Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:26

«Belarusda azərbaycanlılar siyasəti sevmir»


Minskdə müxalifətin yürüşü, 19 dekabr 2010
Minskdə müxalifətin yürüşü, 19 dekabr 2010
HAKİMİYYƏTİ DƏYİŞMƏK RİSKDİR

- Mən özüm Moskvadaydım, amma ailəmə dedim ki, gedin, Lukaşenkoya səs verin. Çünki o bizim üçün sərfəlidi, Azərbaycana münasibəti yaxşıdır.

Belarusda yaşayan azərbaycanlı Əlvan Qasımova keçmiş və indiki prezident Aleksandr Lukaşenko ona görə xoş gəlir ki, ölkədə sabitlikdir, zavodlar işləyir, adamlar vaxtında əməkhaqqı alırlar. Belarusun digər azərbaycanlı vətəndaşı Etibar Bağırov da onun fikirlərini bölüşür və deyir ki, bəlkə Lukaşenko dəyişsəydi, daha yaxşı olardı, amma bəlkə də pis oldu, bəs onda?

- Hər halda riskdir. Amma indi sakitçilik var. Hamının işi var.

BELARUSDA AZƏRBAYCANLILAR SİYASƏTİ SEVMİR

Etibar Bağırov Belarusda yaşayan 12 mindən çox azərbaycanlının ölkə daxili siyasi həyatda fəal iştirak etmədiyini deyir. Onun sözlərinə görə, burdakı azərbaycanlıları Lukaşenkonun prezident seçilməsinə etiraz edən və küçələrə axışan müxalifətin sırasında da görmək çətindir.

Belarusda keçirilən prezident seçkisinin nəticəsinə görə, Aleksandr Lukaşenko yüksək səs faizi ilə dördüncü dəfə prezident kürsüsünü əlində saxlayıb. Seçkidə rəsmi olaraq 4 faiz səs topladığı bildirilən yerli müxalifət isə seçkinin saxtalaşdırıldığını və qeyri-bərabər şəraitdə keçirildiyini
Fikrət Sadıqov
bildirir.

«PREZİDENT DƏYİŞSƏYDİ YAXŞI OLARDI»

Əlvan Qasımov isə müxalifətin rəyini bölüşmür, daha doğrusu, onun fikrincə, seçki şəraiti normal keçib, amma onu əlavə edir ki, bir nəfərin dördüncü dəfə prezident kürsüsündə əyləşməsi demokratik dəyərlərlə üst-üstə düşmür:

- Adam bir kürsüdə çox oturanda şəxsiyyətə pərəstiş yaranır. Məncə, prezident dəyişsə idi, yaxşı olardı.

«XALQ ALTERNATİV GÖRMƏLİDİR»

Siyasi şərhçi Fikrət Sadıqov hesab edir ki, Belarusda hələ ki, Lukaşenkoya qarşı çıxa bilən qüvvə yoxdur. Onun fikrincə, ölkədə dəyişikliyə seçkidən-seçkiyə yox, gündəlik həyatda can atmaq lazımdır:

- Bunu müxtəlif çıxışlarla, saytlarda bəyan etməlidir. Xalq görməlidir alternativ nədir, ona nə təklif edirlər?

BELARUS AZƏRBAYCANA BƏNZƏYİR

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, uzaq Belarusda baş verənlər Azərbaycanın siyasi həyatına çox bənzəyir:

Elxan Şahinoğlu
- Müxalifət sıxışdırılıb meydandan çıxarıldı, mitinqlərə icazə verilmədi. Heç bir ədalətli seçkilərdən söhbət gedə bilməz. Müxalifətin gücləri arasında da oxşarlıq var. Hardakı avtoritar rejim var, orda istəməzlər ki, rəqiblər güclü olsun. Belarusda da müxalifət zəifləyib, maliyyəsi yoxdur, pərən-pərən düşüb. Onlar da vahid namizədlə seçkiyə qatıla bilmədilər.

İKİ ÖLKƏ ARASINDAKI FƏRQ

Amma Elxan Şahinoğlu bildirir ki, Azərbaycan hakimiyyətindən fərqli olaraq Lukaşenko dildə bir söz deyib əməldə başqa hərəkət eləmir:

- Lukaşenko açıq-aydın deyir ki, o olan yerdə heç kəs ölkəni idarə edə bilməz. Sözdə Azərbaycan demokratik ölkədir, əməldə isə başqa hərəkət baş verir.

«SEÇKİYƏ İNDİDƏN HAZIRLAŞ»


Elxan Şahinoğlunun fikrincə, Azərbaycan müxalifəti Belarus təcrübəsindən ibrət götürüb 2013-cü il prezident seçkisinə indidən hazırlaşmalıdır.

«YENİ MONARXLARIN ADI-PREZİDENT»

Fikrini soruşduğumuz Bakı sakinlərinin bəziləri isə hesab edirlər ki, post-sovet məkanında artıq yeni monarxiyalar qurulur və bu, cəmiyyətə prezidentlik institutu kimi təqdim edilir. Bəzilərinin fikrincə isə, xalq bir adamı neçə dəfə istəyirsə, prezident seçə bilər.
XS
SM
MD
LG