Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:35

Amerikadakı rus casus şəbəkəsini kim satıbmış?


Anna Çapman
Anna Çapman
Bir neçə ay qabaq Amerikada 10 rus kəşfiyyatçısının böyük qalmaqalla həbs edilməsinin yeni detalları üzə çıxıb.

Rusiyanın “Kommersant” qəzeti yazıb ki, əslində həbs edilmələri kəşfiyyatçıların səriştəsizliyi ucbatından olmayıb.

Onları satan olub.

Rusiya prezidenti Dmitri Medvedev də qəzetin yazdıqlarını təsdiqləyib:

“KOMMERSANT”IN YAZDIQLARI MƏNİM ÜÇÜN YENİ DEYİL


Mən bu haqda hadisə baş verdiyi gün məlumatlandırılmışdım”.

İyunun sonunda Amerikada 10 nəfər rusiyalı casusluq ittihamı ilə tutulmuş, biri isə axtarışa verilmişdi.

Sonradan ABŞ və Rusiya arasında əldə edilən razılaşmaya görə, həmin 10 rus kəşfiyyatçısı Rusiyada Qərbin xeyrinə casusluq ittihamı ilə cəza çəkən 4 nəfərə dəyişdirilmişdi.

“Kommersant” qəzeti yazır ki, Amerikadakı rus kəşfiyyatçı şəbəkəsini Rusiya Xarici Kəşfiyyat Xidmətinin “S” idarəsində Amerika bölümünün rəhbəri - polkovnik Şerbakov satıb.

Onun indi harada olması barədə məlumat yoxdur.

Amma məlumdur ki, Şerbakovun başqa bir dövlət idarəsində - narkotiklərlə mübarizə idarəsində çalışan oğlu Amerikadakı casus qalmaqalından bir qədər əvvəl təcili Rusiyanı tərk edərək Amerikaya uçub.

Jurnalistlər Rusiya prezidentindən onu da soruşublar ki, kəşfiyyatçıların ələ keçməsindən sonra kəşfiyyat idarəsində kadr məsələsində hansısa dəyişikliklər ediləcəkmi?

“Müvafiq araşdırma aparılmalıdır. Yaşayarıq, görərik. Biz bundan nəticə çıxarmalıyıq”.

ABŞ və Rusiya casusları Vyana aeroportundan dəyişirlər. 09 oyun 2010
İyun ayında rus kəşfiyyatçıları Amerikada ifşa ediləndə hamını təəccübləndirən o olmuşdu ki, kəşfiyyatçılar yeni metodlardan, xüsusən sosial mediadan necə məharətlə istifadə edirmişlər.

Onlardan biri Anna Çapman hətta

FACEBOOK-DA ÖZ ŞƏKİLLƏRİNİ YERLƏŞDİRİBMİŞ.

İndi Rusiyada gedən müzakirələrdən biri də odur ki, kəşfiyyatçıların ailələrinə məhdudiyyətlər qoyumalıdırmı?

Məsələn, Rusiyadakı Siyasi və Hərbi Analiz İnstitutunun analitik şöbəsinin müdiri Aleksandr Xramçixin yerli mətbuata deyib ki, belə məhdudiyyətlər zəruridir.

O xatırladıb ki, Amerikadakı kəşfiyyatçıları satan Şerbakovun qızı daimi Amerikada yaşayırmış, oğlu isə qalmaqaldan bir müddət əvvəl Amerikaya aparılıb.

Xramçixin hesab edir ki, kəşfiyyatçıların ailə üzvlərinin xaricdə yaşaması xarici kəşfiyyat idarələrinin onlara təzyiq etmək imkanlarını artırır.

Amma bəziləri belə təkliflərin kəşfiyyatçıların ailələrinin Rusiyada girov saxlanmasına cəhd kimi qiymətləndirirlər.
XS
SM
MD
LG