Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Niyazi Mehdi fəlsəfədən nələri diddi?


Niyazi Mehdi
Niyazi Mehdi
“Mən paradoksal adları sevirəm. Bazar qanunlarına görə də, paradoksal adlar cəlbedici olmalıdır. Fikrimcə, bizdə darıxdırıcı kitab adları daha çoxdur, nəinki başqa ölkələrdə”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına “Qanun” nəşriyyatında çıxmış “Fəlsəfəddən diddiklərim-hamı üçün ideyalar, bir də faktlar” kitabının müəllifi Niyazi Mehdi söylədi.

BU, DİDMƏK AKSİYASINA OXŞAYIR


Niyazi bəyin dediyinə görə, əslinə qalsa, oxuculara qiyam olaraq bu adı kitabına verib: ”Amma bu formal qiyam deyil. Mənasına görə də bu diddiklərimdir. Mən müxtəlif kitablardan fraqmentləri götürmüşəm –bu, didmək aksiyasına oxşayır”.

DİDMƏYİ HAMI BACARMAZ

Professor bu vəziyyətdə diddiklərinin unikal olduğu qənaətində də deyil: ”Müəyyən mənada kitabın ideyasını tutmağı yəqin ki, hər adam bacarmaz, gərək mütəxəssis olasan. Hansı düşüncənin maraqlı olduğunu və s. duya biləsən”.

Öncə kitabı kitab kimi hazırlamaq fikrində olmadığını bildirən müəllif “əslində bu, mənim arxivimdir, məndə dinlə, psixologiya ilə, mədəniyyətlə bağlı fayllar var. Ömrüm boyu oxuduğum kitablardan bəyəndiyim ideyaları, faktları ora yazmışam” - dedi. Bütün bunları oxumaq üçün “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna göndərdiyini bildirdi: “Dedim ki, özü üçün oxusun, o da qayıtdı ki, gəl, kitab kimi çap edək”.

KİTAB İKİ HİSSƏDƏN İBARƏTDİR

Birinci hissə ideyalar hissəsidir, ikinci hissə isə faktlar. Niyazi Mehdi birinci hissədə bildiyi dillərdə oxuduğu kitablardan ideya baxımından onu cəlb edən yerləri götürdüyünü vurğulayır: “Ola bilsin ki, müəllifin on səhifəlik ideyasını mən iki abzasa sığışdırıb yazmışam. Bu cür ideyalardan başqa düşüncə üçün önəmli olan faktları da kitaba salmışam”.

KİTABIN QİYMƏTİ ALTI MANATDIR


Niyazi Mehdi kitabın qiymətinin “çox ucuz” olduğu qənaətindədir: “Mənə görə, 6 manat kasıb adam üçün böyük puldur, amma bir az maaşı babat olan adam üçün böyük pul deyil”.

KİTABIN MƏQSƏDİ NƏDİR?


Niyazi Mehdi kitabın müxtəlif problemlər üzrə - predmet göstəricisi prinsipi ilə verildiyini deyir:

“Məsələn, tanrı problemi, yanında ateizm, mən, xarakter, əxlaq - bu mövzular üzrə müxtəlif kitablardan xoşuma gələn ideyaları kitaba salmışam. Və həmin kitabların mənbə göstəricilərini—səhifə, neçənci ildə çıxıb, harada çıxıb-bunlar da var, eyni zamanda ideyanın, düşüncənin, fikrin səhifəsi də var”.

BU, HƏM KONSPEKT, HƏM DƏ SANDIQÇADIR

Niyazi Mehdi kitabın həm konspekt, həm də sandıqça olduğu fikrindədir: “Dissertasiya, diplom işi yazmaq istəyənlər üçün sandıqçadır. Məqalə yazmaq, televiziyada çıxış etmək istəyənlər üçün konspekt. Filan mövzuda danışacaq, istəyir ki, bir maraqlı fakt olsun, o faktı oradan götürə bilər”.

KİTABIN SATIŞI YAXŞI OLSA...

Niyazi Mehdi bu tipli kitabları ciddi yardım saydığını da dedi: “Mən çox istərdim ki, Azərabycanda bir çox sahələrlə bağlı bu cür kitablar olsun. İnternetə də qoyulsun ki, hamı istifadə edə bilsin”.

Professor kitabın satışının yaxşı olacağı halda həvəsə gələcəyini, başqa fənlər üzrə - din, psixologiya, mədəniyyət, hətta konfliktlər üzrə də kitab çıxaracağını bildirdi: “Məndə bu mövzularda maraqlı materiallar var, onları da çap etdirmək olar”.

- “Diddiklərim”də hansı şöhrətli müəlliflərin maraqlı fikirləri yer alıb?
- Onları Niyazi Mehdinin öz səsində dinləmək istərdinizmi?
- Niyazi bəy kitabdan oxuduğu hissələrdə kimlərə xüsusi yer ayırdı?
- Kitabda yazılana görə, ingilislər Janna Darkın qadın olduğunu nədən bildilər?
- “Qadınlar siyasətdə” bölümündə hansı şöhrətli qadınlardan söz açılır?

“İz”i bu səhifədən dinləyin

XS
SM
MD
LG