Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:05

Yaponiya AES-lərindəki partlayışlar təhlükəsizlik tədbirləridir


«Fukusima» Atom Stansiyası
«Fukusima» Atom Stansiyası
Azərbaycan Milli Elmlər akademisyası Radiasiya problemləri insitutunun direktoru Adil Qəribov hesab edir ki, Yaponiya Atom elektrik stansiyalarındakı vəziyyət Çernobıl qəzası ilə müqayisə oluna bilməz. Onun fikrincə Yaponiya AES-lərində baş verənlər, əksinə, müasir texnologiyanın nə qədər etibarlı olduğunu sübut edir.

“Yaponiyada 6 reaktordan 4-ü qəza rejimindədir, heç birində bir dənə də olsun nüvə partlayışı baş verməyib. Hamısında hidrogen yuxarı çıxarılaraq məqsədyönlü şəkildə, yəni AES işçiləri tərəfindən partladılıb. Zəlzələ başlayan dəqiqədən Yaponiyadakı AES-lərin qəza rejimi sistemləri bütün reaktorları söndürüb. Reaktorların divarında kiçik bir çat belə yoxdur”.

Adil Qəribov əlavə edir ki, Yaponiyada müasir texnologiyadan istifadə olunur. Bu texnologiya dünyanın aparıcı elmi araşdırmalarına əsaslanır. Onun sözlərində görə, Çernobıl qəzası zamanı heç reaktoru da söndürə bilməmişdilər.

YAPONİYADA ÇERNOBIL TƏHLÜKƏSİ QALIR


Fukusima» Atom Stansiyasında üçüncü partlayışın qarşısını almaq üçün Yaponiyanın hakimiyyət orqanları tədbirləri davam etdirir. Zəlzələ və ondan sonra gələn sunami nəticəsində burdakı reaktorların soyutma sistemi sıradan çıxıb. Artıq reaktorlarda iki partlayış olub.

Yaponiyanın Baş naziri Naoto Kan deyib ki, atom stansiyasındakı vəziyyət narahatlıq doğurur. Mühəndislər fəlakətin miqyasının artmaması üçün əlindən gələni edir. Hökumət xalqı əmin edir ki, böyük radioaktiv sızıntı riski az olaraq qalır.

Aşağı təzyiqdə olsa da, radiasiya artıq baş verib. Külək martın 14-də cənub paytaxt istiqamətinə əsib. Radiasiyanı Tokioya doğru gətirib.

Yaponiyanın metroloji agentliyindən bildiriblər ki, küləyin sürəti zəifdir. Radiasiya az olduğu üçün Tokioya zərər verməyəcəyi gözlənilir.

«Fukusima» Atom Stansiyasında altı nüvə reaktoru var. Martın 12-də onlardan birində partlayış baş verib, reaktorun tavanı dağılıb.

Zəlzələdən dərhal sonra reaktorların hamısı avtomatik olaraq bağlanıb. Onları soyutmaq üçün generatorlar işə düşüb. Lakin zəlzələdən sonrakı sunami generatorları sıradan çıxarıb. Ona görə də soyutma sistemi yalnız fövqəladə hallar üçün nəzərdə tutulmuş batareyaların ümidinə qalıb.

Hökumət katibi Yukio Edano deyib ki, martın 14-də «üçüncü reaktorda partlayış həmin batareyalarda enerjinin bitməsi səbəbindən baş verib. HÖKUMƏT DƏNİZ SUYUNU ATOM STANSİYASINA VURMAQLA REAKTORLARI SOYUTMAQ İSTƏYİR:

«Son partlayış birinci reaktorda baş vermiş partlayışla eyni qəbildən
Qoruyucu qatın dağılması ən pis ssenaridir
sayılır...».

Tokio Elektrik Stansiyası Şirkətinin sözçüsü Kaoru Yoşida üçüncü reaktordakı partlayışı hidrogen partlayışı kimi təsvir edir:

«Yerli vaxtla səhər 11:01-də üçüncü reaktorda böyük gurultu səsi eşidildi. Ağ tüstü göründü. Fikirləşdik ki, bu hidrogen partlayışıdır».

Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri deyirlər ki, bu iki reaktorun qoruyucu qatının zədələnməsi ilə bağlı onlarda sübut yoxdur. Qoruyucu qatın dağılması ən pis ssenaridir. Bu, artıq 1986-cı il Çernobılda baş vermiş fəlakətə bənzər fəlakət olacaq. Böyük radioaktiv sızıntı anlamıma gələcək.

ÖTƏN CÜMƏ BAŞ VERƏN ZƏLZƏLƏDƏN SONRA 150 YERALTI TƏKAN QEYDƏ ALINIB. Sahilboyu ərazilərdə 2000-ə yaxın cəsəd aşkar olunub. On minlərlə insan hələ itkindir. O cümlədən təkcə bir şəhərdən 18 min adam itkin düşüb.

Təbii fəlakətin nəticəsi olaraq Yaponiya iqtisadi cəhətdən də çətinlik çəkir. Tokio birjasında səhmlərin qiyməti sürətlə aşağı düşüb. İnvestorlar Yaponiya iqtisadiyyatının bu fəlakətdən zərər görəcəyindən ehtiyat edərək səhmlərini satırlar. O cümlədən «Toyota» və «Honda» kimi iri şirkətlərin səhmləri də ucuzlaşıb.
XS
SM
MD
LG