Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:54

Namizədliyini irəli sürən müxalifətçilər basqı altında…


Seçki təzyiqləri ilə bağlı xəbərlər intensizləşir
Seçki təzyiqləri ilə bağlı xəbərlər intensizləşir
«İcra nümayəndələri yerlərdə imza toplamağa imkan vermirlər. Özü də bunu başqalarının vasitəsilə edirlər ki, sübuta yetirmək mümkün olmasın, onlara nöqsan tutulmasın. Adicə bizimlə söhbət edən, təmasda olan adamları qorxuzurlar ki, sizi işdən çıxararıq. Gör kiminlə gedib oturub durursan».

SEÇKİ KOMİSSİYASI İCRA HAKİMİYYƏTİNDƏN TƏLİMAT ALIR?

85 saylı Şamaxı şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) üzvü Əjdər Xəlilovun səlahiyyətli nümayəndəsi Üzeyir Dəmirli belə deyir. Onun sözlərinə görə, Dairə Seçki Komissiyası sədrləri hər gün icra hakimiyyətinə gedib bu cür təlimatlar alırlar.

Şamaxı Rayon İcra Hakimiyyəti ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Manafov isə deyir ki, KAXCP üzvünün narazılığı barədə məlumatı var. Amma ortada deyilənləri sübut edən fakt yoxdur.

HƏQİQƏT YOXSA ŞANTAJ?

«O adam heç bələdiyyə seçkilərində öz kəndindən səs toplaya bilməyib. Bilirlər ki, gələcəkdə onlara səs verilməyəcək, ona görə də şantaj edirlər. Bütün rayon üzrə icra nümayəndələrinin, bələdiyyələrin hamısına tapşırılıb ki, şərait yaradın, qoyun imza toplasınlar. Kim seçiləcək, Allah işini avand eləsin. Heç birinə də maneçilik ola bilməz».

İsmayıl Manafov deyir ki, onlar dövlət və dövlətçilik üçün çalışırlar. Qanun hamı üçün birdir və ona riayət olunması barədə xüsusi tapşırıq var.

Məzahir Pənahov
Üzeyir Dəmirli isə hesab edir ki, məntəqə seçki komissiyaları sədrlərinin məntəqənin yerləşdiyi müəssisələrin rəhbərləri olması onların icra hakimiyyətinə tabeçiliyini təsdiqləyən faktdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə sentyabrın 20-də seçkilərə qanunsuz müdaxilə ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib ki, seçki prosesində hər kəs öz məsuliyyətini dərk etməlidir. Onun fikrincə, Azərbaycanın gündən-günə artan nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir:

«Yəni, icra strukturu tərəfindən beynəlxalq və yerli müşahidəçiləri, namizədləri, onların səlahiyyətli nümayəndələrini və digərlərini qıcıqlandıracaq, düzgün başa düşülməyəcək hansısa bir addımın atılmasının qarşısını almağa bizim imkanımız var. Sadəcə, məsuliyyətimizi bir az yüksək qiymətləndirməliyik».

İMZA TOPLAMA MƏRHƏLƏSİ HƏLƏ GENİŞ VÜSƏT ALMAYIB…

AXCP-nin seçki qərargahında da Rövşən Quliyev imzatoplama zamanı təzyiqlərin baş verəcəyi ehtimalının olduğunu bildirir. Deyir hələlik onlar sənədlərin təqdimetmə mərhələsində olduqları üçün qərargaha təzyiqlərlə bağlı məlumatlar daxil olmayıb.

Gülağa Aslanlı
Müsavat Partiyası seçki departamentinin müdiri Gülağa Aslanlı isə düşünür ki, belə təzyiqlər adətən imza toplama kampaniyası zamanı başlayır. Amma onlar da hələ aktiv imza toplama prosesinə başlamayıblar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzindən Bəşir Süleymanlı isə hələlik onların təşkilatına təzyiqlərlə bağlı ciddi məlumatların daxil olmadığını deyir. Amma bununla belə o prosesin pozuntularla davam edəcəyini istisna etmir.

BİTƏRƏF VƏ SİYAHIDAN KƏNAR YAP-ÇILAR DA TƏZYİQLƏRDƏN SIĞORTALANMAYIBLAR


«Hər hansı müxalifət namizədinə, yaxud bitərəflərə, hətta YAP-ın siyahısından kənarda olan namizədlərinə qarşı belə kampaniyalar ola bilər».

Bəşir Süleymanlı deyir ki, onlar imza toplama kompaniyasının sonunda yekun dəyərləndirmə aparacaqlar. Onun fikrincə, hər hansı ciddi pozuntular müşahidə ediləcəksə, bu, dəyərləndirmədə əks ediləcək.
XS
SM
MD
LG