Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:49

“The Washington Post” yenə İlham Əliyevdən yazır


Qahirə, Tahirir meydanı, 7 fevral 2011
Qahirə, Tahirir meydanı, 7 fevral 2011

“The Washington Post” qəzetinin redaktoru Fred Hiatt Misir hadisələrinə ABŞ-ın münasibəti və Vaşiqntonun digər müsəlman diktatorlarla bundan sonrakı mümkün davranışını təhlil edir. Qəzetin bazar ertəsi çıxan sayında məşhur “demokratiya, yoxsa, neft” dilemmasına bir daha qayıdan müəllif yazır:

“Dövlət Katibi Hillari Klinton bugünlər ayrı-ayrı ölkələrdə demokratik islahatların aparılması da ABŞ-ın strateji maraqlarına daxil olduğunu bildirib. Klinton deyib ki, bu, sadəcə bir idealizm deyil, həm də strateji zərurətdir”.

Müəllif qeyd edir ki, xarici siyasət hər zaman risklərin balanslaşdırılmasını tələb edir. Ona görə də müttəfiq olan diktatoru qəzəbləndirmək, yoxsa, onun rejimini laxlatmaq sualı başadüşüləndir. Reallıqda Mübarək də İran məsələsində, terror əleyhinə siyasətdə Vaşinqtonla əməkdaşlıq edirdi.

Amma o, eyni zamanda ölkədə demokratik qurumları məhv edir, elə təsəvvür yaradırdı ki, islamçılara qarşı ondan yaxşı alternativ yoxdur. İsrailə düşmən münasibət bəsləyən xalqla İsrail arasında yalnız o, dayan bilər.

Halbuki, uzun illər

Mübarəkin daha dünyəvi rəqiblərini həbsə atmasına, işgəncələrə məruz qoymasına görə onu sıxışdırsaydı, indi Tahrir meydanına toplaşan xalq da ABŞ-a daha çox etibar edərdi.

Fred Hiatt
qeyd edir ki, Dövlət Katibi Hillari Klinton ötən həftəsonu Münhendə keçirilən təhlükəsizlik konfransında bundan sonra ABŞ-ın demokratik islahatlar üçün avtoritar rejimlərə daha çox təzyiq edəcəyini deyib. Dövlət katibi bildirib ki, yaxın yaxın perspektivdə risklər vəd etsə də ABŞ həmin rejimlərə çatdıracaq ki, “indiyəqədərki status-kvo sadəcə olaraq davam etdirilə bilməz”.

İndi müəllif sual edir: “Bu sözlər praktikada nə demək olacaq? Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayır. Və ona neft lazım olan ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayış göstərir. Yəni, indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?”
XS
SM
MD
LG