Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:39

İsa Qəmbər: “Mənim məqsədim sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb”


İsa Qəmbər
İsa Qəmbər
AzadlıqRadiosunun “İşdən sonra” proqramına qonaq olan AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər bir çox maraqlı məqamlara aydınlıq gətiriblər. AXCP sədri Əli Kərimli deyib ki, AXCP ilə Müsavatın birləşməsi ilə müxalifətin birgə forumu arasında tərs bir şey yoxdur:

PROSESİ PARALEL APARMALIYIQ

“Biz əlbəttə ki, ölkədə köklü dəyişikliklərin siyasi avanqardının siyasi partiya olacağını bilirik. Bütün avtoritar ölkələrdə mübarizənin mərkəzində həmişə müxalifətin güclü, böyük, avanqard partiyası olub. Amma eyni zamanda başqa ölkələrin təcrübəsi göstərir ki, tək bu da kifayət deyil. Toplumun digər nümayəndələri də bu prosesə qatılmalıdır. Ona görə də bu prosesi paralel aparmalıyıq”.

Müsavat başqanı İsa Qəmbər isə deyib ki, proseslərin hər birinə ayrı-ayrılıqda önəm vermək lazımdır:

“Hər bir prosesin bu mürəkkəb və maraqlı ictimai-siyasi mühitdə öz yeri, öz hədəfləri var”.

AXCP və Müsavatın bir partiyada birləşməsi məsələsinə gəlincə isə Əli Kərimli deyib ki, o bu prosesin yaxşı nəticələnəcəyinə inanır:

MƏNİM ÜÇÜN DANIŞMAQ DAHA RAHATDIR, ÇÜNKİ...

“Söhbət AXCP ilə Müsavatın birləşməsindən gedirsə, burda böyük bir ictimai maraq, sosial sifariş var. Xalq Cəbhəsi tərəfindən mənim üçün danışmaq daha rahatdır, çünki bizim qurultay səviyyəsində qərarımız var. Müsavat Partiyasında bu məsələlər müzakirə olunur. Amma mən inanıram ki, bu məsələlər sonda düzgün, birlik lehinə qərarların qəbulu ilə nəticələnəcək. Çünki təşəbbüs birbaşa İsa bəydən gəlib. Hamı görür ki, cəmiyyət bunu istəyir”.

İsa Qəmbər isə deyir ki, o da ümid edir ki, bu iki partiya arasında müttəfiqlik daha da genişlənəcək. Müsavat başqanı müzakirələrin getdiyini, partiyasının hazırda təklifləri dəyərləndirdiyini bildirib:

TOPARLANMANIN BAŞQA BİR VARİANTI SİYASİ İNTEQRASİYADIR

“Mənim məqsədim heç bir zaman sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb. Mənim məqsədim Azərbaycanda dəyişikliklər etmək istəyən qüvvələrin toparlanmasıdır. Bu toparlanmanın bir variantı demokratik düşərgənin toparlanmasıdır. Böyük bir hərəkata təkan verəcək bir formatın meydana gəlməsidir. Toparlanmanın başqa bir variantı siyasi inteqrasiyadır. Bu siyasi inteqrasiyada da Rəsulzadə-Elçibəy yoluna bağlı olan partiyaların, qüvvələrin, təşkilatların, şəxslərin iştirakını məqsədəuyğun hesab edirəm”.

PROSESİ BİR ŞƏXSƏ FOKUSLAMAĞI DÜZGÜN SAYMIRAM

Əli Kərimli
Bu birliyin alınmasında “açar” rolunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının oynaması barədə deyilənlərə gəlincə isə, Əli Kərimli deyib ki, bunu bir şəxsə fokuslanmağı düzgün hesab etmir:

“Arif bəy Müsavat Partiyasının rəhbərliyində olan çox mühüm şəxslərdən biridir. Amma mən hesab edirəm ki, həm Xalq Cəbhəsində, həm də Müsavat Partiyasında olan həmin şəxslərin hamısı bu prosesdə iştirak edir. Ayrıca bir şəxsə fokuslanmağı düzgün saymazdım”.

KOMPLİMENT

İsa Qəmbər isə deyilənləri Arif Hacılı üçün kompliment hesab edir:

“Bu komplimentə bənzəyir ki, bir adam bu prosesin qarşısını alır. Belə bir şey yoxdur. Arif Hacılı AXCP-Müsavat inteqrasiyasına ən müsbət yanaşan insanlardan biridir. Bunu o bir çox addımları ilə, qərarları ilə, fədakarlıqları ilə sübut edib”.

DİNLƏYİN

XS
SM
MD
LG