Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:57

Pulsuz efir olmayacaq


Milli Televiziya və Radio Şurası (MTRŞ) seçkiqabağı təbliğat işində namizədlərə pulsuz efir verilməsini dayandıracaq.

Sentyabrın 6-da MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərin suallarını cavablandırarkən deyib ki, gələcəkdə təbliğat işi üçün namizədlərə İTV - də də seçkiqabağı pulsuz efir verilməsi ləğv ediləcək:

«Bütün dünya ölkələrində dövlət çox az –az hallarda seçki təbliğatına vəsait ayırır. Belə ölkələrin biri də Azərbaycandır. Biz bir telekanalı bu iş üçün ayırmışıq. Xarici ölkələrdə heç bu da yoxdur. Əvvəllər biz ikinci telekanalı –AzTv-ni də bu işə cəlb etmişdik. Sonra yavaş-yavaş baxdıq gördük dünya praktikasında necədir, ona getdik. İndi İTV-ni ayırırıq. Gələcəkdə heç onu da ayırmayacağıq. Dünyada necədir, bizdə də elə olmalıdır».

Hazırda İctimai Televiziya və Radio Yayım şirkətində seçkiqabağı təbliğat məqsədi ilə namizədlərə 6 saatlıq pulsuz efir vaxtı ayrılır.

Parlament seçkilərində xarici radio və telekanalların Azərbaycandan canlı efirə çıxmaları qaydalarına gəlincə, MTRŞ sədri deyir ki, bu məsələ həllə müəyyənləşməyib:

«Bu iş «Peyk Haqqında Qanun qəbul edildikdən sonra tam həllini tapacaq. Hələlik isə MTRŞ bu məsələyə Televiziya və Radio Yayımı Haqqında qanuna istinad edərək (xüsusi ictimai siyasi əhəmiyyətli təbdirlər zamanı xarici telekanallarının ölkəyə gəlişi və onunla bağlı yayım aparmasını nəzərdə tutan maddəyə əsasən) baxacaq və ayrıca qərar qəbul edəcək.
XS
SM
MD
LG