Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:03

NARINGÜL "Yolda" (Hekayə)


Naringul
Naringul
Böyük şəhərin kənarında yerləşən, özünə yaraşmayan kiçik basırıq vağzalda hay-küydən qulaq tutulurdu.

Küçənin ortasında sıra ilə düzülüb müştəri haraylayan sürücülər həyasızlıqla yoldan ötənlərin qarşısını kəsir, dil boğaza qoymadan müştəri haraylayırdılar.

Küçənin ortasındakı yoldaşlarından bir qədər aralıda dayanmış, maşınına söykənərək hərdənbir müştəri haraylayan sürücüyə birdən- birə iki nəfər yaxınlaşdı və bu sürücü üçün bir qədər gözlənilməz, eyni zamanda, göydəndüşmə oldu.

Sərnişinlərdən biri 30-35 yaşlarında qadındı., bahalı olmasa da son dəbə uyğun paltar deyinmişdi,saçlarının rəngi paltarının rənginə uyğun idi, incə mütənasib bədəni vardı ki, bu da qadını yaşımdan xeyli cavan göstərirdi.

Qadının bir əlində üstü incə naxışlı əl sumkası, o biri əlində xeyi ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.

O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük yağan , idmançıbədənli, yaraşıqlı oğlandı,.yəqin ki, yaşı 25-dən çox olmazdı.Oğlanın da əlində yolçu olduğunu uzaqdan bəlli edən yük çantası vardı.

Üz- gözünü tük basmış, sifətindən laqeydlik və yorğunluq yağan sürücü bir anın içində dirçəldi, müştərilərinin qabağına yeridi.

- Hara gedirsiniz?

Sual hər ikisinə aid idi və qadın da, oğlan da demək olar ki, eyni anda xorla cavab verdilər:

- Çinarlıya.

Verilən cavab hər üçünü qane etdi, üçünün də üzünə eyni anda təbəssüm qondu.

Sürücü maçının yük yerini açdı.oğlan cəld hərəkətlə çantasını yük yerinə qoydu, sonra bir söz demədən qadının əlindən sumkanı götürüb yük yerinə yerləşdirdi.

Təşəkkür etməyə imkan tapmamış qadın oğlan tərəfindən nəzakətlə maşına ötürüldü:

- Çox sağ olun.

Qadının minnətdarlığını oğlan eşitmədi .o, sürücüyə qoşularaq başqa bir müştəri axtarır, hərdənbir şən səslə nə isə danışır, hündürdən gülürdü.. Əhvalının əla olduğu uzaqdan bilinirdi.

“Cavandır, həm də yaraşıqlı və özünə Inamlıdır, yəqin ki, öz yaşıdı olan qızların çoxu aşının oturacağına söykənib gözlərini yumdu.”Bu son fəsli də bitirə bilsəydim əla olardı, daha bir də qayıtmazdım əvvəlki fəsillərə. ”Qadın yarımçıq qalmış romanını düşündü və birdən -birə bərk darıxdı.

- Gedək, deyəsən bu gün o tərəfə gedən olmayacaq.

Sürücü təəssüf qarışıq səslə qərarını verdi.

- Fikir etmə, pulunu ödəyərik.

Oğlan özündən razı halda qabaqda, sürücünün yanında əyləşdi.

Maşın şəhərin haylı-küylü, basırıq küçələrindən çıxıb rahat və geniş asfalt yola düzəldi.

- Çinarlıda kimlərdəsiniz?

Oğlan çəpəki güzgüdən qadını süzdü.

- Tanımazsan mən çoxdan o tərəflərdə yaşamıram.

Sonra günahkar kimi nəzakətlə gülümsünərək əlavə etdi:

- Heç özüm orada çoxunu tanımıram.

Əslində, oğlan o qəsəbəyə yaxın başqa qəsəbədə yaşayırdı və özü də orada heç kimi tanımırdı.

Oğlan yanpörtü əyləşib qadını süzdü:”Pis deyil, o qədər cavan olmasa da cazibəlidir”

- Gözəl qadınlar nədənsə həmişə şəhərin mərkəzində yaşamağa üstünlük verirlər.

Oğlan söhbətə körpü atmağa çalışdı.

Maşının qarşısına çıxan böyük yük maşını qəfildən yolun ortasına çıxdı, sürücü güclə əyləci basdı, maşın ləngər vurub yenidən yoluna davam etdi.

- Bilirsən,mən uşaq vaxtdan uzaqlarda, böyük şəhərlərdə yaşamağı arzulamışam. Həmişə fikirləşmişəm ki, nə vaxtsa çox böyük, tanınmış adam olacağam, lap elə dahi yazıçı.

Neçə ildir böyük bir roman başlamışam, ancaq heç cürə tamamlaya bilmirəm.yarımçıqdır ki, yarımçıq., lap mənim öz həyatım kimi.Hər dəfə də son fəsildə ilişirəm.

Təsəvvür elə ki, həmişə son fəsil ürəyimə yatmır,həmişə də son fəslə görə bütün əsəri dəyişməli oluram.

Qadının üzünə qüssə qondu .O, həmişə romanı haqqında danışanda qüssələnir, əhvalı korlanırdı.

Oğlan yüngülcə köks ötürərək siqaret yandırdı, gözünü yolun kənarı ilə uzana düzənliyə zilləyərək siqareti sümürdü.

“Siqaret çəkmək çox yaraşır, yəqin özü də bilir bunu”. Qadının baxışları güzgüdə oğlanın baxışlarıyla rastlaşdı, dərhal gözlərini yayındırdı.

“Gözəl qadındır, bununla əylənmək, lap elə bir müddət dostluq etmək pis olmazdı”

- Bəlkə də bu sənə gülməli görünür, amma mən romanda yaşadığım həyatı əks etdirmək istəyirəm.

Oğlan maraqla və acgözlüklə qadını süzdü. Qadın nədənsə onu nağıl qəhrəmanlarından hansınasa bənzətdi, amma lap dəqiq öz qəhrəmanı deyildi.

“Başlandı...yerə düşən kimi təklif edəcək, bir bəhanə tapıb uzaqlaşmaq lazımdır, elə etmək lazımdır ki, xətrinə dəyməsin.

Birdən bacarmasam, çox israr etsə... yox, nə mənası var ki, onsuz da hər şey yarımçıq qalacaq, mənə yarımçıq heç nə lazım deyil., mənə həyat bütöv lazımdır,həm də də romanımı tamamlamaq üçün lazımdır”.

Qadına elə gəlirdi ki, romanına öz həyatını köçürür və birdəfəlik beyninə həkk etmişdir ki, romanın son səhifəsi bitkin və mənalı olmalıdır.

Maşın adamsızlığı və kasıblığı ilə uzaqdan seçilən kafenin qarşısında dayandı.

Xirda daşların üstündə mürgüləyən it kənara sıçradı.

Ağ xalat geyinmiş ofisant oğlan gözə göründü və yox oldu. Sürücü maşından düşən kimi tələsik addımlarla kafenin dalında gözdən itdi.

Qadınla oğlan üzbəüz qaldılar.

Oğlan dülümsünərək qadının əlindən yapışdı,onu kafenin kənarındakı otu dizə qədər çıxmış bağa tərəf çəkdi.

Qadın müqavimət göstərdi, müqaviməti oğlanın əhəmiyyət verəcəyi qədər güclü alınmadı.

Oğlan heç nəyə fikir vermədən qadını sinəsinə sıxdı. Kafenin işçilərindən biri boğazını arıtladı, öskürməkdən daha çox yaxında olduğunu hiss etdirdi. Hər ikisi başını qaldırdı.

Sürücü üzü onlara tərəf əyləşib çayını hörtüldədirdi.həyəti ortasında dayanmış it qulağını şəkləyib onlara baxırdı.

Qadın oğlanı yüngülcə özündən kənara itələdi.Qadın, oğlan və sürücü birlikdə çay içdilər.

Yolun qalan hissəsi hamar deyildi və maşının qəsəbəyə yaxınlaşdığı hiss olunurdu.Ətrafı seyr edən oğlan şən səslə dilləndi:

- Mən çatdım.

Sonra oğlan qadına tərəf əyilərək gülümsündü:

- Yəqin ki, görüşəcəyik.əlindəki telefon nömrəsi yazılmış balaca kağız parçasını qadına uzatdı.

Maşın tərpənən kimi təkərlərin altından çıxan xəfif toz içəri doldu..Qadın fikirləşdi ki, şəhərə qayıdan kimi romanını tamamlayacaq.

Daha heç bir bəyənməmək filan olmayacaq.Dərhal da hiss etdi ki, çox yorulub və çox taqətsizdir.Pəncərəni bir qədər aşağı endirərək oğlanın verdiyi kağız parçasını cıraraq küləyin ağzına verdi.

Yolun kənarı ilə uzanan böyürtkən kollarının üstü qara, qırmızı toz basmış böyürtkənlələ dolu idi Görünür, bu il yay həmişəkindən bir qədər də tez başlamışdı.
XS
SM
MD
LG