Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:24

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (5)


əvvəli

"Nə­si­mi" met­ro­su­na pi­ya­da düş­düm. Bir az tək qal­maq, Mə­həm­məd haq­qın­da dü­şün­mək is­tə­yir­dim. Mən fi­kir do­lan­bac­la­rın­da çaş­mış­dım. Mə­həm­məd xa­la­sı­nı ni­yə öl­dür­mə­liy­di? Na­mus üs­tə­mi, yox­sa baş­qa sə­bəb var­dı? Bu adam­lar da, de­yə­sən, ağıl­la­rı­nı iti­rib­lər. Azad­lıq gə­zən hi­ca­bın əley­hi­nə­dir, hi­cab ör­tən azad­lı­ğın. Ara­da ya­zıq Mə­həm­məd qa­lıb.

Gö­rə­sən, o, uşaq­lıq­da ne­cə olub? Din­dar bir kənd­də bö­yü­yüb, son­ra şə­hə­rə gə­lib. Axır­da İs­tan­bul. Mö­min ai­lə­dən çıx­mış, zi­na edən qa­dın­la­rın cə­hən­nəm odun­da ya­na­caq­la­rı ba­rə­də he­ka­yət­lər eşit­miş, te­le­vi­zor­da isə oğ­run-oğ­run ko­miks­lə­rə, man­yak­lı­ğı təl­qin edən film­lə­rə bax­mış bir co­cuq ne­cə ola bi­lər­di. Yə­qin ki, ça­şar­dı. Bi­li­rəm, bü­tün bun­lar, əziz oxu­cum, yo­ru­cu­dur. Si­zi, yə­qin, ta­mam baş­qa mət­ləb­lər dü­şün­dü­rür. Mən də elə onu ax­ta­rı­ram.

Mə­sə­lən, si­zin üçün ma­raq­lı de­yil­mi ki, si­nif yol­daş­la­rı ka­fe­yə, bar-klu­ba get­mək is­tə­yən­də Mə­həm­məd bun­dan im­ti­na elə­yir, evə tə­lə­sir, ana­sı­nın töv­siyə­siy­lə "şey­tan yu­va­la­rın­dan" uzaq gəz­mə­yə ça­lı­şır, əvə­zin­də isə "a­na uşa­ğı" lə­qə­bi qa­za­nır. Qu­ran oxu­yur, am­ma oxu­du­ğu ya­dın­da qal­mır. Çün­ki fik­ri baş­qa yer­də­dir...

Be­lə-be­lə iş­lər...
Ü­rə­yim­də so­nun­cu kəl­mə­ni də­fə­lər­lə tək­rar­la­dım, san­ki, bu, mə­ni fi­kir do­lan­bac­la­rın­dan çı­xa­ra­caq­dı. Çı­xar­dı da. Qu­la­ğı­mın di­bin­də ma­şın siq­na­lı eşit­dim, əhə­miy­yət ver­mə­dim. Son­ra adım­la ça­ğır­dı­lar. Çev­ri­lib bax­dım. Qa­ra rəng­li "Pra­do" sü­rü­cü­sü ma­şı­nın şü­şə­si­ni aşa­ğı sa­la-sala:
- Ya­man fi­kir­li­sən, - de­di.

Mən onu dər­hal ta­nı­dım. Tə­lə­bə vax­tı bir ya­taq­xa­na­da, bir otaq­da qal­mış­dıq. O, hü­quq fa­kül­tə­sin­də oxu­yur­du, ara­da-bir gö­rü­şür­dük. Mən onu Mo­pas­sa­nın "se­vim­li dos­tu­na" bən­zə­dir­dim. Qa­ra, qa­lın bığ­la­rı, şə­və saç­la­rı, iri, ala göz­lə­ri, çək­mə çə­nə­si, gü­lən­də ba­tan ya­naq­la­rı. Bat­mış ya­naq­la­rı su bu­rul­ğa­nı­na ox­şa­yır­dı. Bu­nun­la da o, san­ki üzün­də­ki mən­fi və yad ba­xış­la­rı hə­min bu­rul­ğan­da ba­tı­rır­dı...

Hə, in­di tap­dım: is­tan­bul­lu rəs­sam Sər­dar Kü­çü­koğ­lu mə­nim tə­lə­bə dos­tu­ma bən­zə­yir­di. On­la­rı bir­ləş­di­rən nə­sə var­dı. Yə­qin elə ona gö­rə də Sər­dar bə­yə tez isi­niş­mi­şəm. Am­ma dos­tum, Mo­pa­ssa­nın qəh­rə­ma­nın­dan fərq­li ola­raq xa­nım­la­rın ürə­yi­ni ələ alan bi­ri­si, "ü­rək­ye­yən" de­yi­ldi.
Ya­vaş-ya­vaş ona ya­xın­laş­dım və ba­yaq­kı at­ma­ca­sı­nı ca­vab­sız qoy­ma­dım:
- Be­lə də. Dün­ya­nın iş­lə­ri­ni həll elə­mə­yə gi­riş­mi­şəm, - de­yə za­ra­fat elə­dim.

- Gəl otur, apa­rım.
- Yox, sağ ol, met­ro ya­xın­da­dır, - de­yə onun tək­li­fin­dən im­ti­na elə­dim.
- Gü­nor­ta­dır, bir çay içək.
Su­suz­la­mış­dım. Ona gö­rə də bo­yun qa­çır­ma­dım, həm də bir qə­dər ke­fim açı­lar­dı. Keç­miş­dən-gə­lə­cək­dən da­nı­şar­dıq.

Met­ro­ya ya­xın yer­də, ki­çik park­da­kı ka­fe­də əy­ləş­dik. Yün­gül­va­ri na­har elə­dik. Am­ma ma­raq­lı bu­ra­sı de­yil, ma­raq­lı­sı dos­tu­mun Ame­ri­ka sə­fə­ri ba­rə­də mə­nə da­nış­dıq­la­rıy­dı.
- Bir qrup ha­kim­nən Nyu-Yor­ka get­miş­dik. Biz tə­zə­lər­də­nik axı. Öz­lə­ri­ni bi­zə gös­tər­mək is­tə­yir­di­lər.
- Gös­tə­rə bil­di­lər? - de­yə so­ruş­dum.
- Özü də ne­cə!

- Azad qa­dın hey­kə­li­ni də gör­dün, yə­qin?! - Mə­nim bu sua­lım­da ma­raq­dan çox is­teh­za var­dı.
Dos­tum:
- Çox şey gör­düm, - de­di və nə­dən­sə as­ta­dan da­nış­ma­ğa baş­la­dı. - Bu Ame­ri­ka de­yi­lən fik­si­ya­dır, yə­ni, sax­ta­dır. Gu­ya, bun­lar bi­zə de­mok­ra­ti­ya, azad­lıq, təh­lü­kə­siz­lik gə­ti­rə­cək­lər. Ə, bun­lar dün­ya­nın hər de­şi­yin­də ter­ror­çu, qul­dur ax­ta­rır­lar, am­ma Ame­ri­ka qul­dur­lar­la, baş­kə­sən­lər­lə do­lu­dur.

- Yox əşi, sən də, - de­yə yün­gül­cə eti­raz elə­dim.
- Ki­no­la­rı­na bax­ma­mı­san?
- Ki­no ay­rı, hə­yat ay­rı, - sa­də­lövh­cə­si­nə de­dim, am­ma məq­sə­dim onu da­nış­dır­maq idi. Kə­nar mü­şa­hi­də hə­mi­şə mə­ni cəlb edib.

- Ey­ni şey­di. Ame­ri­ka­da hə­yat elə ki­no­lar­da­kı ki­mi­dir. Tə­səv­vür elə: Nyu-Yor­kun or­ta­sın­da ho­tel­də ya­şa­yı­rıq. Ora dü­şən ki­mi bi­zə xə­bər­dar­lıq elə­di­lər ki, beş kü­çə o tə­rə­fə get­sə­niz, si­zi soy­sa­lar, gü­nah özü­nüz­də­dir. Nə po­lis, nə zad, boş şey­di. Hə­rə­nin be­lin­də bir ta­pan­ça var.
Bir də­fə yol­nan han­sı­sa şə­hə­rə ge­dir­dik, qə­liz adı var­dı, gö­rüm nəy­di o... əşi nəy­sə. De­mə­li, kim­sə tək­lif elə­di ki, vis­ki içək. Ma­şı­nı bir ma­ğa­za­nın qar­şı­sın­da sax­la­dıq, mə­lum ol­du ki, bur­da vis­ki yox­dur, am­ma bir üç yüz metr irə­li­də - qə­sə­bə­nin için­də tap­maq olar. Mən uşaq­lar­dan bi­riy­lə qə­sə­bə­yə get­dim. Bir də gör­düm ki, hə­min dü­kan­çı da­lı­mız­ca dü­şüb, nə­sə qış­qı­rır, sən de­mə de­yir­miş ki, ora pi­ya­da get­sək, bi­zi so­ya­caq­lar, av­to­bus­la ge­dək, tə­zə­dən qa­yı­dıb ma­şı­na min­dik...

- Bur­da qə­ri­bə nə var ki?
- Ne­cə yə­ni nə var? Öz­lə­ri biz­dən qay­da-qa­nun tə­ləb elə­yir, bü­tün dün­ya­ya mey­dan oxu­yur, am­ma öz ev­lə­rin­də in­ti­zam ya­ra­da bil­mir­lər... Ru­si­ya­da baş­qa cür­dür. Ame­ri­ka­dan qa­yı­dan­baş bir həf­tə Mosk­va­da qal­dım. Sə­hər­dən ax­şa­ma ki­mi kü­çə­lə­ri­ni gəz­dim, de­nən bir kö­pə­yoğ­lu sə­nin qa­ba­ğı­nı kə­sib, nə­sə tə­ləb elə­di­mi?

- Ru­si­ya keç­miş So­vet­lə­rin ən nə­həng öl­kə­si­dir və hə­lə də ora­da qay­da-qa­nun qa­lıb. Am­ma Ame­ri­ka elə əv­vəl­lər­dən qul­dur­lar məs­kə­ni olub da. Ta­rix­dən oxu­ma­mı­san? Ame­ri­ka­ya azad fi­kir­li­lə­ri, sür­gün olunan­la­rı, adam öl­dü­rən­lə­ri gön­də­rib­lər də, - de­yə onun söh­bə­ti­nə mü­da­xi­lə elə­dim, - son­ra, - Ame­ri­ka­ya da elə be­lə bax­maq ol­maz. O nə­həng öl­kə­dir, - de­dim.
- Mən şəx­sən or­da heç bir nə­həng­lik gör­mə­dim. İkiüz­lü­lük­dən baş­qa. İn­di də gör­mür­sən, Dağ­lıq Qa­ra­ba­ğa 8 mil­yon dol­lar ayı­rıb.

Dos­tu­mun so­nun­cu söz­lə­ri Fa­ti­mə xa­nı­mın "A­me­ri­ka­lı­lar Qa­ra­bağ­da nə­sə ha­zır­la­yır" söz­lə­ri­ni ya­dı­ma sal­dı.
Dos­tum isə da­nış­maq­da da­vam edi­rdi:

- Nəy­sə, mü­rək­kəb mə­sə­lə­dir, - de­yə də­rin­dən ah çək­di, - dur ge­dək. Bü­tün bun­lar biz­lik de­yil. Mə­sə­lə da­ha da qə­liz­dir. Eşi­dib-bi­lən ol­sa, ba­şı­mız ağ­rı­yar.
Ka­fe­dən çıx­dıq. Mən işə gəl­dim. Kom­pü­te­ri açıb, in­for­ma­si­ya ar­xi­vi­nə qo­şul­dum. Çox­dan­dır dün­ya­da baş ve­rən­lər­dən xə­bər­siz idim.

Mail.­ru say­tın­da Tür­ki­yə, İran və Ru­si­ya döv­lət baş­çı­la­rı­nın An­ka­ra gö­rü­şü ba­rə­də mə­lu­mat ve­ri­lir­di. Şərh­çi öz mü­la­hi­zə­lə­rin­də bil­di­rir­di: "ABŞ-ın Av­ro­pa döv­lət­lə­ri­nə, elə­cə də Av­ro­pa Bir­li­yi­nə təz­yiq­lə­ri get­dik­cə art­maq­da­dır və re­gio­nun ən apa­rı­cı öl­kə­lə­rin­dən olan, Asi­ya-Av­ro­pa bir­li­yi ide­ya­sı­nı mü­da­fiə edən bu üç­lük okea­nın o ta­yın­da­kı öl­kə­nin iki­baş­lı oyun­la­rı­nı qə­bul elə­mir."

Mə­qa­lə şərh­çi­si da­ha son­ra ABŞ-ın Kü­veyt, Əf­qa­nıs­tan, İraq yü­rüş­lə­ri­ni ya­da sa­lır, İra­nı hə­də­lə­di­yi­ni, İra­na hü­cum üçün Azər­bay­ca­nın iş­ğal al­tın­da olan tor­paq­la­rın­da ba­za ya­rat­dı­ğı­nı və tə­lim­lə­rə baş­la­dı­ğı­nı ya­zır­dı. "PKK dəs­tə­lə­ri­nin giz­lən­di­yi Tür­ki­yə əra­zi­sin­də ABŞ kəş­fiy­yat təy­ya­rə­si­nin gö­rün­mə­si, gö­rə­sən, han­sı məq­səd­lə­rə xid­mət edir?" - de­yə ya­zı müəl­li­fi su­al edir­di. Son­ra o, nə­dən­sə Hai­ti­də baş ver­miş zəl­zə­lə­ni xa­tır­la­yır və ya­zır­dı: "Mü­tə­xəs­sis­lər, elə­cə də İn­gil­tə­rə­nin giz­li kəş­fiy­yat ida­rə­si eh­ti­mal edir ki, Hai­ti­də tek­to­nik si­lah­dan is­ti­fa­də olu­nub. ABŞ-da is­teh­sal edil­miş tek­to­nik si­lah ilk də­fə Er­mə­nis­tan­da sı­naq­dan ke­çi­ri­lib. Əl­bət­tə, bun­lar ha­mı­sı eh­ti­mal­lar­dır", - de­yə ya­zı müəl­li­fi mə­qa­lə­si­nə nöq­tə qo­yur­du.

Bü­tün bun­lar mə­nə qə­ri­bə gə­lir­di. Heç nə an­la­ya bil­mir­dim. Bərk yo­rul­muş­dum. Yat­maq da­ha yax­şı olar­dı, on­da hər şe­yi unu­dar və sə­hə­ri­si gü­nü ayıq baş­la Mə­həm­məd ba­rə­də dü­şü­nə bi­lər­dim. Ona gö­rə də evə gəl­dim. Uşaq­lar ana­la­rı ilə bir­gə ba­ba­la­rı­gi­lə get­miş­di, hə­min ax­şam ora­da qa­la­caq­dı­lar.

So­yu­du­cu­da qal­mış ya­rım­çıq araq­lar­dan iki qə­dəh iç­dim, çips ye­dim və ba­şı­mı atıb yat­dım. Yu­xu­la­dım de­səm da­ha doğ­ru olar. Yu­xu­ya ge­də bi­lər­sən, am­ma yat­maq baş­qa mə­sə­lə. Sə­hə­rə ki­mi qa­ra­bas­ma­lar için­də vur­nux­dum. Ön­cə Mə­həm­mə­din tə­rəd­düd­lü və qaş­qa­baq­lı üzü­nü gör­düm, son­ra Fa­ti­mə xa­nı­mın asıb-kə­sən ba­xış­la­rı­nı, da­ha son­ra Zü­ley­xa­nın ada­mı ov­sun­la­yan iri, ala göz­lə­ri­ni və bəm­bə­yaz diş­lə­ri­ni. O, gü­lür­dü, gül­dük­cə də göz­lə­rim qar­şı­sın­da Ame­ri­ka­nın azad qa­dın hey­kə­li­nə dö­nür­dü. Am­ma o, əlin­də mə­şəl əvə­zi­nə "Hür­riy­yət+" qə­ze­ti­ni tut­muş­du. Gö­rü­nür, Zü­ley­xa qa­ran­lı­ğı işıq­lan­dır­maq əvə­zi­nə, qa­ran­lıq­da azad ol­maq is­tə­yir­di.

Sə­hər yu­xu­dan oya­nan­da, da­ha doğ­ru­su, ge­cə­yə əl­vi­da de­yən­də ya­dım­da Mə­həm­mə­din qaş­qa­baq­lı si­ma­sı qal­mış­dı. Mən onu gö­rür­düm. Mən onu tə­səv­vür edə bi­lir­dim. De­mə­li, mət­lə­bə ya­xın­la­şır­dım. Müx­tə­lif fi­kir­lər bir cüm­lə ki­mi cər­gə­yə dü­zü­lür­dü.

"Get o qan­cı­ğı öl­dür".
"Zü­ley­xa xa­nı­mın ya­nı­na son za­man­lar bir qo­hu­mu gə­lir­miş".
"Mə­həm­məd tə­rəd­düd­lər için­dəy­di. Bir gün gə­lib de­di ki, xa­la­sı­nı öl­dü­rüb. Am­ma özü­nü gü­nah­kar say­mır".
"Son­ra o, yo­xa çıx­dı".
"Mə­həm­məd İran­da­dır. Ba­cı-qar­daş­la­rı­mı­zın ya­nın­da".
Bəs son?
Bu son de­yi­lən mə­qa­ma çat­maq, elə­cə də on­dan ön­cə­ki mət­ləb­lə­ri ay­dın­laş­dır­maq üçün bey­nim­də kon­tur­lar cı­zıl­mış­dı, in­di onu can­lan­dır­ma­ğa eh­ti­yac var­dı...
Bax be­lə...

* * *

Mə­həm­məd bir din bi­lir­di. İs­lam. Am­ma İs­tan­bu­la gə­lən­də, da­ha doğ­ru­su, Göy­tə­pə uni­ver­si­te­ti­nin ila­hiy­yət fa­kül­tə­si­nin is­lam ta­ri­xi bö­lü­mün­də oxu­ma­ğa baş­la­yan­da mə­lum ol­du ki, İs­lam yal­nız na­maz­dan, oruc tut­maq­dan, Aşu­ra gü­nün­də məs­cid­lə­rə ge­dib imam­la­rın ru­hu­na dua oxu­maq­dan, özü­nə əzab ver­mək­dən, fit­rə çı­xar­maq­dan, nə­zir-ni­yaz pay­la­maq­dan iba­rət de­yil. Bu di­nin çox­lu şa­xə­lə­ri, ona mə­lum ol­ma­yan tə­rəf­lə­ri, ça­lar­la­rı var­mış.

İlk ili ha­zır­lıq kurs­la­rı­na baş­la­dı. Şərt be­ləy­di. Tür­ki­yə türk­cə­si­ni bu­ra­da asan ya­şa­maq üçün, ərəb di­li­ni Qu­ran oxu­ma­ğa gö­rə məc­bu­ri öy­rən­mək la­zı­mıy­dı. İn­gi­lis, al­man, rus di­li kurs­la­rı­nı keç­mək isə kö­nül­lüy­dü.

O, al­man di­li qru­pu­nu seç­miş­di. Bu­nun da sə­bəb­lə­ri var­dı. Uşaq­lıq­da rus di­li­ni tez-tez eşit­sə də, on­dan xo­şu gəl­mir­di. On­la­rın kən­din­də hə­lə də rus­la­rın qa­yı­da­ca­ğı­na, in­san­la­ra xoş­bəxt­lik gə­ti­rə­cə­yi­nə, hət­ta Le­ni­nin də di­ri­lə­cə­yi­nə, ya­xud zü­hur elə­yə­cə­yi­nə sidq-ürək­dən ina­nan­lar var­dı. On­lar köh­nə kom­mu­nist­lər idi və keç­mi­şin unu­dul­maz gün­lə­ri, gə­lə­cə­yin xoş ümüd­lə­ri­lə ya­şa­yır­dı­lar. Mə­həm­məd­gi­lin ai­lə­sin­də və­ziy­yət ta­mam baş­qa cü­rüy­dü.

Ba­ba­sı di­nin, abır-hə­ya­nın yo­xa çıx­ma­sın­da rus ka­fir­lə­ri­ni gü­nah­lan­dı­rır­dı. Am­ma və­ziy­yət get­dik­cə də­yi­şir­di və mə­lum olur­du ki, adam­la­rın bel bağ­la­dı­ğı Ame­ri­ka de­yi­lən vü­cu­di-səl­tə­nət (ba­ba­sı be­lə de­yir­di) əsl şey­tan yu­va­sıy­mış və is­lam öl­kə­lə­rin­dən keç­mi­şin ha­yı­fı­nı çıx­ma­ğa ça­lı­şır. Ba­ba­sı­nın tə­səv­vü­rü­nə gö­rə al­man­lar yax­şı mil­lət idi­lər və və­tən mü­ha­ri­bə­si döv­rün­də bü­tün mil­lət­lə­ri qır­maq, mü­səl­man­la­rı isə sağ sax­la­maq is­tə­yir­miş­lər...

Dərs­lər Mə­həm­mə­din tə­səv­vür et­di­yi ki­mi asan de­yil­di. Bi­rin­ci ili o, İs­lam ta­ri­xin­dən baş­qa, is­lam psi­xo­lo­gi­ya­sı, is­lam so­sio­lo­gi­ya­sı, is­lam mu­si­qi­si, hət­ta tə­səv­vüf, möv­lə­vi­lik dərs­lə­ri­ni öy­rən­mə­li, ney çal­ma­ğı ba­car­ma­lı, ila­hiy­ya­tın müx­tə­lif qol­la­rı­nı bil­mə­li, Qu­ra­ni-Kə­ri­mi düz­gün qi­raət elə­mə­li, yax­şı avaz tut­ma­lı, xət­tat­lı­ğı öy­rən­mə­li­ydi... Bir söz­lə, is­lam bir dər­yay­dı. İs­lam so­na qə­dər dərk olun­ma­yan bir elm idi. "O, dərs­lə­rə bö­yük bir hə­vəs­lə gi­riş­miş­di" - de­səm, keç­miş so­vet mət­bua­tı­nın ör­nək­lə­ri­ni tək­rar­la­mış ola­ram. Am­ma o, doğ­ru­dan da hə­vəs­liy­di. Bü­tün bun­la­rı öy­rən­mə­yə can atır­dı.

Mə­həm­məd şiə ai­lə­sin­də bö­yü­müş­dü, am­ma in­di sün­ni­lə­rin içi­nə düş­müş­dü, su­fi el­mi­ni xır­da­lıq­la­rı­na qə­dər bi­lən uşaq­lar­la dost­luq elə­mə­yə məc­bu­ruy­du. Ona gö­rə də heç ki­mə qa­rış­mır­dı. Nəq­şi­bən­di­lər ki­mi nə uzun cüb­bə ge­yi­nir­di, nə ba­şı­na tək­yə qo­yur­du, nə də saq­qal sax­la­yır­dı. Bığ sax­la­yan nur­çu­la­ra da qo­şul­mur­du. Sa­də, adi ge­yim­də dərs­lə­rə gə­lir­di.

Tez-tez öz ara­la­rın­da da­va elə­yən za­man­çı­lar­la, tə­ri­qət­çi­lər­lə, nur­çu­lar­la da işi yox idi.
­A­ra-sı­ra, lap çox da­rı­xan­da Se­vil-Nu­ri sa­lo­nu­na ge­dər, şair­lər­lə gö­rü­şə qa­tı­lar­dı. Su­fi­çi­lik­lə, is­lam ədə­biy­ya­tı ilə bağ­lı müs­tə­qil mü­ha­zi­rə­lə­rə qu­laq asar­dı.

Am­ma onun əsas gü­nü Əmin Xal­ça­çı ya­taq­xa­na­sın­da ke­çər­di.
U­ni­ver­si­tet­dən gə­lən ki­mi kon­ti­nə - ye­mək­xa­na­ya dü­şər, fiş­lə­ri­ni (ta­lon­la­rı­nı) ve­rib, ye­mə­yi­ni gö­tü­rər, qar­nı doy­ma­yan­da isə ana­sı­nın ver­di­yi pul­dan xərc­lə­yərdi.

Son­ra ota­ğa çı­xıb öz gu­şə­si­nə çə­ki­lər, dərs­lə­ri­ni ha­zır­la­yar­dı. Hər­dən uşaq­la­ra qo­şu­lub te­le­vi­zo­ra ba­xar, tə­səv­vüf ba­rə­də öy­rən­dik­lə­ri­ni dəf­tə­ri­nə qeyd elə­yər­di.

Am­ma bir gün, bir gün, tə­sa­dü­fən xa­la­sı Zü­ley­xa­nı gör­dü. Əv­vəl­cə jur­nal­da, son­ra "Hür­riy­yət+" qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də, axır­da te­le­ve­ri­liş­də.

Bu adi gün­lə­rin bi­rin­də baş ver­di. Hə­min gün, yə­ni ana­sı, ba­ba­sı, Xə­zə­rin qum­lu sa­hi­li üçün da­rıx­mış­dı və fik­ri­ni da­ğıt­maq üçün İs­tan­bu­lu gə­zir­di. Şə­hə­rin çox­say­lı mi­na­rə­lə­ri­ni seyr edir­di. On­lar doğ­ru­dan da əzə­mət­liy­di­lər. Xü­su­sən də Sul­tan Məh­mət ca­me­si. Şə­hər­də bu qə­dər məs­ci­din ol­ma­sı əv­vəl­lər ona qə­ri­bə gə­lir­di. Çün­ki heç bir şə­hər­də nə bu qə­dər məs­cid gör­müş, nə də eşit­miş­di. Tə­sa­dü­fi bir ya­zı­da rast gəl­di­yi mü­la­hi­zə onun ma­ra­ğı­na son qoy­du. Mə­qa­lə müəl­li­fi id­da edir­di ki, İs­tan­bul­da məs­cid­lə­rin çox­lu­ğu bu şə­hə­rin bir za­man­lar ba­tı­la­ra məx­sus ol­ma­sı­nı ört-bas­dır elə­mək üçün­dür.

Ba­kı­dan fərq­li ola­raq bu­ra­da əzan da baş­qa cü­rəy­di, çox avaz­lı və də­qi­qiy­di.

Hə­min gün qə­zet köşk­lə­ri­nin bi­ri­nin qar­şı­sın­dan ke­çər­kən xa­la­sı­nın port­re­ti­nə rast gəl­di. İs­la­mın küfr say­dı­ğı jur­nal­lar­dan bi­ri­nin üz qa­bı­ğın­da xa­la­sı­nın ya­rı­çıl­paq şək­li can­la­nır­dı. O, xa­la­sı­nı çox­dan gör­mə­miş­di, am­ma göz­lə­ri ya­dın­day­dı, üz ciz­gi­lə­ri ana­sı­nın­kı­na ox­şa­yır­dı. Port­ret­dən ba­xan gö­zəl xa­nı­mın si­fə­tin­də ona doğ­ma, ta­nış olan ifa­də var­dı və san­ki hə­min qə­ri­bə ba­xış­lar hiss­lə­rə çev­ril­di, köş­kün vit­ri­nin­dən çı­xıb onun ca­nı­na, qa­nı­na hop­du. O, dik­sin­di, jur­na­lı alıb və­rəq­lə­mə­yə ürək elə­mə­di və ora­dan uzaq­laş­dı. Am­ma hə­min ha­di­sə­ni unut­ma­ğa ma­cal tap­ma­mış xa­la­sı­nı ye­ni­dən gör­dü. Bu də­fə Nə­im par­kın­da­kı te­leek­ran­da. Xa­la­sı "El­do­ra­do" ə­tri­ni rek­lam edir­di. Am­ma hiss olu­nur­du ki, köh­nə kadr­lar­dır. Xa­la­sı ət­ri elə həs­sas­lıq və eh­ti­ras­la bo­yun-bo­ğa­zı­na sür­tür­dü ki, ek­ra­nın qar­şı­sı­na top­laş­mış seyr­çi­lər göz­lə­ri­ni on­dan çək­mir­di­lər. Və hə­min kad­rı tək­rar gör­mək üçün uzun müd­dət ayaq üs­tə qal­ma­lı olur­du­lar.

Mə­həm­məd ora­da lən­gi­mə­di və ya­taq­xa­na­ya qa­yıt­dı. Sə­hə­rə ki­mi ya­ta bil­mə­di. Ye­ri­nin için­də qıv­rıl­ma­ğa, ça­pa­la­ma­ğa baş­la­dı. Qa­ra­bas­ma­lar ya­xa­sın­dan tu­tub onu bu­rax­mır­dı. Xa­la­sı ya­rı­çıl­paq hal­da dar kü­çə­lər­lə qa­çır­dı. Onu qo­van adam­lar­dan qur­tul­ma­ğa can atır­dı. Mə­həm­mə­də sa­rı gə­lir­di. Mə­həm­məd on­dan və adam­lar­dan giz­lən­mək is­tə­yir­di...
O, qan-tər için­də yu­xu­dan ayıl­dı.

Çar­pa­yı­nın alt qa­tın­da ya­tan qrup yol­da­şı Din­qo da yu­xu­dan ayıl­dı və:
- Bir şey olub­mu? Sə­hər­dən ya­ta bil­mir­sən, mə­ni də yat­ma­ğa qoy­mur­san, çar­pa­yı­nın cı­rıl­tı­sı yu­xu­ma ha­ram qa­tır, - de­yə don­qul­dan­dı.

Mə­həm­məd ca­vab ver­mə­di və ye­ni­dən ba­şı­nı qo­yub yat­dı. Sə­hə­ri o di­rigöz­lü aç­dı.

­İn­di dərs­lər onu ma­raq­lan­dır­mır­dı, da­ha doğ­ru­su, xa­la­sı­nın xə­yal­la­rı onu dər­si din­lə­mə­yə im­kan ver­mir­di. Sən de­mə, qar­şı­da­kı gün­lər da­ha üz­gün və sar­sı­dı­cıy­mış.

Hə­min gü­nün ax­şa­mı ya­taq­xa­na­ya qa­yı­dıb, gö­dək­cə­si­ni çı­xa­rar­kən o, qol­tuq ci­bin­də xı­şıl­tı hiss elə­di. Əli­ni ci­bi­nə sal­dı. Bu, "Hür­riy­yət+" qə­ze­ti­nin sa­ral­mış bir nüs­xə­siy­di. Qə­ze­ti kim­sə tə­sa­dü­fən­mi, ya qəs­dən­mi onun gö­dək­cə­si­nin döş ci­bi­nə qoy­muş­du. İkin­ci ver­si­ya da­ha ağ­la­ba­tan idi. Bu­nun ne­cə baş ver­di­yi­ni xa­tır­la­mır­dı. Ola bil­sin, kim­sə id­man dər­sin­də on­la­rın so­yu­nub-ge­yin­mə ota­ğı­na gi­rib və bu işi gö­rüb.

Qə­ze­tin dörd sə­hi­fə­si Zü­ley­xa­nın ya­rı­çıl­paq, rəng­li şə­kil­lə­ri­lə bə­zən­miş­di və bö­yük mü­sa­hi­bə­si dərc olun­muş­du. "Ba­har çi­çək­lə­ri" sa­lo­nu­nun sa­hi­bə­si, "gö­zəl və cin­səl" Zü­ley­xa Göy­çək keç­miş və ger­çək hə­ya­tı, qa­dın azad­lı­ğı ba­rə­də sual­la­ra sə­xa­vət­lə ca­vab­lar ve­rir, Azər­bay­can­da ya­şa­yan mö­mün ba­cı­sı­nın "ə­zab­keş hə­ya­tın­dan" da­nı­şır­dı. "...Mə­nim ona ya­zı­ğım gə­lir. O, hə­ya­tı­nı işı­ğa yox, qa­ran­lı­ğa həsr elə­di" de­yir­di...

Mə­həm­məd sar­sıl­mış­dı. Ona elə gə­lir­di ki, bu şə­hər­də ya­şa­yan in­san­la­rın ha­mı­sı xa­la­sı­nın açıq-sa­çıq hə­ya­tın­dan xə­bər­dar­dır. Doğ­ma və­tə­nin­də bu iş­lə­rə pis ba­xır­dı­lar. Elə İs­tan­bul­da da is­lam­çı­lar, ima­nı düz olan­lar onu qə­bul et­mir­di­lər.

Bu­ra ne­cə şə­hər idi?! Bir tə­rə­fi Qərb, bir tə­rə­fi Şərq. Nə­yin düz, ya ya­lan ol­ma­sı­nı o, düz-əməl­li ba­şa düş­mür­dü. Elə Ba­kı­nın özün­də də, adam­lar şərq­li­mi, ya qərb­li­mi ol­maq üçün ge­cə-gün­düz baş sın­dı­rır­dı­lar. Bə­zi­lə­ri bu ba­rə­də heç dü­şün­mür­dü də, ta­le­yi­ni hə­ya­tın axa­rı­na bu­rax­mış­dı.

İs­tan­bul­da Mə­həm­mə­din bir si­nif yol­da­şı da oxu­yur­du. Şə­hə­rə gə­lən ilin ikin­ci ayı onu gör­müş­dü. O, hə­kim ola­caq­dı. Və in­di Mə­həm­məd dü­şü­nür­dü ki, ila­hıy­yat­çı­lar­dan fərq­li ola­raq, dün­yə­vi elm öy­rə­nən­lər sa­rı qə­zet­lə­ri da­ha çox oxu­yur­lar və de­mə­li, onun xa­la­sı­nın da mü­sa­hi­bə­sin­dən xə­bər­dar ol­ma­mış de­yil­lər. Hət­ta si­nif yol­da­şı ilk gö­rüş­də­cə bu­nu ba­xış­la­rıy­la, at­ma­ca­la­rıy­la an­lat­mış­dı. "Anam de­yir­di ki, sə­nin xa­la­nı te­le­vi­zor­la gös­tə­rib­lər. İs­tan­bul­da ya­şa­yır". Si­nif yol­da­şı­nın ana­sı xa­la­sı­gil­lə bir za­man qon­şu ol­muş­du. De­mə­li, bu söz-söh­bət Ba­kı­ya da çat­mış­dı. Ona gö­rə də rek­tor­lu­ğa bir söz de­mə­dən Ba­kı­ya qa­yıt­mış, ge­ri qa­yı­dan­da isə ana­sı­nın "xa­la­sı qan­cı­ğı öl­dür­mə­yi" ba­rə­də əm­ri­ni ye­ri­nə ye­tir­mə­miş­di. Ona ürə­yi gəl­mə­miş­di.

"Get, o qan­cı­ğı öl­dür. Öl­dür­mə­sən sü­dü­mü sə­nə ha­lal et­mə­yə­cəm!" - Ana­sı onu yo­la sal­maz­dan ön­cə bu söz­lə­ri de­miş və dəs­ma­la bü­kü­lü pu­lu çı­xa­rıb ver­miş­di. Ba­ba­sı ilə nə­nə­si qız­la­rı­nın bu söz­lə­ri qar­şı­sın­da heç nə de­mə­miş, elə­cə baş­la­rı­nı aşa­ğı sal­mış­dı­lar. Ba­ba­sı o bi­ri ota­ğa ke­çən­də, san­ki, inil­də­miş­di: "Ax, Zü­ley­xa!".

Və yal­nız in­di ikin­ci kurs baş­lar-baş­la­maz, xa­la­sı­nı ax­tar­maq fik­ri­nə düş­müş­dü. Onu ni­yə gör­mək is­tə­di­yi­ni özü də ayırd edə bil­mə­miş­di. Bəl­kə, xa­la­sı­nı bu bəd əməl­lə­rin­dən əl çək­mə­yə məc­bur elə­mək is­tə­yir­di.

Xa­la­sı gö­zəl idi, onun uşaq­lıq sev­gi­siy­di. O, Zü­ley­xa de­yi­lən bu şey­ta­nı çox is­tə­yir­di, ət­ri­ni ci­yər­lə­ri­nə çək­mək­dən doy­mur­du. İn­di isə, yet­kin­lik ça­ğın­da xa­la­sı­nın şə­kil­lə­ri­nə bax­maq, te­leek­ran­lar­dan, in­ter­net­dən iz­lə­mək onun­çün vər­di­şə çev­ril­miş­di.

Mə­həm­məd xa­la­sı­nı dü­şün­mə­yən­də da­rı­xır­dı. Xa­la­sı onun var­lı­ğı­na ha­kim kə­sil­miş­di. O, bir qu­la­ğı ilə xa­la­sı­nın şaq­raq gü­lüş­lə­ri­ni eşi­dir, vəc­də gə­lir, di­gər tə­rəf­dən isə ana­sı­nın ami­ra­nə söz­lə­ri qu­laq­la­rın­dan get­mir­di.

Mə­həm­məd qa­ra­bas­ma­lar için­də ya­şa­yır­dı. Ha­zır­lıq kur­su­nu əla ba­şa vur­sa da, in­di dərs oxu­ma­ğa höv­sə­lə­si çat­mır­dı... Xa­la­sı onun vü­cu­dun­da, qa­nın­day­dı...



* * *

Ön­cə o, xa­la­sı­nın iş­lə­di­yi "Ba­har çi­çək­lə­ri" gö­zəl­lik sa­lo­nu­nun ün­va­nı­nı öy­rən­di. Bu, elə də çə­tin de­yil­di. Nə­im par­kın­da­kı te­leek­ran­da bu sa­lo­nu tez-tez rek­lam edir­di­lər, ün­van və te­le­fon nöm­rə­lə­ri də gös­tə­ri­lir­di. Am­ma Mə­həm­məd on­la­rı ya­dın­da sax­la­ma­mış­dı.

Sə­hər yu­xu­dan du­ran­da dər­sə get­mə­di, Nə­im par­kı­na gəl­di. Ek­ran­da ta­mam baş­qa məh­sul­lar rek­lam edi­lir­di. Bu, əsa­sən elekt­rik mal­la­rıy­dı. Xal­lı bə­bi­rin nam­na­zik plaz­ma ek­ra­nın­dan tul­la­na­raq keç­mə­si­ni nü­ma­yiş et­di­rən rek­lam çar­xı də­fə­lər­lə fır­la­dı­lır­dı. O, bir müd­dət göz­lə­di. Xa­la­sı­nı gö­rə­cə­yi­nə əmin idi. Zü­ley­xa Göy­çə­yin pə­rəs­tiş­kar­la­rın­dan da hə­min kad­rı göz­lə­yən­lər var­dı.

Nə­ha­yət, hə­min kadr. Xa­la­sı ət­ri əv­vəl­cə iy­lə­yir, son­ra er­kək­lə­ri baş­dan çı­xa­ran əda və naz-qəm­zə ilə onu bo­ğa­zı­na, do­daq­la­rı­na çə­kir...

Mə­həm­məd ya­xın­lıq­da­kı te­le­fon köş­kü­nə gəl­di, "Ba­har çi­çək­lə­ri"­nin nöm­rə­si­ni yığ­dı, te­le­fo­nu gö­tü­rən xa­nım sa­lo­nun yer­ləş­di­yi ün­va­nı və ora ne­cə get­mək ol­du­ğu­nu izah elə­di.

"Ba­har çi­çək­lə­ri" Ni­şan­ta­şı­day­dı. Bu mə­həl­lə Mə­həm­məd ya­şa­yan ya­taq­xa­na­dan xey­li ara­lı ol­sa da, ora pi­ya­da get­mə­yi qə­ra­ra al­dı.

O, bu mə­həl­lə ba­rə­də çox eşit­miş­di, bi­lir­di ki, bu­ra­da, əsa­sən, var­lı adam­lar ya­şa­yır­lar, ofis­lə­ri bar­maq­la say­maq olar.

Yol­bo­yu Mə­həm­məd xa­la­sı ilə gö­rü­şü tə­səv­vür elə­yir­di, am­ma ona ne­cə ya­xın­la­şa­ca­ğı­nı, nə de­yə­cə­yi­ni bil­mir­di. Bu cür məş­hur və im­kan­lı adam­la­rın ya­nı­na düş­mək də müş­kül mə­sə­ləy­di. Bir yı­ğın kö­mək­çi­lə­ri və can­gü­dən­lə­ri var­dı.

Ni­şan­ta­şı­ya qə­dər ka­sıb mə­həl­lə­lər gə­lir­di. Tut­qun de­kabr ha­va­sın­da adam­lar da tut­qun gö­rü­nür­dü­lər, san­ki han­sı­sa hüzn­lü xə­bə­ri eşit­mə­yə ha­zır­la­şır­dı­lar. Ca­van­lar gö­zə dəy­mir­di, qo­ca­lar isə ömür­lük həb­sə məh­küm olun­muş adam­lar ki­mi bo­yun­la­rı­nı bü­küb doq­qaz­da otur­muş­du­lar.

Dar məh­lə­lər yu­xa­rı - tə­pə­li­yə doğ­ru apa­rır­dı. Get­dik­cə ha­va, san­ki işıq­la­nır­dı, ka­sıb məh­lə­lə­ri zən­gin ev­lər əvəz elə­yir­di.

­O, "Ba­har çi­çək­lə­ri­"nin ya­nı­na ça­tan­da çis­kin­lə­yir­di. Aram-aram ya­ğan ya­ğı­şın qə­ri­bə, can­sı­xı­cı au­ra­sı var­dı. Mə­həm­məd hə­lə ya­rı yol­dan ge­ri qa­yıt­maq is­tə­miş­di, am­ma bu fik­rin­dən vaz keç­miş­di. Şə­hə­rin az qa­la ən hün­dür və sıx ye­rin­də ol­ma­sı­na bax­ma­ya­raq, "Ba­har çi­çək­lə­ri"n­dən müş­tə­ri əs­kik ol­mur­du. Onun qar­şı­sın­da ba­ha­lı ma­şın­lar yük da­şı­yan gə­mi­lər ki­mi löv­bər sal­mış­dı­lar.

Mə­həm­məd gö­zəl­lik sa­lo­nu­nun qar­şı­sın­da xey­li da­yan­dı, am­ma içə­ri gir­mə­yə cə­sa­rət elə­mə­di və ge­ri qa­yıt­dı. Çis­kin ya­ğış al­da­dı­cı olur. İlk an­lar ada­ma tə­sir elə­mə­sə də, son­ra­dan bə­də­ni­nə ho­pur. Mə­həm­məd bərk is­lan­dı­ğın­dan elekt­rik lo­kan­ta­sı­nın (dü­ka­nı­nın) qar­şı­sın­da da­yan­dı, ya­ğı­şın kəs­mə­si­ni göz­lə­di. Son­ra so­yuq­la­ya­ca­ğı­nı zənn edib içə­ri keç­di.

Sı­ra­lan­mış te­le­vi­zor­lar­da müx­tə­lif səh­nə­lər gös­tə­rir­di­lər. Və ye­nə də ona ta­nış mən­zə­rə ek­ran­da can­la­nır­dı, ma­ğa­za­nın au­ra­sı­na bir işıq, zən­gin­lik gə­ti­rir­di. "Ba­har çi­çək­lə­ri" sa­lo­nu rek­lam olu­nur­du. Am­ma bu də­fə xa­la­sı yox, baş­qa bir xa­nım sa­lon­da­kı xid­mət­lər­dən da­nı­şır­dı. Nə­za­rət­çi­lər­dən bi­ri yol­da­şı­nın qu­la­ğı­na nə­sə pı­çıl­da­dı və hər iki­si as­ta­dan gül­dü. Mə­həm­mə­də elə gəl­di ki, on­lar sa­lo­nun əx­laq­sız­lıq yu­va­sı ol­ma­sı­nı dü­şü­nür­lər və gül­mək­lə­ri də ona gö­rə­dir.

O, dü­kan­dan çı­xıb, ya­taq­xa­na­ya gəl­di. Sə­hə­rə ki­mi ya­ta bil­mə­di və çar­pa­yı yol­da­şı Din­qo­ya "zi­na­ya gö­rə adam öl­dür­mək gü­nah­mı sa­yı­lır?" de­yə su­al et­di. Din­qo ona müs­bət ca­vab gə­tir­di. Ba­kı­da ve­ril­miş hökm İs­tan­bul­da təs­diq olun­muş­du, qa­lır­dı onun ic­ra­sı.

Mə­həm­məd bir ne­çə də­fə "Ba­har çi­çək­lə­ri"­nə gəl­sə də içə­ri keç­mə­yə cü­rət elə­mə­di. Sa­lon­dan bir-bi­rin­dən gö­zəl xa­nım­lar çı­xır­dı. Elə bil, on­la­rı ey­ni zövq­lü adam­lar seç­miş­di­lər və gö­zəl­lik mü­sa­bi­qə­si­nə yol­la­yır­dı­lar. Xa­nım­la­rın ha­mı­sı da ba­ha­lı ma­şın­la­ra mi­nib ora­nı təm­tə­raq­la tərk edir­di­lər.

Növ­bə­ti də­fə Mə­həm­məd sa­lo­nun qar­şı­sın­da gö­rü­nən­də mü­ha­fi­zə­çi­lər onu sax­la­dı­lar və bu­ra­da nə ax­tar­dı­ğı­nı so­ruş­du­lar. Sən de­mə, on­lar Mə­həm­mə­din sa­lon ət­ra­fın­da fır­lan­dı­ğı­nı də­fə­lər­lə iz­lə­miş və bu şüb­hə­li şəxs­lə ma­raq­lan­maq qə­ra­rı­na gəl­miş­di­lər.

- Bu­ra­ya nə üçün gəl­din? - de­yə su­al edən mü­ha­fi­zə­çi­yə Mə­həm­məd:

- Zü­ley­xa xa­nı­mı gör­mək üçün gəl­dim, - ca­va­bı­nı ver­di.

- Zü­ley­xa xa­nı­mı ürə­yi is­tə­yən hər kəs gö­rə bil­məz.

- Mən hər kəs de­yi­ləm, onun qo­hu­mu­yam, özüm də Ba­kı­dan gəl­mi­şəm.

"Ba­kı" sö­zü­nü eşi­dən mü­ha­fi­zə­çi ça­şan ki­mi ol­du:

- Zü­ley­xa xa­nım Ba­kı­nı heç xoş­la­maz, - de­di.

Bu za­man sa­lon­dan bir xa­nım çıx­dı, mü­ha­fi­zə­çi­yə ya­xın­laş­dı:

- Zü­ley­xa xa­nım pən­cə­rə­dən si­zi gö­rür və ma­raq­la­nır ki, o adam kim­dir və nə is­tə­yir?

Mü­ha­fi­zə­çi:

- De­yir ki, Zü­ley­xa xa­nı­mın qo­hu­mu­dur, özü də Ba­kı­dan gə­lib.

A­dı Əs­li­han olan hə­min xa­nım:

- Zü­ley­xa xa­nı­ma in­di çat­dı­ra­ram, - de­di və ye­ni­dən sa­lo­na gir­di.

Son­ra ikin­ci mər­tə­bə­dən pən­cə­rə­ni açıb mü­ha­fi­zə­çi­yə:

- O ya­ban­çı­nı içə­ri gə­tir, - tap­şı­rı­ğı­nı ver­di.

Mə­həm­məd sa­lo­na gir­di. İçə­ri­dən xoş ətir və qa­dın qo­xu­su gə­lir­di. Sa­lon­da müx­tə­lif gu­şə­lər var­dı. Xa­nım­lar iki-bir, üç-bir otu­rub söh­bət edir­di­lər, jur­nal­la­ra ba­xır­dı­lar, ki­mi­si ma­ni­kür edir, ki­mi­si saç­la­rı­nı dü­zəlt­di­rir, ki­mi­si də as­ta­ca te­le­fon­la da­nı­şır­dı. Sa­lo­nun sağ və sol tə­rə­fin­də qa­ran­lıq dəh­liz­lər var­dı. O, qey­ri-ix­ti­ya­ri ola­raq "İ­ri qa­pan­mış göz­lər­lə" ki­no­su­nu xa­tır­la­dı. O, fil­mə ge­cə­nin bir vax­tı müs­tə­qil te­le­ka­nal­la­rın bi­rin­də giz­li­cə bax­mış­dı. Tom Kruz və Ni­kol Kid­ma­nın çə­kil­di­yi film­lər­də mas­ka tax­mış ki­şi və qa­dın­lar bir-bi­ri­lə­ri­lə min hoq­qa­dan çı­xır­dı­lar. Cüt­ləş­mə­nin xoş həz­zi­ni da­dan ki­şi və qa­dın­la­rın inil­ti­si nəin­ki ki­no­da­kı otaq­la­rı, hət­ta Mə­həm­mə­din öz ota­ğı­nı da ba­şı­na al­mış­dı. O, bu mən­zə­rə­dən qorx­muş və ek­ra­nı bağ­la­mış­dı. Və in­di hə­min hiss­lər ye­ni­dən qa­yıt­mış­dı. "Ba­har çi­çək­lə­ri"n­də­ki dar dəh­liz­lər­dən hə­min səs­lər gə­lir­di...

On­lar ikin­ci mər­tə­bə­yə qalx­dı­lar. Dəh­liz­də ba­kı­lı qo­na­ğı Zü­ley­xa xa­nım qar­şı­la­dı. "Ba­har çi­çək­lə­ri"­nin sa­hi­bə­si rə­fi­qə­lə­rin­dən bi­ri­ni yo­la sal­maq üçün dəh­li­zə çıx­mış­dı. O, Mə­həm­mə­di gö­rən ki­mi rə­fi­qə­si­ni unut­du, ya­ban­çı­ya tə­rəf dö­nüb:

- Sən Mə­həm­məd­sən? - de­yə xə­bər al­dı.

Zü­ley­xa­nın bu sua­lı­n­da elə xoş ca­zi­bə, elə məl­həm not­lar var­dı ki, Mə­həm­məd ona ca­vab ver­mək əvə­zi­nə, ba­şı­nı aşa­ğı sal­dı.

Rə­fi­qə­si Zü­ley­xa­nın təəc­cüb do­lu ya­ra­şıq­lı üzün­dən bir da­ha öpüb:

- Xoş­ca qal, ya­rın gö­rü­şə­rik? - de­di və pil­lə­lər­də it­di.

Zü­ley­xa xa­nım Mə­həm­mə­də tə­rəf gəl­di, ba­şı­nı yu­xa­rı qal­dı­rıb göz­lə­ri­nə bax­dı, saç­la­rı­nı qa­rış­dır­dı və ba­şı­nı si­nə­si­nə sıx­dı:

- Oy, dad­lım mə­nim, ne­cə də bö­yü­mü­sən.

Zü­ley­xa­nın bu söz­lə­rin­də onu ey­ni za­man­da cəlb edən və itə­lə­yən nə­sə var­dı. Bu, əx­laq­sız, am­ma se­vən bir qa­dı­nın hiss­lə­ri­nin ifa­də­siy­di. Son­ra o, Mə­həm­mə­di özün­dən bir qə­dər ara­la­dı, ye­ni­dən göz­lə­ri­nə bax­dı və ye­nə də ba­yaq­kı söz­lə­ri­ni tək­rar elə­di:

- Ne­cə də bö­yü­mü­sən, şi­rin ol­mu­san. Sə­ni göz­lə­rin­dən ta­nı­dım, mən o göz­lə­ri heç za­man unut­ma­ram. Sən əsl er­kək ol­mu­san, başq­ala­rı­na bən­zə­mir­sən, - de­di və Əs­li­han xa­nı­ma tə­rəf dö­nüb, - bi­zə qəh­və gə­tir, kon­yak da, - de­yə əla­və elə­di.

Zü­ley­xa xa­nı­mın ota­ğı çox ge­niş və zən­gin idi. Or­ta­da iri, də­yir­mi stol var­dı, onun sağ tə­rə­fin­də di­van, kres­lo, jur­nal sto­lu qoyu­l­muş­du, sto­lun üs­tü­nə cür­bə­cür şir­niy­yat dü­zül­müş­dü, bir az o tə­rəf­də va­za­lar və gül­lər gö­zə də­yir­di. Lap ar­xa­da bə­dən­nü­ma güz­gü və şkaf gö­rü­nür­dü. Sol­da isə Zü­ley­xa­nın çox sev­di­yi "Bo­ğa­zi­çin­də gü­nəş" rəs­mi asıl­mış­dı.

­İ­ri ek­ran­lı "So­ni" te­le­vi­zo­run­da Zü­ley­xa­nın ca­van­lı­ğı ilə bağ­lı han­sı­sa ve­ri­liş ge­dir­di. Gö­rü­nür, xa­la­sı rə­fi­qə­si­lə bu ve­ri­li­şi seyr edir­miş və Mə­həm­mə­din gəl­mə­si on­la­rın bu həz­zi­nin ya­rım­çıq qal­ma­sı­na sə­bəb olub. Zü­ley­xa xa­nım ba­cı­sı oğ­lu­nun te­le­vi­zo­ra diq­qət­lə bax­dı­ğı­nı gö­rüb özü­nü na­qo­lay hiss elə­di və ek­ra­nı sön­dür­dü.

- Fi­kir ver­mə, be­lə şey­lə­rə baş qoş­san tez qo­ca­lar­san. İs­tan­bul­da ol­du­ğu­nu çox­dan eşit­mi­şəm, - de­di, Mə­həm­mə­din təəc­cüb­lü si­fə­ti­nə ba­xıb gül­dü və əla­və elə­di, - mə­nim əla­qə­lə­rim ge­niş­dir, dost­la­rım da çox­dur, on­lar mə­nə bu ba­rə­də de­yib­lər. Dü­zü, mən is­tə­məz­dim ki, sən ila­hiy­yat­da oxu­ya­san. Bi­li­rəm, həm ba­ba­mız, həm də sə­nin anan bu­nu çox is­tə­yir­di. Yə­qin bu da la­zım­dır. Am­ma din ada­mı hə­yat­dan ge­ri qo­yur. Bü­tün eh­kam­lar bu cür­dür.

Zü­ley­xa xa­nım di­ni və dün­yə­vi elm­lər­lə bağ­lı eşi­dib-bil­dik­lə­ri ba­rə­də uzun-uza­dı da­nış­dı, be­lə de­mək müm­kün­sə, nitq irad elə­di, am­ma bir­cə də­fə də ol­sun, ya­xın­la­rı­nı xə­bər al­ma­dı, on­lar haq­qın­da kəl­mə də kəs­mə­di.

Mə­həm­məd nə de­yə­cə­yi­ni bil­mir­di. Onun de­mə­yə sö­zü də yox idi. Nə de­yə­cək­di ki? Xa­la­sın­dan so­ru­şa­caq­dı ki, ni­yə yurd-yu­va­sı­nı atıb fa­hi­şə­lik­lə məş­ğul­dur? Ni­yə on­la­rın tə­miz adı­nı lə­kə­lə­yir? De­sin ki, ana­sı onu bu­ra xa­la­sı­nı öl­dür­mək üçün gön­də­rib?

Am­ma o su­sur­du. Çün­ki hə­lə də xa­la­sı­nın ca­zi­bə­sin­dəy­di. Keç­miş bu gün­lə əvəz­lən­miş­di. Doğ­ru­dan­mı şə­kər­bu­ra­ya, pax­la­va­ya, nov­ruz­gü­lü­nə, bay­ram xon­ça­sı­nın or­ta­sın­da ya­nan şa­ma ox­şa­yan xa­la­sı pis yo­la ge­də bi­lər­di? Doğ­ru­dan­da­mı, ma­ma-ro­za ola bi­lər­di? Bəl­kə xa­la­sı ba­rə­də de­yi­lən­lər ya­lan­dır? Bəl­kə o, dün­ya­nın ən gö­zəl və saf in­sa­nı­dır.

Mə­həm­məd heç nə bil­mir­di. Ürə­yi­nin də­rin­li­yin­də xa­la­sı­na qar­şı heç bir nif­rət, kin-kü­du­rət yox idi. Am­ma həm də nə­sə var­dı. Bu nəy­di: xa­la­sı­na həd­dən ar­tıq bağ­lan­maq qor­xu­su, yox­sa onu öl­dür­mək is­tə­yi? Hər iki is­tək­də bir şey­tan var­dı. Bir za­man­lar Fa­ti­mə­gi­lin hə­yə­ti­nə gə­lib çıx­mış Şey­tan in­di bur­da - İs­tan­bu­lun or­ta­sın­da pey­da ol­muş­du.

O, xa­la­sı­nı çox­dan gör­mə­miş­di, am­ma hə­mi­şə onu ya­nın­da hiss elə­miş­di. Hət­ta Zü­ley­xa­nın hə­rə­kət­lə­rin­dən uta­nıb Ba­kı­ya qa­çan­da da xa­la­sı­nı qo­ru­maq is­tə­miş­di. Ona elə gəl­miş­di ki, göz­lə­ri xa­la­sı­nın şə­kil­lə­ri­ni gör­mə­sə, qu­laq­la­rı sə­si­ni eşit­mə­sə, baş­qa­la­rı da ey­nən onun ki­mi lal və kar ola­caq­lar. Ek­ran sön­dü­sə, de­mə­li, ona heç kim bax­mır.

Əs­li­han xa­nım ko­fe gə­tir­di. Mə­həm­məd hə­lə də ayaq üs­tə da­yan­mış­dı, xa­la­sı isə da­nı­şa-da­nı­şa ota­ğı fır­la­nır, san­ki möv­la­nə rəq­si edir­di, se­vin­di­yin­dən fır­la­nır­dı. Doğ­ru­dan­mı, xa­la­sı bu qə­dər xoş­bəxt idi?

Ko­fe sto­lun üs­tü­nə qo­yu­lan­dan son­ra Zü­ley­xa xa­nım:

- Ba­yaq­dan ayaq üs­tə qal­mı­san ki? Be­lə ol­maz, ca­nım, şə­kə­rim, gəl otur, - de­yə Mə­həm­mə­di sto­la tə­rəf dart­dı, am­ma ba­cı­sı oğ­lu ye­rin­dən tər­pən­mə­di.

- Mən get­mə­li­yəm, - de­di.

- Ne­cə yə­ni get­mə­li­sən, elə in­di gəl­din ki?

Xa­la­sı ye­ni­dən onun qa­ra saç­la­rı­nı qa­rış­dır­dı, si­nə­si­nə sıx­dı, sa­çın­dan öp­dü. Zü­ley­xa­nın da­im se­vən si­nə­sin­dən Mə­həm­mə­din unut­ma­dı­ğı, uzun za­man bur­nu­nun yad­da­şın­da sax­la­dı­ğı xoş ətir qo­xu­su gə­lir­di. Mə­həm­məd xa­la­sı­nın əl­lə­ri­ni eh­mal­ca ge­ri itə­lə­di və:

- Mən get­mə­li­yəm, - de­yə is­rar elə­di.

- Yax­şı, get, ge­də­ni sax­la­maz­lar, am­ma mən sən­dən doy­ma­dım. Evi­mi­zə gəl, ba­zar gü­nü sə­ni göz­lə­yə­cəm, is­tə­sən sü­rü­cüm gə­lib sə­ni gə­ti­rər, - de­di və vi­zit kar­tı­nı çı­xa­rıb ba­cı­sı oğ­lu­na uzat­dı.

Mə­həm­məd vi­zit kar­tı­nı al­dı və heç nə de­mə­dən otaq­dan çıx­dı.

- Müt­ləq gəl, göz­lə­yə­cəm, sə­nin xoş­la­dı­ğın şə­kər­bu­ra­nı özüm bi­şi­rə­cəm. Ya­dın­da?!

Xa­la­sı­nın bu söz­lə­ri­ni o pil­lə­lə­ri enər­kən eşit­di və kü­çə­yə çıx­dı.

­Ön­cə ona elə gəl­di ki, in­di ha­mı ona ba­xır - ma­ğa­za­la­rın vit­rin­lər­in­dən, ev­lə­rin pən­cə­rə­lə­rin­dən, ona gö­rə də için­də bü­züş­dü, özü­nü pis hiss elə­di və ba­şı­nı aşa­ğı sa­lıb get­mə­yə baş­la­dı. Tez-tez ye­ri­yir­di, bu­ra­dan uzaq­laş­maq is­tə­yir­di, az qa­la yü­yü­rür­dü, sə­bə­bi­ni özü də bil­mir­di. Son­ra ad­dım­la­rı­nı ya­va­şıt­dı və oğ­run-oğ­run ət­ra­fa baxdı, ha­mı öz işin­dəy­di, adam­lar onun ki­mi ha­ra­sa tə­lə­sir­di­lər, yal­nız bir künc­də oğ­lan­la qız nə ba­rə­də­sə xı­sın­la­şır­dı­lar, gü­lü­şür­dü­lər. Bir az ara­lı­da, köh­nə park­da­kı otu­ra­caq­da kim­sə bü­zü­şüb yat­mış­dı.

Şə­hə­ri do­lan­maq is­tə­di. Ya­taq­xa­na­ya qa­yıt­ma­ğa tə­ləs­mir­di. Va­pur­la Bo­ğa­zi­çi­ni xey­li gəz­di. Top­qa­pı­da ol­du, bə­ləd­çiy­lə bir­gə keç­mi­şə sə­ya­hət elə­di. Ən çox ya­dın­da qa­lan isə Ro­ma im­pe­ra­tor­la­rı­nın tik­di­rdiyi Ye­rə­ba­tan sa­ray və ora­da üzən lo­dur ba­lıq­lar ol­du...

Ax­şam­dan xey­li öt­müş ya­taq­xa­na­ya qa­yıt­dı, otaq yol­daş­la­rı yat­mış­dı­lar. Sa­kit­cə pal­ta­rı­nı so­yu­nub, ye­ri­nə gir­di, ba­şı­nın al­tın­da nə­sə xı­şıl­da­dı, dir­sək­lə­nib bax­dı. Ala­qa­ran­lıq­da "Hür­riy­yət+­"in lo­qo­su­nu ta­nı­dı. Qə­ze­tin ötə­nil­ki say­la­rıy­dı və ora­da xa­la­sı­nın ona ta­nış şə­kil­lə­ri və haq­qın­da mə­lu­mat­lar var­dı...

Qə­zet­lə­ri bu­ra kim­sə gə­tir­miş­di, am­ma kim? Bu­ra­sı qə­ri­bə və müəm­ma­lıy­dı. San­ki kim­lər­sə onu sı­na­ğa çə­kir­di, qəs­dən cır­na­dır­dı. İs­tə­di dəh­li­zə çı­xıb qə­zet­lə­rə yax­şı-yax­şı bax­sın, am­ma qorx­du. Ye­ni nə­sə ta­pa­ca­ğın­dan çə­kin­di. Bu işi sa­ba­ha sax­la­dı.

Yu­xu­la­ma­ğa ça­lış­dı. Nə il­lah elə­di­sə, yu­xu­ya ge­də bil­mə­di. Onu qa­ra ba­sır­dı. Sa­yıq­la­yır­dı. "Ba­har çi­çək­lə­ri"­nin dəh­liz­lə­ri, hüc­rə­lər­dən gə­lən cür­bə­cür səs­lər, inil­ti­lər, son­ra "i­ri qa­pan­mış göz­lər­lə" fil­mi. Mas­ka­lı ki­şi­lər və qa­dın­lar. Özü­nü Tom Kru­zun (per­so­na­jın adı ya­dın­da qal­ma­mış­dı) yo­lun­da qur­ban ve­rən fa­hi­şə qa­dın. Bir­dən Mə­həm­məd gö­rür ki, Tom Kru­zun ye­rin­də o özü­dür, mas­ka­lı qa­dın onun qor­xu­dan ağap­paq ağar­mış si­fə­ti­nə ba­xır və bir­dən mas­ka­nı çı­xar­dır. Mə­həm­mə­din hey­rət­dən göz­lə­ri bə­rə­lir. Bu qa­dın Zü­ley­xa­dır...

Qa­ra­bas­ma­lar­dan onu Din­qo ayır­dı və:

- Nə ol­du sə­nə? - de­yə pı­çıl­tı ilə so­ruş­du.

Mə­həm­məd du­rub ye­ri­nin için­də otur­du. Bir an­lı­ğa har­da ol­du­ğu­nu ya­dı­na sal­ma­ğa baş­la­dı. Ota­ğın ala­qa­ran­lıq ab-ha­va­sı onu yu­xu­dan tam ayıl­ma­ğa qoy­mur­du. Yu­xu­da­kı səh­nə hə­lə də göz­lə­ri­nin önün­dəy­di, lap ya­xın­lar­da do­la­şır­dı.

- Heç, - de­di və ye­ri­nə uzan­dı. Bir az keç­miş tam özü­nə gəl­di və as­ta səs­lə, - Din­qo, sən­dən bir söz so­ru­şa­cam, am­ma öz ara­mız­da qal­sın.

Din­qo nə­sə mı­zıl­da­dı, yə­qin de­mək is­tə­yir­di ki, heç ki­mə de­məz.

- Zi­na elə­yən qa­dı­na ölüm dü­şür­mü?

Din­qo ye­rin­dən dur­du, təəc­cüb­lə Mə­həm­mə­din üzü­nə bax­dı:

- Bu, ila­hiy­ya­tın ilk fəs­lin­də­dir, bil­mir­sən ki?!

- Yox, ora­sı­nı bi­li­rəm. Am­ma ön­cə hökm ve­ril­mə­li­dir, hök­mün ki­min ve­rə­cə­yi­ni isə bil­mi­rəm. Həm də hə­min qa­dın mə­nim qo­hu­mum­dur, bu­nu baş­qa­sı elə­mə­li­dir.

- De­yir­sən, yə­ni bu­nu kim­sə et­sin?

- Yox, kim­sə et­mə­sin. Bil­mək is­tə­yi­rəm ki, mən özüm bu­nu edə bi­lə­rəm­mi, şə­riət bu­na im­kan ve­rir­mi və bu ayə­ni baş­qa cür yoz­maq olar­mı?

Din­qo bir az fi­kir­lə­şən­dən son­ra:

- Mən gə­rək onu xo­cam­dan so­ru­şam. İs­tə­sən, mə­nim­lə ge­dib, öz sua­lı­na özün ca­vab ala bi­lər­sən.

- Yox, sən so­ruş.

- Yax­şı, so­ru­şa­ram.

Sə­hə­ri­si gün Mə­həm­məd dər­sə get­mə­di, yol­daş­la­rı otaq­dan çı­xan­dan son­ra "Hür­riy­yət+" qə­zet­lə­ri­ni ba­lı­şı­nın al­tın­dan gö­tü­rüb və­rəq­lə­mə­yə baş­la­dı. Qə­zet­də Zü­ley­xa Göy­çə­yin müx­tə­lif il­lər­də ver­di­yi mü­sa­hi­bə­lər, şə­kil­lər gen-bol yer al­mış­dı. Mü­sa­hi­bə­lər­dən bi­rin­də Du­bay­da­kı gö­zəl­lik mü­sa­bi­qə­si ba­rə­də su­al ve­ril­miş­di. Zü­ley­xa xa­nım "keç­miş keç­miş­də qal­dı, in­diy­lə ya­şa­maq la­zım­dır" de­miş­di. "İn­diy­lə ya­şa­maq? Yə­ni nə?" sua­lı­na isə o: "Hə­ya­ta ge­niş göz­lə bax­maq la­zım­dır. Biz dün­ya­nın bir par­ça­sı­yıq və bu­nu unut­ma­ma­lı­yıq" ca­va­bı­nı ver­miş­di. Zü­ley­xa Göy­çək er­kək­lə­ri qıs­qan­dır­ma­ğın, qə­zəb­lən­dir­mə­yin yo­lu­nu bil­di­yi­ni və bun­dan bö­yük həzz al­dı­ğı­nı da eti­raf edir­di. Son­ra Zü­ley­xa xa­nım dün­ya­da baş ve­rən ter­ror ha­di­sə­lə­ri ba­rə­də mü­la­hi­zə­lə­ri­ni bil­di­rir­di. Onun fik­rin­cə, ter­ror­çu­luq in­san­la­rı saf­laş­dı­rır. Çün­ki "o­ra­da bir cis­ma­ni və in­tim akt var. Ölüm in­sa­nı qə­fil haq­la­yır və sən ölü­mü bü­tün aman­sız­lı­ğıy­la du­yur­san. Mən də qə­fil ölüm is­tər­dim".

Mə­həm­məd qə­zet­lə­ri bir ne­çə də­fə çe­vi­rib bax­dı, son­ra onu dö­şə­yi­nin al­tı­na qoy­du ki, ki­min­sə əli­nə düş­mə­sin...

İ­ki gün­dən son­ra Din­qo Mə­həm­mə­də ya­xın­la­şıb de­di ki, onun sua­lı­na hə­lə ca­vab ala bil­mə­yib, çün­ki xo­ca­sı bu­ra­da yox­dur, am­ma hök­mən so­ru­şa­caq.

* * *

Hə­min ha­di­sə­nin üs­tün­dən bir həf­tə keç­miş növ­bət­çi xa­nım ota­ğın qa­pı­sı­nı döy­dü və Mə­həm­mə­də mu­ra­ciət­lə as­ta­dan:

- Bəy əfən­di, si­zi so­ru­şur­lar, - de­di.

Mə­həm­məd əlin­də oxu­du­ğu ki­ta­bı do­la­bın üs­tü­nə qo­yub hə­yə­tə çıx­dı.

So­ru­şan xa­la­sıy­dı. Zü­ley­xa əy­ni­nə ağ də­ri­dən gö­dək­cə gey­miş­di. Par­-par ya­nan qır­mı­zı ma­şına söy­kən­miş­di. Mə­həm­mə­di gö­rən ki­mi:

- Ooo...! Mə­nim şah­za­dəm, sə­ni ra­hat­sız et­mə­dim ki? - gü­lüm­sə­yə­rək xə­bər al­dı.

Mə­həm­məd:

- Yox, - de­di, - sa­bah­kı dərs­lə­ri­mə ha­zır­la­şır­dım.

Xa­la­sı onu bağ­rı­na bas­dı... Ye­nə də hə­min qo­xu. Bir­dən Mə­həm­mə­din ya­dı­na düş­dü ki, yu­xu­da da xa­la­sı­na bən­zət­di­yi qa­dın­dan hə­min ətir gə­lir­di. Dik­si­nən ki­mi ol­du. Bu, sir­li bir qo­xuy­du, fər­diy­di, yal­nız xa­la­sı­na, ya da ona bən­zər­lə­rə məx­sus ola bi­lər­di.

Zü­ley­xa Göy­çək:

- Sirr de­yil­sə, oxu­du­ğun han­sı dərs­di? - de­yə so­ruş­du.

- Mən şe­ir oxu­yur­dum. Su­fi şeir­lə­ri.

- Tə­səv­vüf?

- Siz har­dan bi­lir­si­niz?

- De­miş­dim axı, mə­nim bil­mə­di­yim şey­lər çox az­dır. - Son­ra o, ma­şına tə­rəf dön­dü və, - Meh­met bəy, ba­cım oğ­lu­du, gəl ta­nış ol, - de­di.

Ma­şın­dan hün­dür boy­lu, qa­ra­ya­nız, am­ma ya­ra­şıq­lı bir ki­şi çıx­dı. Zü­ley­xa:

- Ki­min be­lə ba­cı­sı oğ­lu var? - de­yə şıl­taq qız­lar ki­mi Mə­həm­mə­də işa­rə elə­di.

Meh­met bəy:

- Doğ­ru­dan da ya­ra­şıq­lı­dar, çox ya­ra­şıq­lı­dır, - de­di, əli­ni uzat­dı və özü­nü təq­dim elə­di, son­ra Zü­ley­xa­ya tə­rəf dö­nüb, bir də tək­rar elə­di, - ya­ra­şıq­lı­dır.

- Əl­bət­tə, ya­ra­şıq­lı­dır. O, mə­nim ağ at­lı oğ­la­nım­dır. Axı­rı gə­lib mə­ni tap­dı. - Zü­ley­xa ye­nə də şıl­taq­ca­sı­na de­di, Meh­met bə­yin si­qa­rın­dan bir qul­lab alıb, özü­nə qay­tar­dı, son­ra Meh­met bə­yə sı­ğın­dı.

Mə­həm­məd xa­la­sı­nın bu hə­rə­kə­tin­dən acıq­lan­dı, bəl­kə də ürə­yin­də er­kək­lik his­si baş qal­dır­dı, qıs­qan­dı və:

- Mən get­mə­li­yəm, - de­di.

- Ha­ra? Biz sə­ni apar­ma­ğa gəl­mi­şik. Sən gəl­mə­din, mən də fi­kir­ləş­dim ki, gə­lib sə­ni özüm apa­rım.

- Mən dərs­lə­ri­mi ha­zır­la­ma­lı­yam, - de­yə Mə­həm­məd tək­lif­dən bo­yun qa­çır­dı və dö­nüb get­di.

­O­na elə gə­lir­di ki, ya­taq­xa­na­da­kı­la­rın ha­mı­sı ona ba­xır. Am­ma ay­na­bənd­də heç kim yox idi. Bəl­kə də yu­xa­rı mər­tə­bə­də ya­şa­yan­lar on­la­rı gör­müş­dü. Xa­la­sı:

- Ba­zar gü­nü sə­ni göz­lə­yə­cəm, müt­ləq gəl, - de­di...

O, qa­pı­ya ça­tan­dı ge­ri dön­dü. Xa­la­sı hə­lə də ona ba­xır, gü­lüm­sə­yə-gü­lüm­sə­yə əl elə­yir­di...

- O ya­ra­şıq­lı xa­nım kim idi? Pən­cə­rə­dən gör­dük, - Mə­həm­məd içə­ri gi­rən ki­mi Din­qo so­ruş­du.

- Köh­nə qon­şu­muz­dur. Ba­kı­dan xə­bər gə­tir­miş­di, - de­yə Mə­həm­məd çar­pa­yı yol­da­şı­nı ba­şın­dan elə­di.

davamı
XS
SM
MD
LG