Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:24

Dövlət Departamenti Azərbaycandakı amerikalıları xəbərdar edir


ABŞ Dövlət Departamenti amerikalıları Azərbaycanda terror təhlükəsi haqda xəbərdar edir.

Departament neftlə zəngin Xəzər dənizi sahilindəki keçmiş Sovet respublikasında ABŞ vətəndaşlarını sayıq olmağa çağırır.

ABŞ səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər.

Məlumatda Azərbaycandakı ABŞ vətəndaşlarına xüsusilə Qərblə assosiasiya olunan ictimai yerlərdə sayıq olmaları tövsiyə edilir.

Xəbərdarlıq “terror təhlükəsi barədə informasiyaya” əsaslanır. Amma məlumatda təhlükənin mahiyyəti və bunun arxasında kimin dura biləcəyi barədə məlumat verilmir.
XS
SM
MD
LG