Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:47

Müsabiqənin qalibləri açıqlandı


Fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

2010-cu ilin sentyabrın 6-da elan olunan müsabiqədə qalib olmağa 83 əsər iddialı idi.

Qalibləri bu münsiflər müəyyənləşdirib: Sona Vəliyeva,”Kaspi” qəzetinin təsisçisi; Fikrət Qoca, xalq şairi; Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru; Yunus Oğuz, “Olaylar” qəzetinin baş redaktoru; Fərqanə, şair; Mahirə Abdulla, yazıçı; Niyaz Niftiyev, “Azadinform”un baş redaktoru; Natiq Məmmədli, “Kaspi”nin baş redaktoru; Dayandur Sevgin, şair.

“Media forum” saytı qalibləri təqdim edir:

Baş mükafata - 1-ci yerə əslən Lənkəran rayonundan olan yazıçı-publisist Hafiz Mirzənin “Qeyrət” hekayəsi layiq görülüb.(1000 manat).

O, 2005-ci ildən "Olaylar" İnformasiya Agentliyi və eyni adlı qəzetin Cənub bürosunun rəhbəridir.

2-ci yer: Zəkurə Quliyeva, “Ermənilərə tarixi dərs” (məqalə) – “Qarabağ” qəzeti (500 manat);

3. Valeh Məhərrəmli, “Hünər” (poema) – “Səs” qəzeti (300 manat).


Xüsusi mükafatlar (200 manat)

Hafiz Mirzə
1. Oqtay Qorçu, “Torpaq üstə, yarpaq üstə, göz üstə…” (hekayə) – “Media forum” saytı;

2. İmir Məmmədli, “Qarabağ havaları” (şeir) – İctimai Televiziya;

3. Mustafa Çəmənli, “Mübariz” (povest);

4. Yusif Kərimov, “Təmas xəttindən məktublar” – “İki sahil” qəzeti;

5. Rahilə Elçin – “Milli qəhrəmanım, Vətən qürurum” (povest).


Həvəsləndirici mükafatlar (200 manat)

1. Nigar Vaqifqızı, “Soruşma ki vətən sənin üçün nə edib…” (məqalə) – “Azadlıq” qəzeti;

2. Balayar Sadiq, “Hünər simfoniyası” (poema) – “Paritet” qəzeti;

3. Fərid Hüseyn, “Müqəddəs adam haqqında yeddi tezis" (məqalə) – “Kitabxana.net” saytı;

4. Rizvan Nəsiboğlu, “Təpədən dırnağa Vətəndi Vətən…” (şeir) – “Bütöv Azərbaycan” qəzeti;

5. Mirdaməd Əziz, “Gedək Mübarizin arxasınca biz” (şeir) – “Ədəbiyyat qəzeti”.


Fəxri fərman

1. Aygül Rəhim, “Azadlıq” (hekayə).

Fevralın 7-i Mübariz İbrahimovun doğum günüdür. 1988-ci ildə Biləsuvar rayonunda doğulan M.İbrahimov ötən il iyunun 19-da Tərtərin Çaylı kəndi yaxınlığında erməni işğalçıları ilə döyüşdə həlak olub.

Ölümündən sonra ona Milli Qəhrəman adı verilib.

BAŞ MÜKAFATA LAYİQ GÖRÜLƏN HEKAYƏNİ OXU
XS
SM
MD
LG