Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:28

Sabirabad və Saatlı sakinləri ilə polis arasında qarşıdurma olub (VİDEO)


Saatlıda aksiya
Gözlə
Embed

No media source currently available

0:00 0:02:33 0:00

Sabirabad və Saatlı rayonlarının daşqınlardan zərər çəkən sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər. Abbas Atilay və Sevinc Hüseynzadənin

Aksiyada saxlanılan 4 nəfər sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Saatlı rayon Polis Şöbəsindən məlumat verilib.

Polis deyir ki, başqa saxlanılan yoxdur.

«10-A YAXIN ADAM POLİS ŞÖBƏSİNƏ APARILIB»

Fevralın 24-də Sabirabadda keçirilən aksiyada 10 nəfərə yaxın adam polis şöbəsinə aparılıb.

Bu barədə AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev məlumat verib.

«Mən indi rayon polis şöbəsindəyəm, aksiyada saxlanılanların burda olduğu bildirilir. Şöbənin qarşısında saxlanılan adamların yaxınları yığılıblar. 10 nəfərə yaxın aksiya iştirakçısının polisə gətirildiyi barədə məlumat var. Amma polis təkzib edir».

Polis AzadlıqRadiosuna 4 nəfərin saxlandığını bildirib.

Fevralın 24-də Sabirabad və Saatlı rayonlarının daşqınlardan zərər çəkən bəzi kəndlərinin sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər.

Aksiyaçılar bildirirlər ki, 9 ay keçməsinə baxmayaraq, daşqınlardan dəyən ziyana görə onlara hələ də yardımlar edilməyib.

Novruzlu kəndinin sakinləri həm də Sabirabad rayonu ərazisində, əvvəl yaşadıqları yerdən 3 km kənarda salınmış yeni qəsəbəyə köçürülmələrinə də etiraz edirlər. Narazılar deyirlər ki, həmin ərazi məskunlaşmaq üçün əlverişsizdir.

Polis aksiyanın qarşısını alan zaman etirazçılarla onlar arasında qarşıdurma olub.

Saatlı rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov AzadlıqRadiosuna bildirib ki, aksiya razılaşdırılmadığı üçün sakinlərin toplaşmasına icazə verilməyib:

«Camaatın yığışmaq istədiyi Araz çayının üzərindəki körpü dövlət əhəmiyyətlidir və bura toplaşmaq olmaz».


XS
SM
MD
LG