Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:08

Xarici İşlər Nazirliyi «Əli və Nino»nu Əsəd bəyin əsəri sayır


Məşhur "Əli və Nino" əsərinin hansı yazıçı tərəfindən yazıldığı ilə bağlı mübahisələr davam etdiyi bir vaxtda Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bir məlumat diqqəti çəkir.

Məlumata görə, "Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin əməkdaşları cari ilin 18 yanvar tarixində “Əli və Nino” əsərinin müəllifi Qurban Səid təxəllüsü ilə tanınmış məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin dəfn edildiyi İtaliyanın Pozitano şəhərində səfərdə olmuşlar.

Səfər zamanı Pozitano şəhərinin meri Mikele De Luçia və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmiş, şəhər merinin müşayiəti ilə Əsəd bəyin yaşadığı ev və məzarı ziyarət edilmişdir.

Mikele De Luçia 1938-42-ci illərdə Salerno vilayətinin Pozitano şəhərində yaşamış Əsəd bəyin şəhər sakinləri üçün dəyərini vurğulayaraq, onun yerli əhali tərəfindən böyük hörmətlə anıldığını qeyd etmişdir.

M. De Luçia Əsəd bəyin iki xalq arasında mənəvi körpü yaratdığından Pozitano sakinlərinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi arzusunda olduqlarını bildirmişdir.

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov cavabında Azərbaycan xalqının, Əsəd bəyin ömrünün son və çətin illərində Pozitano sakinləri tərəfindən ona göstərilən qayğı və diqqətdən xəbərdar olduğunu bildirmiş və buna görə Pozitano sakinlərinə öz minnətdarlığını bildirmişdir.

Səfər zamanı Pozitano ilə Azərbaycan arasında turizm, iqtisadiyyat və incəsənət sahələrində əməkdaşlıq məsələləri edilmişdir".

Qeyd edək ki, "Əli və Nino" romanı Məhəmməd Əsəd bəy imzası ilə çap edilsə də, əsərin Yusif Vəzir Çəmənzəminliyə məxsus olması versiyası da mövcuddur.

Bununla bağlı mübahisələr onilliklərdir ki, davam edir.

Bir qrup araşdırmaçı Çəmənzəminliyə məxsus "Əli və Nino" romanının hansı yollasa Məhəmməd Əsəd bəyin əlinə keçdiyini və ədəbi oğurluq olaraq çap edildiyini iddia edirlər.

Həmçinin oxu
Betti Bleyrin Çingiz Abdullayevə cavabı ("Əli və Nino" kimindir?)
Betti Bleyrin Həsən Quliyevə sərt cavabı
Betty Bleyerin Nuridə Atəşiyə cavabı
Yusif Vəzir sağ olsaydı «Əli və Nino»nun müəllifi olardımı?
Azərbaycanın kimlik kartı: «Əli və Nino»
Əsəd bəy və Nuridə xanım
XS
SM
MD
LG