Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:33

Naxçıvanda seçki mübahisələri polisdə çözülür...


Müsavat Partiyasının üzvü Sabit Əliyev noyabrın 13-də təkrar Şərur rayon Polis Şöbəsinə aparılıb.

«AXCP-Müsavat» blokunun 2 saylı Şərur Seçki Dairəsindən (DSK) namizədi Səxavət Əliyev qardaşı Sabit Əliyevin polisə aparılmasını onun seçki dövründəki fəaliyyəti ilə izah edir:

«Qardaşım Sabit Əliyev noyabrın 11-də yaşadığı Püsyan kəndində seçki günü saxtakarlığa şərait yaratmış məntəqə üzvlərinin qohumları ilə mübahisə edib. Onlardan biri polisə gedərək guya qardaşımın onu döydüyünü iddia edib. Bu iddia əsasında qardaşımı ayın 12-də polisə aparıblar. Araşdırma zamanı tutarlı sübutlar ortaya çıxmadığından onu həmin gün də buraxıblar. Amma bu gün o, yenidən polisə aparılıb. Hələ də buraxmayıblar. Polis şöbəsinin bu işi araşdıran müstəntiqi Tofiq Hüseynov qardaşımı orda saxlamaq istəyir».

Deputatlığa keçmiş namizəd baş verənləri özünə qarşı təzyiq hesab edir.

Şərur rayon Polis Şöbəsinin müstəntiqi Tofiq Hüseynov isə AzadlıqRadiosunun bu barədə suallarına cavab vermək istəmədiyini deyib.
XS
SM
MD
LG