Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:21

Misirli gənclər inqilabı necə etdilər?


New York Times

Misir inqilabının aparıcı qüvvəsi olmuş gənclərin əsas silahı İnternet idi. Daha doğrusu “Facebook” şəbəkəsi.

“Misirli gənclərə məsləhət: Şərfinizin altında sirkə, yaxud soğan olsun - gözyaşardıcı qaza qarşı etibarlı vasitələrdir”.

İnqilab günlərində bu məsləhəti misirli gənclərə tunisli yaşıdları verirdi.

Tunis diktatoru Ben Əliyə qarşı mübarizədə qalib gəlmiş tunisli gənclərin polislə qarşıdurmalardan qalib çıxmaq sahəsində böyük təcrübəsi vardı.

David D. Kirkpatrick David E.Sanger “New York Times” qəzetindəki məqalələrində yazırlar ki, cəmi iki il ərzində “Facebook” şəbəkəsi ərəb dünyasında yaxşı inteqrasiya olunmuş gənclər hərəkatının yaranmasına səbəb oldu.

Gənclər ərəb dünyasının onilliklər boyu yerində sayan qoca müxalifçilərilə əlaqələrini qırıb özlərində - dünyəvi dəyərləri müdafiə edən gənclərin geniş yararlandığı sosial şəbəkələşməni, dindar gənclərin dəmir nizam-intizamını və futbol azarkeşlərinin enerjisini birləşdirdilər.

Tunisdə və Misirdə sosial şəbəkədən istifadə həm də gənclər üçün xüsusi xidmət orqanlarının xəfiyyələrinin nəzarətindən kənar ünsiyyət qurmaq vasitəsi idi.

Misir inqilabına illərlə hazırlıq gedib

30 yaşlı mühəndis Əhməd Mahir hələ 2005-ci ildə “Kifayət” adlı hərəkat yaratmışdı.

Amma Mübarək rejiminə “Yetər!” deyən hərəkat özünə yetərincə tərəfdar toplaya bilmədi.

Bundan başqa hakimiyyət həbslər vasitəsilə hərəkatı iflic etdi. Mahirin özü 4 dəfə həbs edilib.

Amma sonradan gənclər “Facebook”da şəbəkələşməyə başladılar.

Maher və onun dostları dinc hərəkatların təcrübəsi haqda çox oxuyurdular.

Tunisdə posli mitinqi dağıdır. 18 yanvar 2011
Xüsusən də Serbiyada diktator Slobodan Miloşeviçin devrilməsinə səbəb olan “Otpor” gənclər təşkilatının təcrübəsindən.

Misir inqilabının başqa bir hərəkətverici qüvvəsi “Google” şirlətinin 31 yaşlı yerli meneceri Wael Ghonim oldu.

Ghonim-in siyasi təcrübəsi demək olar ki, yox idi. Amma o, biznesmen idi:

“Mən bilirəm ki bir brend yaradıb insanları həmin brendə inandırmaq olar”.


Bu düşüncə də gənclər hərəkatının sütunlarından biri oldu.

Həmin brend isə Facebook-da yaradılan yeni qrup oldu:

“Biz hamımız Xalid Səidik”.

Xalid Səid Misir polisinin döyüb öldürdüyü bir gənc idi.

Ghonim həm Əhməd Mahir, həm də mühacirətdə yaşayan misirli dissident Əl-Baradeyin tərəfdarları ilə əməkdaşlıq edirdi.

Ghonim Facebook-dakı səhifəsini Misirdə baş verən zorakılıqları əks etdirən videolar və qəzet məqalələri ilə doldurmuşdu.

Onun gənclərə mesajı isə belə idi: “Bu sizin ölkənizdi, hökumətin məmurları sizin verdiyiniz vergilər hesabına maaş alır, sizin hüquqlarınız var!”

Beləliklə qrup ətrafında yüz minlərlə gənc toplaşdı.

Ghonim Təhrir meydanındakı nümayişçilərə müraciət edir. 08 fevral 2011
Məsələn, əgər hansısa kütləvi aksiya planladırılırdısa, qrupun üzvləri məsləhətləşib nə rəngdə paltar geyinəcəklərini qərarlaşdırırdılar.

Dünyəvi dəyərləri müdafiə edən gənclər hətta dindar gənclərlə də əlaqə yaratdılar.

Baxmayaraq ki, qoca islamçılar sosial şəbəkələrə böyük əhəmiyyət vermirdilər və gənc islamçıların da bu Qərbdən gəlmə şəbəkədə olmasını elə də arzu etmirdilər.

İslamçılar üsyanın ilk yox, sonrakı günlərində Mübarək rejiminin etirazçıları üstələməsini görəndə aktivləşdilər.

Mübarək tərəfdarları Qahirədə - Təhrir meydanına soxulmaq istəyəndə etirazçıların sıraları məhz islamçı gənclər hesabına gücləndi.

Onlar meydana bir nizam-intizam da gətirdilər. Məhz onların təşkilatçılığı ilə bir qrup səkilərdən daş qırır, bir qrup onları bir yerə qalaqlayır, bir qrup isə Mübarək tərəfdarlarına atırdı.

Məhz gənclərin təşkilatlanması yüzlərlə qurban verilməsinə baxmayaraq inqilabın boğulmasına imkan vermədi.
XS
SM
MD
LG