Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:32

«Lal, kar və quzu deputatlar»


104 saylı Gədəbəy-Tovuz seçki dairəsi

Rafiq Məmmədhəsənov(YAP-ın vahid namizədi):

-20-dən çox kənddə görüşlər keçirmişəm və bu görüşlərdən əmin olmuşam ki, artıq seçicilər öz seçimini edib. Bunu mən sizin davranışınızdan və sifətinizdəki ifadələrdən hiss etmişəm.

BƏZİ DEPUTATLAR ÖLKƏ BAŞÇISININ İŞLƏRİNİ ÖZ ADLARINA ÇIXIRLAR


Aybəniz Qafarova (müstəqil namizəd):

- Müstəqilliyini qazanan respublikamız ölkə prezidentinin məqsədyönlü fəaliyyəti sayəsində az zaman içərisində inkişaf etmiş bir çox Avropa ölkələri səviyyəsinə çatıb. Qəribə haldır ki, bəzi millət vəkilləri, o cümlədən bizim yaxın dairədən seçilən deputatlar ölkə başçısının göstərişi ilə görülən işləri öz adlarına çıxırlar. Bizim rayona yol və qaz çəkilişini öz adına çıxan, fəaliyyətinin nəticəsi hesab edən, xalqı aldadan keçmiş deputatlara üzümmü tutub deyirəm ki, elin gözü tərəzidir.
Nazim Məmmədov


DÖVLƏTİMİZİN DƏSTƏYİ İLƏ SEÇİLSƏM ATAMIN YOLUNU DAVAM ETDİRƏCƏYƏM


Miryaqub Ağamirli (AXCP-Müsavat blokunun vahid namizədi):

-Mən Gəncə-Qazax bölgəsində böyük nüfuz sahibi seyid Miri ocağının nümayəndəsiyəm. Atam seyid Miri xalqın dəstəyi ilə xeyriyyə işləri görüb və müqəddəs «Haçaqaya» ziyarətgahına 6 km. yol çəkdirib. Mən də əgər dövlətimizin dəstəyi ilə seçilərəmsə atamın yolunu davam etdirmək istəyirəm.

Nazim Məmmədov (YAP-dan müstəqil namizəd):

-Mən Saratovka kəndində «Heydər parkı»nın salınmasını və öndərimizin büstünün qoyulmasını, Əsri kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş məktəbə istilik sisteminin quraşdırılmasını, bir neçə kənd yolunun müasir standartlara uyğunlaşdırılmasını, bir neçə kənd məktəbinin və körpülərin tikintisini, yüzlərlə seçicimin müalicəsini, onlarla kitabın nəşrini özümə mənəvi borc hesab etmişəm.

DEPUTAT OLMAQ İSTƏYİRƏM


Sahib Məmməd:

- Mən xalqımı deputat olmaq üçün sevmirəm. Xalqımı sevdiyim üçün deputat olmaq istəyirəm.

BİZƏ BİZNESMEN DEPUTATLAR LAZIM DEYİL


Rafiq Məmmədhəsənov(YAP-ın vahid namizədi):

- Milli Məclis qanunverici orqandır və orada ləyaqətli, ziyalı adamlar təmsil olunmalıdır. Əziz seçicilər, siz də yerlərdə mənimlə görüşdə deyirsiniz ki, bizə biznesmen deputatlar lazım deyil. Onlar var-dövlətlərini qorumaq üçün Milli Məclisə seçilirlər. Bizə əsl deputat lazımdır.
Kim hansı dairədən?

Nazim Məmmədov (YAP-dan müstəqil namizəd):

-Mən öz işimi Milli Məclisdə fəaliyyətimlə təkcə bölgənin təmsilçisi kimi yox, Azərbaycan deputatının fəaliyyətinə uyğun qurmuşam. Bu da ictimaiyyətin gözü qarşısındadır. Ona görə də hər birinizi seçkilərə dəvət edirəm.

QUZU DEPUTATLAR


Aybəniz Qafarova (müstəqil namizəd):

- Hörmətli opponentim Rafiq Məmmədhəsənov (YAP-ın vahid namizədi), niyə 5-6 kəndin seçicilərini nəyin bahasına olursa olsun bir kəndə toplatdırırsınız və mandat əldə etdikdən sonra onlar sizin üzünüzü görə biləcəklərmi? Bir də Rafiq müəllim, məğrur Gədəbəy və Tovuzluların sizin təmənna ilə payladığınız dərmana ehtiyacı yoxdur. Bu cür hallar seçki qanunvericiliyinə tam ziddir. Rafiq müəllim, 2005-ci ildə 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilmişdiniz. İndi nəyə görə 104 saylı seçki dairəsindən namizədliyinizi irəli sürürsünüz! Belə çıxır ki, orada verdiyiniz vədləri yerinə yetirmədiyiniz üçün camaat arasına çıxmağa üzünüz yoxdur. Əziz seçicilər, əgər mənə səs versəniz, bəzi lal, kar və quzu deputatlar kimi sizi peşman etməyəcəm.

Rafiq Məmmədhəsənov(YAP-ın vahid namizədi):

- Xanım opponentə bildirirəm ki, seçildiyim dairədə seçicilərin etimadını doğrultmuşam. Mən YAP-ın qurucularından biri və onun əsgəriyəm. Partiya haradan məsləhət görübsə, oradan da namizədliyimi irəli sürmüşəm. Partiya irəli sürüb məni bu dairədən və mən də ona görə bununla barışmışam.

35 saylı Xətai 3-cü seçki dairəsi

KORRUPSİONERLƏR HƏBSXANANI SAĞLAMLIQ MƏRKƏZİ SAYIRLAR

İqbal Ağazadə

İqbal Ağazadə («Qarabağ» seçki bloku)

- Möhtərəm seçicilər, mən bura vəd verməyə gəlməmişəm. Problemlərinizi bilirəm və deputat olduğum 5 il müddətində onları parlamentdə qaldırmışam. Ancaq orada sayımız həddən az olduğu üçün bu problemlərin həllinə nail ola bilməmişik. Hesab edirəm ki, «Qarabağ» seçki blokuna daxil olan Ümid, Demokrat və Aydınlar partiyalarının namizədlərinə səs versəniz, biz təkcə problemlərin parlamentdə qaldırılmasına yox, həm də onların həllinə nail olarıq. Bizi seçsəniz, eyni zamanda parlamentdə bir «Qarabağ» fraksiyası yaratmış olarsınız...

(İqbal Ağazadə 4 dəqiqəlik çıxışını başa vurub getdi)

İNŞALLAH SEÇİCİLƏR İQBAL AĞAZADƏNİ TƏRK EDƏCƏKLƏR


Rüstəm Kərimov(müstəqil)

- Hörmətli opponentlərimdən biri, İqbal Ağazadənin çıxışını başa çatdırdıqdan sonra buranı tərk etməsində təəccüblü bir şey yoxdur. İqbal Ağazadə son 5 ildə-yəni deputat seçildikdən sonra da həmin dairəni elə tərk edib. İnşallah bu dəfə də seçicilər İqbal Ağazadəni tərk edəcəklər, onu seçməyəcəklər. Qanundan danışan İqbal Ağazadə əslində qanunu pozmaqla gedib qanunverici orqanda oturmaq istəyir. Onun qanunverici orqanda oturduqdan sonra qanunu hansı şəkildə pozacağını isə Allah bilir.

«ÖZ SAĞLAMLIĞINA FİKİR VERMƏDİYİ ÜÇÜN HƏBS EDİLSİN»


Canmirzə Mirzəyev (müstəqil):

-Baxmayaraq ki, müharibə şəraitindəyik, Milli Məclisdə bir nəfər də olsun peşəkar hərbçi yoxdur. Namizədliyimi irəli sürməyə məni bu vadar edib.

Bizim opponentlər adətən, qara piarla, şərlə, böhtanla, hərdən ağıla batmayan hərəkətlərlə məşğuldurlar. Başıma gələn bir misal:

Adamı həbs edəndə ona ilk sənəd kimi həbs qəbzi təqdim olunur. Həmin qəbzdə həbsin səbəbi qeyd edilir.

Üzləşdiyim həbs qəbzində qeyd olunmuşdu ki, «öz sağlamlığına fikir vermədiyi üçün həbs edilsin». Beləliklə, Azərbaycanda rüşvətxorlar, korrupsionerlər, saxtakarlar həbsxananı sağlamlıq mərkəzi kimi görürlər. Hörmətli seçicilər, əgər məni seçsəniz, siz məni yox, mən sizi axtaracağam.

MİNİMUM TƏQAÜD 250, MAAŞ 500 MANAT OLMALIDIR


Aqil Səmədbəyli (AXCP-Müsavat blokunun vahid namizədi):

-Dəyərli seçicilərim, etimad göstərəcəyiniz təqdirdə, banklarda batan əmanətlərin qaytarılması, təqaüdlərin minimum 250, maaşlarınsa 500 manat olması, seçkiyə gəlməyənlərin 50 manat məbləğində cərimə edilməsi, Güneydəki milli azadlıq hərəkatına dəstək verilməsi, seçicilərin problemlərin həllinə (və s.) çalışacağam.

MÜXALİFƏTİN KÖYNƏYİNƏ YOX, YAP-IN NAMİZƏDLƏRİNƏ SƏS VERİN


Elvin Qədirov (YAP-ın vahid namizədi)

- Əziz seçicilər, siz bu müxalifət köynəyi geymiş insanları artıq onların hakimiyyəti dövründə görmüsünüz. Mən sizin düzgün seçim edəcəyinizə və YAP-ın namizədlərinə səs verəcəyinizə inanıram.

Aqil Səmədbəyli (AXCP-Müsavat-ın vahid namizədi):

-Dəyərli həmvətənlər, dahilər deyir ki, vətəni və milləti üçün vuruşanlar, pul üçün vuruşanlara hər zaman qalib gəlirlər. Biz qalib gələcəyik. Yaşasın böyük Azərbaycan!

Elvin Qədirov (YAP-ın vahid namizədi)

- Əziz seçicilər, ətraflı düşünüb daşındıqdan sonra seçkilərə gəlin, və layiqli namizədə səs verin.
XS
SM
MD
LG