Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:26

«Dəyanət Babayevi internet klubda tutublar»


Dəyanət Babayev
«Dəyanət Babayev haqqında Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarda bildirilir ki, o, martın 4-ü saat 11-də Milli Bankın qarşısında mobil telefonla bərkdən danışa-danışa gedirmiş və söyüş söyürmüş. Polis əməkdaşları yaxınlaşıb ictimai asayişi pozduğuna görə irad bildirəndə, o, müqavimət göstərib. Buna görə də tutularaq polisə aparılıb. Əslində isə Dəyanət internet klubda olan vaxt 3 nəfər ona yaxınlaşıb, onlarla getməyi tələb edib. Bundan sonra onu 22-ci polis bölməsinə, sonra isə məhkəməyə aparıblar».

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Dəyanət saxlanma səbəbi ilə maraqlananda, onu tutanlar bunu müxalifətin planlaşdırdığı mitinqlə izah ediblər:

«Bölmədə indiyə kimi üzünü görmədiyi üç polis əməkdaşı Dəyanətin üzünə durub. Polislər Dəyanətin guya onları təhqir etdiyini bildiriblər. İş protokollaşdırılıb və ona müdafiə imkanı tanınmayaraq, özləri vəkil seçərək işi məhkəməyə göndəriblər».

Vəkil deyir ki, saxlanan vaxt və məhkəmədə Dəyanət Babayevin vəkillə təmin olunmasına şərait yaradılmayıb, saxlanması haqqında ailəsinə məlumat verilməyib. Bütün bunlarla bağlı vəkil martın 9-da apelyasiya şikayəti verəcək.

Apelyasiya şikayətində Dəyanət Babayevin müdafiə hüququnun pozulması, prosesin saxta keçirilməsi, saxlanma təcridxanası rəhbərliyinin martın 6-da vəkilə görüş imkanı yaratmaması da əksini tapacaq.

AXCP fəalı Dəyanət Babayev martın 4-də saxlanılıb, 10 sutkalıq cəza alıb. Hazırda o, Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında saxlanılır.
XS
SM
MD
LG