Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:02

Wikileaks: Azərbaycan BP-ni qışda qaz qıt olanda onu “yumşaq şantaj etməkdə” suçlayır


Wikileaks: Azərbaycan BP-ni qışda qaz qıt olanda onu “yumşaq şantaj etməkdə” suçlayır

Prezident İlham Əliyev Səfirlə görüşündə düşünərək əlavə edib ki, “biz Türkiyəyə qaz təchizatını kəsə bilərdik, əgər lazım gəlsəydi.”

5 dekabr, 2006-cı il, 15:44

Səfir Anne E.Derse tərəfindən məxfiləşdirilib

2. Giriş: Prezident Əliyev dekabrın 5-də Səfirə (teleqram boyu işlənmiş Səfir ifadəsi - Anne Derse nəzərdə tutulur -red.) dedi ki, dekabrın 8-də Tbilisidə enerji nazirlərinin üçtərəfli görüşündən gözləntisi budur ki, Türkiyənin Gürcüstana qışda qaz verib-verməyəcəyinə aydınlıq gətirilsin.” Onun sözlərinə görə, Azərbaycan dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə, üstəgəl BP və Statoil-un görüşünü təşkil edəcək. Əliyev BP-ni kommersiya məsələlərini mövcud qaz problemlərinə bağlamaqda suçlayıb. Prezident deyib ki, Rusiya Baş Naziri Fradkovun Bakıya səfəri zamanı Azərbaycanın Rusiya ilə qaz danışıqlarında heç nə dəyişməyib. Girişin sonu.
3. Dekabrın 5-də Səfir Prezident Əliyevlə görüşüb, enerji və mətbuat azadlığı məsələlərini müzakirə edib.

Rusiya Baş Naziri Fradkovun səfəri barədə

--------------------------------------------

4. Rusiya Baş Naziri Mixail Fradkovun yenicə baş çatmış səfərinə toxunaraq, Əliyev deyib ki, Qazpromun Azərbaycana min kubmetri 230 ABŞ dollarından 1.5 milyard kubmetr qaz satmaq təklifi dəyişməyib. Əliyev deyib ki, Rusiya bilir ki, Azərbaycan bu qiymətə qaz alan deyil, çünki bu, Azərbaycanın öz zavodlarından yanan mazutdan bahadır. Əliyev deyib ki, heç bu məsələni Fradkovla görüşdə qaldırmaq istəməyib, Fradkov özü məsələni açıb. Əliyevin sözlərinə görə Fradkov deyib ki, Qazpromun təklifi “anti-Azərbaycan” deyil, tamamilə kommersiya qərarıdır. Ancaq Əliyev əlavə edib ki, Qazpromun Ukraynaya min kubmetri 130 dollardan qaz satması bu fikri alt-üst edir. Əliyev deyib ki, Rusiya Ermənistana daha ucuz qaz satmasını Ermənistanın yaxın müttəfiqi olması və İran-Ermənistan qaz kəmərini alması ilə izah edib. Həmin kəmər vasitəsilə, onun sözlərinə görə, Rusiya Avropaya gələcək qaz ixracı marşrutlarını nəzarətdə saxlamaq istəyir. Rusiya “Avropa qaz bazarını mühasirəyə almağa” çalışırdı, Avropanın Belarusla danışıqlarına təsir etmək istəyirdi. Bu danışıqlarda satış qiyməti barədə razılaşma olmayıb.

5. Əliyev deyib ki, Fradkov Rusiyanın Azərbaycana qazını üçüncü ölkələrə daşımaqda yardımını təklif edib. Əliyev səfirə dediyinə görə, onun cavabı belə olub ki, o belə bir “kömək” necə mümkün olacağını təsəvvür edə bilmir. Fradkov Əliyevə deyib ki, Rusiyaya getdikcə daxili bazarda daha çox qaz lazımdır və nəticədə onun Avropaya satdığı qazın həcmi azala bilər. Əliyevin sözlərinə görə, Rusiya qaz monopoliyası yaratmaq üçün Əlcəzairlə işləyir.

Qaz üçlüyü

------------

6. Səfir deyib ki, Əliyevin Brayza ilə Minskdə, noyabrın 30-da Bakıya səfər etmiş Gürcüstanın baş naziri Noğaideli ilə enerji danışıqlarından xəbəri var. Həm də ondan xəbəri var ki, son görüşün nəticəsi olaraq dekabrın 8-də Türkiyə, Gürcüstan və Azərbaycan enerji nazirlərinin Tbilisidə üçtərəfli görüşü olacaq.

Əliyev deyib ki, enerji məsələlərində Gürcüstanla Azərbaycanın ümumi strateji baxışları var, bu yöndə yaxından əməkdaşlıq edirlər. Noğaideli dekabrın 4-14-də Birləşmiş Ştatlara səfərində Azərbaycan və Gürcüstanın mesajını çatdıracaq. (Gürcüstan səfiri Səfirə dekabrın 5-də deyib ki, Gürcüstanın baş naziri Noğaideli ABŞ-a səfərində Dövlət Katibi Rays və Vitse-Prezident Çeynidən xahiş edəcək ki, BP-ni bu qış yardım əlini uzatmağa “həvəsləndirsin”).

Əliyev deyib ki, Türkiyə və Gürcüstan hökumətlərinin Noğaidelinin noyabrın 30-da Bakıya səfərindən əvvəl müsbət danışıqlar aparacağını gözləyib, ancaq bu baş verməyib. Gürcüstan Şah Dəniz qazının yenidən bölüşdürüləsi ilə bağlı Türkiyədən mənfi cavab alıb. Baxmayaraq ki, 2006-cı ilin iyulundan üç dövlət başçısı ümumi anlaşmaya gəlmişdilər.

“TÜRKİYƏ SƏMİMİ DEYİL”

Əliyev deyib ki, o, Türkiyənin münasibətinin səmimi olmadığını hiss edib. Buna görə də gərək Azərbaycan və Gürcüstan taktika və strategiyalarını əlaqələndirsinlər. Hökumətin bu yaxınlarda keçirilmiş yüksək səviyyəli görüşündə Əliyev vurğulayıb ki, Xəzər qazının Avropaya daşınmasına dair uzun müddətli layihəyə sadiqdir və “Azərbaycan uzun müddətli enerji strategiyasını gündəlik ehtiyaclara qurban verməməlidir.” Əliyevə görə, Azərbaycanın strateji məqsədi Avropa bazarlarına daxil olmaqdır ki, bu da Avropa üçün Azərbaycandan daha mühümdür. “Putin deyir ki, Azərbaycan və Qazaxıstan Avropaya qaz verə bilməz, “bunu eləməsək, döyüşü uduzarıq.” Buna görə də Azərbaycan qısa müddətli qaz böhranını həll etmək üçün ən yaxşı mümkün həlli irəli sürüb: Gürcüstan, Türkiyə, Azərbaycan və Yunanıstanın hərəsinə - bir az qaz.

7. Səfir deyib ki, gürcüləri inandırıblar Türkiyə hökuməti 8 dekabr Tbilisi görüşündə daha pozitiv mövqe tutacaq. (Qeyd: Gürcü səfiri dekabrın 5-də Səfirə deyib ki, Gürcüstanın Ankaradakı səfirliyi Türkiyə XİN-ə istinadla Türkiyənin 2007-ci il Şah Dəniz qazının yenidən bölünməsini müzakirə etməyə hazır olduğunu bildirib.) Brayza təklif edib ki, 8 dekabr üçtərəfli görüşündən sonra dekabrın 14-də Bakıda BP və Statoil-un iştirakıyla daha bir üçtərəfli görüş keçirmək faydalı olardı və Prezidentdən bu barədə fikrini soruşub. Əliyev deyib ki, “gözləməyə vaxtımız yoxdur”, əlavə edib ki, qış tətilləri tezliklə yaxınlaşır. 14 dekabr təklifini dəstəkləyib, Bakının bu görüşə ev sahibliyi edəcəyini deyib. Prezident deyib ki, əgər 8 dekabr Tbilisi görüşü Türkiyənin mövqeyinə aydınlıq gətirsəydi, onun kömək fikri olub-olmadığını aydınlaşdırsaydı, həmin görüş çox mühüm olardı. 14 dekabr görüşü isə daha çox BP-nin köməyə meylli olub-olmamasına aydınlıq gətirərdi.

BP-nin təhlükəli oyunu

----------------------------

8. “Əliyev deyib ki, BP Azərbaycana daxili istehlak üçün Azəri-Çıraq-Günəşli yatağından daha çox səmt qazı verə bilərdi. Ancaq bu sahədə əməkdaşlığa görə ACG-də daha dərin qazı çıxarmaq üçün PSA sazişini genişləndirmək arzusunu dilə gətirib.” Əliyev deyib ki, BP-nin bütün məsələlərini - PSA-in genişləndirilməsi, ACG dərin qazı, nəqliyyat tarifləri üzrə razılaşmaları və başqa məsələləri bir paket kimi təqdim etməsi düz deyil; həmçinin BP-nin bu məsələlərin həllini Azərbaycanın “müvəqqəti çətinliklərinə” bağlaması düzgün deyil. O deyib ki, BP “yumşaq şantajdan” istifadə edib və təkid edib ki, BP bunun əvəzində yaxşı inamla hərəkət etməlidir. Əliyevə görə, rəsmilərinə tapşırıq verib ki, BP-yə desinlərm əgər BP ACG səmt qazı məsələsini dəstəkləməsə, PSA-in genişləndirilməsi və ACG dərin qaz məsələlərinin həllini görməyəcək.

“Əgər BP bizə daha çox ACG səmt qazı verməsə, rəsmilərimə tapşırmışam onlara desin- PSA-in genişləndirilməsi və ACG-də dərin qaz olmayacaq,” Əliyev vurğulayıb. O, əlavə edib ki, bunun baş verməsini istəmir, çünki iqtisadi nöqteyi-nəzərdən həm AİOC konsorsiumu, həm də Azərbaycan PSA-in genişləndirilməsindən qazanar, Konsorsium isə ACG-də dərin qazı çıxarardı. Ancaq təkcə Azərbaycan deyil, Avropa və Gürcüstan da məsələdə maraqlıdır. Əliyev əlavə edib ki, Türkiyə 2007-ci ildə Şah Dəniz qazının yenidən bölüşdürülməsinə razılıq versə, “bu, çıxış yolu olar”, ancaq sonra yenə də Azərbaycana Şah Dəniz qazının bölüşdrülməsində, Azərbaycana ACG səmt qazından daha çox verilməsində BP-nin yardımı lazım olacaq.

LAZIM GƏLSƏYDİ, TÜRKİYƏNİN QAZINI KƏSƏ BİLƏRDİK

9. Prezident düşünərək əlavə edib ki, “biz Türkiyəyə qaz təchizatını kəsə bilərdik, əgər lazım gəlsəydi.” Səfir vurğulayıb ki, bu sərt addımın ciddi fəsadları ola bilərdi. O, Əliyevdən soruşub ki, Türkiyənin qazın yenidən bölüşdürülməsi məsələsində inadkarlığının səbəbini bilirmi? Prezident deyib ki, bilmir, ancaq şübhələnir ki, maliyyə söhbəti ola bilər, qazın min kubmetrini 120 dollara alıb, 230 dollardan satmaq. O, həmçinin belə bir fərziyyə irəli sürüb ki, ola bilsin Türkiyə Rusiyanın ciddi təzyiqi altındadır.

10. Hərəkət üçün müraciət: Səfir dekabrın 8-də BP Azərbaycanın prezidenti Bill Schraderlə görüşəcək. Departamentdən təlimat, Vaşinqtonda BP rəsmilərinə verilmiş mesajlar barədə detallı informasiya xahiş edirik. DERSE.
XS
SM
MD
LG