Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:42

Ölüm hökmünə məhkum edilmiş Aştianiyə daha bir cəza


Səkinə Məhəmmədi Aştiani
Səkinə Məhəmmədi Aştiani
Daşlanma yolu ilə ölüm hökmünə məhkum edilmiş Səkinə Aştiani «The Times of London» qəzetində dərc olunmuş bir şəkilə görə daha 99 şallaq cəzası ilə cəzalandırılıb.

43 yaşlı Səkinə Məhəmmədi Aştianinin şallaqlanması saxlandığı Təbriz həbsxanasında həyata keçirilib. Bu haqda bazar günü onun vəkil Cavid Kian məlumat verib. Onun başqa vəkilləri isə bu xəbərin doğru olmadığını bildiriblər.

Telefonla müsahibəsində vəkil Cavid Kian bildirib ki, o, avqustun 11-dən Aştiani ilə əlaqə saxlaya bilmir. Avqustun 11-də İranın dövlət televiziyasında Aştianinin ərinin ölümündə günahı olduğunu etiraf edən çıxışı yayımlanmışdı. Vəkil deyir ki, Səknə Aştianidən bu ifadələr məcburən alınıb. Məqsəd də bu cəzaya görə bütün dünyadan İrana yönəlmiş təzyiqlərin qarşısını almaqdır.

Səkinə Məhəmmədi Aştiani 2006-cı ildə daşlanma yolu lə edam cəzasına məhkum edilib. O ərinə xəyanətdə və onun öldürülməsində ittiham olunur. Düzdür, beynəlxalq təzyiqlərdən sonra cəzanın icrası dayandırılb. Ancaq İran hakimiyyəti yenə Aştianinin edam olunacağına işarə vurur.

«İRAN ƏSLİNDƏ QADININ ƏSL SİMASINI DAŞLAMAQ İSTƏYİR»

Səkinə Məhəmmədi Aştiani ilə bağlı sonuncu hadisə isə avqustun 28-dən başlayıb. «The Times of London» qəzetində bir qadın şəkli dərc olunub. Qara saçlı bu qadının qulaqlarında sırğa var, dodaqları çəhrayı boyalıdır. Qadın ənənəvi islam geyimi olan çadrada deyil. Başlıqda da bu sözlər yazılıb – «İran əslində qadının əsl simasını daşlamaq istəyir».

Yazında beynəlxalq ictimaiyyətin Aştianinin edam olunmaması üçün Tehrana təzyiqlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu yazıdan beş gün sonra «The Times of London» üzrxahlıq edib. Bildirib ki, şəkil Aştianinin şəkli deyilmiş. Hazırda İsveçdə yaşayan iranlı mühacir Suzan Hecratın şəklidir. Qəzet yanlışlığın səbəbini jurnalistlər, Aştianinin vəkili Məhəmməd Mustafayi və onun oğlu 22 yaşlı Səyyad Qadirzadə arasında olan anlaşılmazlıqla izah edib.

Məhəmməd Mustafayi
Kianın bildirdiyinə görə, Təbriz həbsxanasında Aştiani ilə bir yerdə qalan və bu yaxnlarda azadlığa buraxılmış bir qadın ona bildirib ki, həmin şəkil yayılandan sonra Aştianiyə ədəbsizliyə görə 99 şallaq vurulub.

SUZAN HECRƏT ŞƏKLİN ONUN OLDUĞUNU TƏSDİQLƏYİB

İsveçdə yaşayan iranlı mühacir Suzan Hecrət isə telefonla müsahibəsində qəzetdəki şəklin onun şəkli olduğunu təsdiqləyib. O deyib k, İran qadınlarının hüquqlarının müdafəsi ilə məşğul olur, Aştiani haqqında da çoxlu yazılar yazır. Həmişə də yazılarında müəllif kimi öz şəklini qoyurmuş. O bildirb ki, ola bilsin e-maildə bu şəkil səhvən Aştianinin şəkli kimi başa düşülüb.

O şəklinin Aştianinin cəzalandırılmasına səbəb olmasından kədərləndiyinin də bildirib.

Vəkil Kian deyir ki, İranın hakimiyyət orqanları bu şəkildən Aştianini və onun yaxınlarını cəzalandırmaq üçün bir vasitə kimi istifdə edib. Baxmayaraq ki, o edam cəzası alıb, onu şallaqlamaqla jurnalistlərə və qohumlarına «baxın, onun işi haqqında yazsanız, məlumat yaysanız, onun üçün pis olacaq» mesajı göndərirlər.

«The Times of London» qəzetinin redaktoru Simon Pearson isə deyir ki, biz hələ də şəkil məsələsini araşdırırıq. Bu şəklə görə Aştianinin qamçılanması doğrudursa, bundan belə nəticəyə gələk olar ki, «İran hakimiyyəti Qərb mediasına Aştiani haqqında yazmaqda davam etsəniz, bu onun üçün daha da pis olacaq» mesajı göndərir.

ŞƏKLİ VƏKİL GÖNDƏRİB


Aştianinin oğlu Qadirzadə isə deyib ki, şəkli o yox, indi anasını təmsil etməyən vəkil Mustafayi göndərib. İran hakimiyyətinin təzyiqi ilə ölkədən qaçan və hazırda Norveçdə yaşayan vəkil Mustafayi isə bildirib ki, o, Aştianini müdafiə etməkdə davam edir.

Dünya şöhrətli kinoaktrisa Catherine Deneuve isə Karlo Bruninin Aştianinin müdafiəsinə qalxmasının əks nəticə verdyini bildirib. Deyib ki, sən məşhur adamsansa, kimisə müdafiə edəndə gərək çox ehtiyatlı olasan. Deneuve deyib ki, Karlo Bruni xüsusilə öz keçmişinə görə ehtyatlı olmalıydı. Çünki bu bumeranq effekti verə bilərdi:

«Qarşı tərəf topu sanki göydə tutdu və əks zərbə ilə demək istədi ki, get sən öz problemlərinlə məşğul ol».

Nikola Sarkozi və xanımı Karlo Bruni
Karlo Bruninin Nikola Sarkozi ilə ailə qurmamışdan əvvəl ailəli olan Mick Jaggerlə və Eric Clapton kimi məşhurlarla əlaqələri olub.

İŞƏ VATİKAN QARIŞIR

Vatikan isə Səkinə Aştianinin bağışlanması üçün Tehranla diplomatik yollarla münasibət qura biləcəyini bildirib. Vatikan bildirir ki, Aştianinin oğlu italiyan qəzetlərin birinə bununla bağlı Papa 16-cı Benediktdən kömək istəyib.

Vatikanın sözcüsü Federico Lombardi bildirirb ki, Aştiani ilə bağlı baş verənləri diqqətlə izləyirlər. Lombardi deyib ki, «kilsənin ölüm cəzasına münasibəti aydındır və daşlanma da bu cəzanın ən ağır növüdür».

Vatikan sözçüsü Aştianinin xilası üçün diplomatik vasitələrdən istifadə edəcəklərini bildirib.

İtaliyanın xarici işlər naziri Franco Frattini isə Tehranı Aştianiyə mərhəmət göstərməyə çağırmışdı.

/Tərcümə etdi: Kəbiran Dilavərli/
XS
SM
MD
LG