Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:25

Bakının Lujkovu – Hacıbala Abutalıbov


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
«MER» SÖZÜNDƏN XOŞU GƏLMƏYƏN ABUTALIBOV

Mətbuatda çoxları onu «Bakı meri» kimi təqdim etsə də, Hacıbala Abdutalıbovun «mer» sözündən o qədər də xoşu gəlmir. Jurnalistlərin bu mövzuda sualına cavabında o, deyib:

«Mənim üçün Heydər Əliyevimiz tərəfindən təyin olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısı kimi işləmək daha münasibdir. Möhtərəm prezidentimizin rəhbərliyi altında qarşıma qoyduğum vəzifələri yüksək səviyyədə yerinə yetirmək mənim üçün əsas vəzifədir. Merlik isə mənə aid deyil ».

66 yaşlı Hacıbala Abutalıbov artıq doqquz ildir Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Moskva meri Yuri Lujkov qədər vəzifədə qalmaq üçün ona hələ daha 9 il lazımdır. Əslən Naxçıvanın Ordubad rayonundandır, amma Türkmənistanda doğulub. Fizika sahəsində professor elmi dərəcəsi var. 1995-ci ilə qədər ixtisası üzrə müxtəlif elm ocaqlarında çalışıb. 1995-ci ildə Bakının Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, 2000-ci ildə Baş nazirin müavini, 2001-ci ildə isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

HACIBALA ABUTALIBOVUN İSTƏMƏDİYİNİ AVROPA ŞURASI TÖVSİYƏ EDİR

Avropa Şurası 2003-cü ildə Bakıya ayrıca statusun verilməsi, paytaxtın seçkili şura tərəfindən idarə edilməsi - yəni, icra başçısı vəzifəsinin merlə əvəz olunması barədə tövsiyə verib. İndiki halda Bakının icra başçısını prezident təyin edir, Avropa Şurası isə onun seçilməsini istəyir.

Bu tövsiyə sonradan bir neçə dəfə Avropa Şurasının sənədlərində Azərbaycan rəsmilərinə xatırladılıb. Artıq illərdir həm yerli ictimai fəallar, ekspertlər, həm də Avropa Şurası rəsmiləri Azərbaycana bu tövsiyənin icrasının zəruri olduğunu desələr də, hakimiyyətdə buna məhəl
Abutalıbov İlham Əliyevi Hüseyn Cavid parkında yenidənqurma işləri ilə tanış edir, 17 sentyabr 2008
qoyulmur.

Bələdiyyələrin İnkişafı üzrə Alyansın koordinatoru Abil Bayramov hesab edir ki, burada Hacıbala Abutalıbovun siyasi hakimiyyətə hər fürsətdə sadiqlik nümayiş etdirməsinin rolu o qədər də çox deyil. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti ölkədə bələdiyyələrin güclənməsi, icra hakimiyyətlərinin səlahiyyətlərinin məhdudlaşdırılması kimi addımlar atmaq istəmir:

«Təkcə Bakı şəhəri ilə bağlı deyil, bütövlükdə ölkədə yerli özünüidarəetmədə islahatlara ehtiyac var. Amma hakimiyyət hələlik bu islahatların heç adını da tutmur. Bilirsiniz ki, bələdiyyələrin maliyyə mənbələrinin məhdudluğu, səlahiyyətlərinin zəifliyi kimi problemlər var».

ABUTALIBOV HAQQINDA YAZILANLARI ŞEYTAN İŞİ SAYIR

Yerli mediada dəfələrlə Hacıbala Abutalıbovun işdən çıxarılması, onun yerinə gah Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun, gah da prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun təyin edildiyi barədə xəbərlər yayılsa da, bunlar təsdiqlənməyib.

Amma Hacıbala Abutalıbov haqqında yayılmış şayiələr bununla da bitmir. 20 Yanvar hadisələri zamanı Sovet hərbçilərinin onu divara söykəyib başının üstündən güllələr atması, buna görə ruhi-əsəb xəstəxanasına düşməsi, oğlanlarından biri ilə konfliktinin olması, paytaxtda tikinti işləri zamanı külli miqdarda pul mənimsəməsi haqqında söz-söhbətlər yayılıb. Jurnalistlər əllərinə düşən nadir fürsətlərdən birində Hacıbala Abutalıbova bu barədə də sual veriblər, cavab da yenə yalnız ona məxsus tərzdə ibarələr olub:

«Bu şayiələri yayanlar şeytanlardır. Şeytanları isə Hacıbala Abutalıbov mələyə çevirəcək».

«NƏ ZİBİL QUTULARI VAR, NƏ DƏ HACIBALA ABUTALIBOV»

«Yaxın düşmək, söz demək olmur»
Hacıbala Abutalıbov təkcə şayiə yayanlar üçün deyil, paytaxt sakinləri üçün də ziddiyyətli icra başçısıdır. Kimi onu Bakıda təmizlik işləri aparan, paytaxtı gül-çiçəklə bəzəyən icra başçısı adlandırır, kimi də ticarət köşklərini söküb adamların çörəyinə bais olan, şəhərin büdcəsini talayan məmur olduğunu deyir. Bu fikirləri müxbirlərimiz Bakıda paytaxt sakinləri ilə söhbətdə eşidiblər:

- Şəhər doğrusu gözəlləşib, ancaq butulkalar orda, taxta-tuxta burda...

- Dayanacaq yoxdur, bax, camaat burda dayanıb, svetoforlar işləmir. Bircə Gül Bayramına gəlir. Yaxın düşmək, söz demək olmur.

- Kanalizasiya suları budur burdan axır, S.Vurğun, Füzuli küçəsindən axır...

- İndi nə Zibil qutuları var, nə də Hacıbala Abutalıbov. Ancaq göydələnlər tikilir. Camaata, zibilə fikir verən yoxdur.

ABUTALIBOV JURNALİSTLƏRİN QƏNİMİ VƏ YARDIMÇISI KİMİ


Hacıbala Abutalıbov elə jurnalistlər üçün də ziddiyyətli adamdır. Bir neçə il əvvələ qədər o, Azərbaycanda jurnalistləri ən çox məhkəməyə verən dövlət məmuru kimi tanınırdı. Onun 10-a yaxın qəzet və onların əməkdaşları ilə məhkəmə çəkişmələri olub. «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynov da onun qaldırdığı iddia ilə bir müddət həbsə atılmışdı.

Amma jurnalistlər arasında onu media mənsublarının torpaq, ev problemlərini həll edən bir dost kimi tanıdanlar var.
XS
SM
MD
LG