Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:03

5 ölkə prezidenti Bakı sammitinə toplaşır


Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək. Sammitdə Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan prezidentləri iştirak edəcək.

Görüşdə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, «Xəzər beşliyi»nin görüşündə regional əməkdaşlıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir.

Sammitin yekununda prezidentlər birgə bəyanat qəbul etməli, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalamalıdırlar.

Xəzəryanı ölkələrin dövlət başçılarının ilk sammiti Aşqabadda, ikinci zirvə toplantısı isə 3 il əvvəl Tehranda keçirilib.
XS
SM
MD
LG