Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:04

Yəmən prezidenti əleyhdarlarını qorumağı tapşırdı



Yəmən rəsmi xəbər agentlikləri məlumat verir ki, prezident Ali Abdullah Saleh onun 32 illik hakimiyyətinə etiraz edən nümayişçilərin qorunması, müdafiə edilməsi üçün hüquq-mühafizə orqanlarına göstəriş verib. Abdullah Saleh fevralın 23-də təhlükəsizlik qüvvələrinin nümayəndələrini təlimatlandıraraq "onlara hakim rejimin tərəfdarları ilə müxalifət arasında baş verən qarşıdurmaların qarşısını almağı" əmr edib.

Fevralın 16-dan Yəməndə başlayan etiraz aksiyalarında indiyə kimi 15 adam öldürülüb. Nümayişçilərə qarşı təhlükəsizlik orqanları əməkdaşları gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Bıçaq və dəyənəklə silahlanmış Saleh tərəfdarları etirazçılara hücum ediblər.

Nümayişçilərə qarşı zorakılığa etiraz edən azı 7 deputat istefaya gedib.
Saleh söz verib ki, 2013-cü ildə səlahiyyət müddəti başa çatandan sonra hakimiyyəti tərk edəcək, həm də deyib ki, anarxiyanı müdafiə edən rəqiblərinə imkan verməyəcək.
XS
SM
MD
LG