Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:50

Nemət Pənahlı apelyasiya şikayəti verəcək


Nemət Pənahlı
Nemət Pənahlı
Yanvarın 10-da Nəsimi rayon məhkəməsinin qərarı ilə haqlarında 2 aylıq həbs-qəti imkan tədbiri seçilən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və Ceyhun Fərzəliyev bu gün Bakı İstintaq Təcridxanasına köçürüləcək. Hazırda onlar Nəsimi rayon polis idarəsinin istintaq təcridxanasında saxlanılır.

Nemət Pənahlının vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, yanvarın 12-də Nəsimi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Nemət Pənahlı və Ceyhun Fərzəliyev CM-nin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur
. Həbsə səbəb yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun adlı şəxs onu döyüb.

Vəkil Elçin Sadıqov həbsin əsassız olduğunu, Nemət Pənahlıya qarşı təxribat törədildiyini bildirir.
XS
SM
MD
LG