Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:29

«Sosial şəbəkələrdə ünsiyyət psixi problemlərə səbəb olur»


Gəray Gəraybəyli
Gəray Gəraybəyli
«İnsanların sosial şəbəkələrdə ünsiyyətə daha çox meyl etməsi onlarda psixi problemlərin yaranmasına səbəb olur».

Bunu martın 7-də «Trend» ə respublikanın baş psixiatoru Gəray Gəraybəyli deyib:

«Sosial şəbəkələrdə ünsiyyətə üstünlük verən şəxslər canlı ünsiyyətdən uzaq durmağa çalışırlar».

Psixiator insanların canlı ünsiyyətə daha çox yer ayırmasını məsləhət görür və bildirir ki, canlı ünsiyyətdə olan insanların psixoloji problemləri kifayət qədər az olur:

«Canlı ünsiyyəti heç bir sosial şəbəkə, internet, telefon danışığı əvəz edə bilməz. Virtual münasibətə üstünlük verən insanların canlı ünsiyyətdə problemləri yaranır. Belə şəxslərin söz ehtiyatı kifayət qədər olmur, nitqlərində problem yaranır. Mənə müraciət edənlər arasında belələri var. Eləsi var ki, 2 ilə yaxındır bir qızla internet vasitəsilə tanış olub, ünsiyyət yaradıb. Lakin görüşəndə, danışmağa bir mövzu tapmayıblar, bir-birilərindən çəkiniblər. Bu isə sonda həmin şəxslərdə psixi problemlərin yaranması ilə nəticələnir».
XS
SM
MD
LG