Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:10

Sayman Aruz "Qonşu qızı" (Hekayə)


Həmişə çəmədanlarım hazır vəziyyətdə olurdu. Hiss edirdim o evin adamı deyiləm.

Yoldaşımın o şabban-şubban burnu məni dünyaya bezdirmişdi.

Deyirlər insanın daxılı gözəlliyi önəmlidi, amma bu sözü deyənlər düz deyirlərsə gəlsinlər iki gün mənim yerimə yaşasınlar görək kişi kimdir!

Insanın həyatında elə dəqiqələr var ki seçim haqqı ondan alınır. Mən də bu qadınla o dəqiqələrin birində birləşdim.

Çox ehtiraslı və sevgi sevər adamam. Göz- gözəli axtarar deyə, gözüm gözəlləri axtarırdı.

Axı necə deyim, öz qadınımla həmişə yarımçıq boşalırdım sanki.

Adamın boğazında qalır bu zəhrimar ehtiras. Hələ ağzının iyi bir qırağa, At kimi bir şey idi, məndə ki At sürməyi heç xoşlamıram. Üzbəüz qonşumuzda bir gənc qız yaşayırdı.

Hiss edirdim yavaş-yavaş gözlərim ona tərəf çəkilir. Həmişə qısa geyinib, sırtıla-sırtıla saqqız çeynəyib, və beləliklə mənə acıq verərdi. Sağ tərəfimizdəki qonşuyla danışmağını görmüşdüm.

Mən qapının gözlüyündən izləyirdim onu. Damarlarımda qırmızı yox, qara qan dolanırdı. Yoldaşımdan fərqli olaraq, o əsil toyuq idi. rahat və udumlu. Adamın az qalırdı əlində açılsın avtomatı.

Bir dəfə bizdən sarıkök almağa gəlmişdi. Gözlükdən görəndə ki odur, bilmədim necə şortikimi geyindim. Utanmasaydım elə lüt qabağına çıxardım.

Incə bir səslə dedi: sizdə sarıkök var?

Qəhbə heç lifçik də taxmamışdı.

Dedim: olmasa da taparıq sizə!

Eşşəyin qızı sarıkök almağa yox, mənim kökümü qazmağa gəlmişdi.

Özü də hiss edirdi ki suyum boşalıb. Seksi bir qülümsəməklə sağ ol deyib getdi. Fikirləşdim yatağda gör nədi bu! Deyirəm, Ər də bir, Arvad da bir, Kəfən də bir deyənlər nə qədər axmaqdılar. Axı mən deyiləm sizsiz, keçərdiz o Toyuqdan?

Keçə bilərdiz? Adam tay-tuşuyla yaşamasa, günü ax-vayla keçər. Bəs məcbur qalsa yaşamağa necə? Xoruza Toyuq lazimdi, At yox.

Yoldaşım həmişə deyirdı: “filan kəs! sən niyə heç mənim nazımı çəkmirsən? Kişi qadına incə baxmalıdı. Mən bu qədər bəzənirəm-düzənirəm, ama sən bir dəfə belə gözünü mənə tərəf çevirmirsən!”

Çox istəyirdim deyəm axı bala, At, Atdı da, gözəli- çirkini yoxdu. Əti də ki məkruhdu!

Ac qalıb, heç nə tapa bilməsən yeyə bilərsən. Amma axı bu şəhər doludu Toyuğnan! Hələ biri də üz bə üzümüz də yaşayır!

Ama deyə bilmirdim. Yol axtarırdım. Ürəyimdə deyirdim, mən ki bunu dəyişə bilmərəm, heç olmasa özümə bir çarə qılım.

Onu da deyim ki mənim Atım, məndən fərqli olaraq, ancaq iş və kariyera onu marağlandırırdı, ona görə də ondan nigaran deyildim.

Su istəyənə süd versən qudurar. Mən ona süd vermək fikrində deyildim. Qoy öz suyunu içsin. Beləliklə hər ikimiz razı qalarıq.

Bir gecə avtomatım yaman qızışmışdı. O da At kimi yatmışdı. əlimi atırdım üstünə, amma qobudcasına geri qayıdırdı.

Bir istədim durum çıxım bayıra, bəlkə biri rast gəldi qabağıma. Bir istədim tutum yoldaşımı zorlayım. Ama doğrusu mənasız görünürdü hər ikisi.

Atı zorlamaq Eşşəklikdi. Mən isə adam kimi yaşamaq istəyirdim. Gecə saat 2 yə yaxın olardı. Bunu keçirtdiyin hisslərdən bilirdim.

Qonşu qızı yadıma düşdü. O hər gecə bu saatlarda mənə qonaq olardı.

Istədiyim ki səslədim onu: canım!

Nazlıcasına cəvab verdi: heee!

Əllərimi belinə saldım və özümə tərəf çəkdim. Astaca dodaqlarını öpdüm. Ooooffff yaman gözəldi bu hiss. Dodaqlarımla boynunu gəzirdim. Isti nəfəsini hiss edirdim. qəhbə heç lifçikdə taxmamışdı.

Əziz oxucum, doğrusu çox istəyərdim onunla keçirtdiyim hisslərimi və sevişdiyim saniyələri sizə açıqlayım və sizinlə paylaşım, ama məncə bu göstərib-verməmək kimi bir şey olar.

Südsüzlüyünüzü artırar. Icazənizlə axırıni deyim:

ORAsına çatmışdım. Hər yerim tər idi. yoldaşıma baxdım. Xoruldayırdı. Nəfəsim kəsilirdi ehtirasdan. Yorğanı çəkdim başıma. əlimi və avtomatımı işə saldım...aaaaaaxxxxx
XS
SM
MD
LG