Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:25

Markesin fanatları üçün Makondo turu


Nobel mükafatlı yazıçı Qabriel Qarsia Markesin vətənində onun “Yüzillik tənhalıq” romanında xatırlanan yerləri gəzmək üçün turist marşrutu açılıb - “Makondo turu”.

Romandakı Makondo şəhəri uydurma olsa da, yeni tur Markesin 1927-ci ildə anadan olduğu Maqdalena əyalətində turizmi inkişaf etdirməyə yönəlib.

Tur Barrankuilla, yaxud Santa Marta-dan başlayıb Markesin doğulduğu Arakataka şəhərində bitəcək.

Yol boyu turistlərə folklor, rəqs qrupları, teatr truppalarının da çıxışlarını izləmək imkanı yaradılacaq.

Onlar yolun üstündəki otellərdə dincələ biləcəklər.

Turistlər Maqdalena əyalətini “çivas” adlanan və al-əlvan boyalarla bəzədilmiş avtobuslarda gəzəcəklər .

Avtobusların içi elə dizayn edilib ki, turistlər ayaq üstə dayana, hətta rəqs edə bilsinlər.

Turistləri həm də banan plantasiyasına və Markes muzeyinə də aparacaqlar.

Muzey keçən ilin martında açılıb.

Marşrutun keçdiyi yerlərdə Markesin uşaqlığı və yeniyetməliyi keçib, həmin xatirələr sonradan yazıçının əsərlərində yer alıb.

Markes on il qabaq Meksikaya köçsə də, Kartaqena şəhərindəki evinə tez-tez baş çəkir.

Markes muzeyində 14 otaq var. Bu, 20-ci əsrin əvvəli üçün xarakterik olan Kolumbiya evlərindəndir.

Muzeyin yerində mövcud olmuş ev 40 il əvvəl uçurulub və 2002-ci ildə yazıçının anası, dostları və qonşularının xatirələri, eləcə də Markesin “Anlatmaq üçün yaşamaq” əsəri əsasında bərpa edilib.

Turun qiyməti 79 min pesodur (təsminən 40 dollar).
XS
SM
MD
LG