Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:58

Astarada etiraz aksiyaları keçirilib


Martın 17-də səhər saatlarında Astara rayonun Ərçivan kəndin bir qrup sakini Bakı-Astara yolunu müvvəqqəti bağlayıb.Yolu açmaq üçün hadisə yerinə polis dəstəsi gətirilib. Rayon polis şöbəsinin rəisi Rəşid Səfərov də hadisə yerində olub. Kənd sakinləri ilə söhbət aparılıb. Məlum olub ki, sakinlər Astara gömrükxanasında baş verən haqsızlığa etiraz olaraq yolu bağlayıblar. Danışıqdan sonar kənd sakinləri aksiyanı dayandıraraq yolu açıblar.

Ərçivan kənd sakini Hacı Həbib Axundov AzadlıqRadiosuna bildirib ki, cavanlar işsizdir .Onların əsas qazanc yeri İrana gedib ordan mal gətirməkdir:

«MONOPOLYADIR.PREZİDENTİN GÖSTƏRİŞİNİ QULAQARDINA VURURLAR
»

«İrandan kənd təsərrüfatı və ərzaq məhsulları gətirib burda satırlar və çörək pulu qazanırlar. Bunun qarşısını almaq üçün gömrükdə min bir oyun çıxardırlar. İrana gedənlər üçün bəyannamə yazıb orada 70 manat qeyd edirlər, sonra da buna görə pul tələb edirlər. İrandan ərzaq gətirməyə qoymurlar. Monopolyadır. Prezidentin göstərişini qulaqardına vururlar.Əhalini eşidən yoxdur, buna görə də yolu bağlayıblar».

«TORPAQ SAHƏSİ VARSA O İŞSİZ SAYILMIR»

Ərçivan kəndinin 11 min sakini var. Astara rayon icra hakimiyyəti başçısının kənd üzrə icra nümayəndəsi Sultanağa Baxşiyev isə deyir ki, kəndə hərənin torpaq sahəsi var. «Torpaq sahəsi varsa o işsiz sayılmır.Gedib əkib-becərsinlər. Bu günki hadisə isə gömrüyə aiddir».

DƏMİR BARMAQLIQLAR SÖKÜLÜB

Martın 17-si səhər saatlarında yerli sakinlər Astara gömrükxanasının önündə də etirazlarını bildiriblər. Bir saat ərzində 3-4 nəfər İrana buraxılıb. Bu da adamların qəzəbinə səbəb olub. Sakinlər etiraz olaraq gömrük keçidindəki dəmir barmaqlıqları söküblər. Hadisə yerinə polis qüvvələri çağırılıb.

Eyni tələblə bir qurup sakin Martın 16-da da Astara şəhərin mərkəzində olan «Şindan» mehmanxanasının və Astara gömrükxanasının qarşısında etiraz piketi keçirtmişdilər. Piketdə «İstefa» qışqıranlar da olub.

Astara gömrükxanasına dəfələrlə zəng edib onların bu etirazlara münasibətini öyrənmək istədik. Lakin oradan məsələyə münasibət bildirən olmadı.

XS
SM
MD
LG