Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:27

Yaşamağa yararlı başqa planet tapılıb


Amerika astronavtları axır ki, Yer planetinə bənzər şəraiti olan bir planet tapıblar. Deyirlər o planet də, elə bizim Yer kimi öz günəşindən ideal məsafədə fırlanır. Nə çox istidir, nə də çox soyuq. Həm cazibə qüvvəsinə, həm də atmosefra malik olmağa imkan verən ideal ölçüləri var.

Planetin adını Gliese 581g – (Qlizi 581 C) qoyublar. Libra bürcündə, yerdən cəmi 20 işıq ili məsafədə yerləşir. Havay adalarındakı rəsədxanada aparılan 11 illik araşdırmalardan sonra planeti tapmaq mümkün olub.

Bu kəşf haqda məlumat verən professor Stefan Voqt deyib ki, planet “qırmızı ulduz” tipli bir ulduzun ətrafında 37 günə dönür. Yəni orda bir il bizdəkindən 10 dəfə qısadır. Onların günəşi də elə bizimkindən bir az böyükdür, soyuq, kiçik ulduzdur.

Gliese 581g öz oxu ətrafında hərəkət eləmir. Yəni Yerdən fərqli olaraq planetin bir tərəfində daim zülmət olur, digər tərəfində gündüz. Odur ki, planetin heç də hər yerində bizim kimi insanlar yaşaya bilməz və yaxud bizim bildiyimiz həyatın olması çətindir. Amma gecəylə gündüz qurşaqlarının kəsişdiyi ərazilərdə həyatın olmasına şübhə yoxdur.

BU PLANETDƏ CANLI HƏYAT OLMASI ŞANSLARI 100 FAİZDİR


Kaliforniya Universitetindən olan amerikalı alimlər iddia edirlər ki, yeni kəşf olunan planetdə maye halda suyun, fərqli canlıların olması üçün şərait var.

Universitetin professoru Stefan Voqt sevinclə jurnalistlərə bildirib ki, bu planetdə canlı həyat olması şansları 100 faizdir.

Yeni planet həcmcə Yerdən 3 dəfə iridir. Ekspertlərin fikrincə, Gliese 581g-də sadə, birhüceyrəli bakteriyaların olmasını güman edirlər. Bu isə o deməkdir ki, insanların çoxdankı arzusuna- başqa planetlərdə həyat tapmaq arzusuna çatmağa çox az qalıb.

Stefan Voqtsun sözlərinə görə, onların fikrincə, kosmosda bunun kimi planetlər çoxdur. Və bu planetlərdə bizim Yer kimi həyat üçün əlverişli şərait var.

Voqtsun hesablamalarına görə, qalaktikadakı 100 milyardlarla ulduz sistemlərinin 10 milyardına yaxınında bizimkinə bənzər şəraiti olan planetlər var. Amma onların bəziləri yerdən o qədər uzaqdırlar ki, heç düz-əməlli araşdırmalar da aparmaq olmur.

Gliese 581g isə Yerə ən yaxın olanıdır. Cəmi 20 işıq ili. Amma 20 işıq ili 193 trilyon kilometr deməkdir. Yəni hətta lap kimsə ora uça biləcək kosmik gəmini inşa eləsə də, ora gedib çatmaq üçün 2 ömür lazımdır.
XS
SM
MD
LG