Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:51

«ADNA işindən şok işgəncə faktları açıqlandı»


Azərbaycan mətbuatının icmalı
Azərbaycan mətbuatının icmalı
«Bizim yol» qəzeti yazır ki, «ADNA işindən şok işgəncə faktları açıqlandı».

Dünən Bakı Apelyasiya Məhkəməsində Dövlət Neft Akademiyasında kütləvi qətldə təqsirli bilinərək azadlıqdan məhrum edilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi...

Nadir Əliyev hadisə zamanı ADNA-nın yaxınlığında olması barədə ifadəsinə aydınlıq gətirdi:

«Həmin ifadələri məndən göydən asılı vəziyyətdə alıblar. Məni asmaqla, işgəncə verməklə ürəkləri soyumadı. Onlar cinsiyyət orqanlarımı toka verdilər. Namusuma toxunublar, məni butulka üstündə otuzdurub ifadə alıblar. Bunları da «Bandotdel»də Teyyub, Müzəffər adlı şəxslər edib».

Nadir Əliyev qeyd etdi ki, təcridxanada zorlamada ittiham olunan zabitdən şahid kimi istifadə ediblər. «Zabit Elmar Mehdiyevlə üzləşdirmə çəkilişi zamanı ovçarka itindən istifadə ediblər».

AzadlıqRadiosunun bu barədə yazısını oxu.

«POLİS İDARƏSİNDƏ NÖVBƏTİ ÖLÜM»

«Azadlıq» qəzeti isə «Polis idarəsində növbəti ölüm» adlı yazıda Neftçala rayon Polis Şöbəsinə sağ-salamat gətirilən 30 yaşlı Aydın Abbasovun meyitinin yaxınlarına təhvil verilməsindən yazır:

«Həmişə olduğu kimi, bu dəfə də mərhumun yaxınlarına onun intihar etdiyini deyiblər... Rayondan aldığımız məlumata görə, mərhum Aydın Abbasovun meyitini ekspertizadan keçirilməsi üçün xəstəxanaya belə aparmadan yaxınlarına veriblər ki, tələm-tələsik dəfn etsinlər».

«GÜCLÜ DÖVLƏTİN MÜSTƏQİL SİYASƏTİ»

«Azərbaycan»
qəzeti «Müstəqilliyimizin dayaqları» adlı məqalə ilə çıxış edib. Yazının müəllifi qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdur:

«Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi bu 20 ildə qazanıb və əzmlə qoruyub saxlaya bilib. Məhz bu baxımdan da dövlət müstəqilliyinin iyirminci ildönümü vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Dövlət müstəqilliyi hər bir vətəndaş, üçün ən böyük sərvətdir. Son 8 ildə respublikamıza inamla rəhbərlik edən möhtərəm Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» sərəncam da məhz bu reallıqlarla şərtlənir...».
XS
SM
MD
LG