Hətta Ermənistanın da müxtəlif partnyorları var.

Onlar NATO-nun Sülh Naminə Tərəfdaşlıq Planının fəal üzvlərindəndirlər.

Yerevanın Amerika və Avropa Birliyi ilə də yaxşı münasibətləri var. Bu mənada Ermənistan xarici siyasətdə “heç də bütün yumurtaları eyni səbətə qoymur”.
XS
SM
MD
LG