Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Qismətdən şeirlər


















MƏN Kİ CƏHƏNNƏMƏ QEYDİYYATDAYAM


Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.

Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.


Qulağım eşitmir, dilim danışmır,
Bəxtim küsəyəndir, küsür barışmır,
Cənnətə düşməyə pulum çatışmır,
Mən ki cəhənnəmdə qeydiyyatdayam.


Allahın nə yaman pis imiş xətti…

Sevgini götürüb iynə-sap ilə
Sevgisiz ürəyə toxumaq olmur.
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!

Ümidin bitibsə ömür də bitdi,
Həyat dərdlə dolu bir labirintdi,
Allahın nə yaman pis imiş xətti,
Alnımın yazısın oxumaq olmur!


Hardasa ağladı bir qızıl üzük

Saydıqca özünü məğrur və böyük,
Oldun öz əhdinə, vəfasız dönük.
Hardasa ağladı bir qızıl üzük,
Hansısa dodaqlar öpüşsüz qaldı…

Məhəbbət xəttləri qırıldı bir gün,
Ayrılıq qılıncı sıyrıldı bir gün,
Dəlicə sevənlər ayrıldı bir gün,
Bir gün sevgililər görüşsüz qaldı…

Puç oldu deyilən o gözəl sözlər,
Çağladı bir anda çaylar, dənizlər,
Qəfildən ağladı o gülən gözlər,
O vaxtdan bir oğlan gülüşsüz qaldı.

Bizimki.org
XS
SM
MD
LG