Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:22

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (6)


əvvəli

İs­lam ta­ri­xi dər­sin­dən son­ra Din­qo Mə­həm­mə­də ya­naş­dı:

- Sən is­tə­yən sua­lı xo­ca­ma ver­dim. O yad adam de­yil, əmi­m oğ­lu­dur, qar­daş­dan irə­li­dir, sa­də­cə, ha­mı ona xo­ca de­yir. O de­di ki, əgər bir in­san zi­na edən bir ada­mı qət­lə ye­ti­rər­sə, bu, gü­nah sa­yıl­maz. Çün­ki şə­riət bu­na ica­zə ve­rir. Am­ma o da bu mə­sə­lə­ni də­qiq­ləş­dir­mək üçün Bö­yük Xo­ca­dan so­ruş­ma­lı­dır.

- Mən şə­riə­tin bu ba­rə­də nə de­di­yi­ni bi­li­rəm. Mə­ni Tan­rı­nın iz­ni ma­raq­lan­dı­rır.

- Bö­yük Xo­ca adi in­san de­yil. O, çox şey­dən xə­bər­dar­dır. Onun dü­şün­cə­si­nə gö­rə, in­san qur­ban ver­mə­yə hə­mi­şə ha­zır ol­ma­lı­dır. Zi­na edən onun ya­xı­nı­dır­sa, can və qəlb ağ­rı­sın­dan keç­mə­li və onu cə­za­lan­dır­ma­lı­dır.

- Mən bil­mək is­tə­yi­rəm ki, bu Tan­rı­nın­mı hök­müy­lə ol­ma­lı­dır?

Din­qo:

- Mən ora­sı­nı so­ruş­ma­dım. Dü­zü, ağ­lı­ma da gəl­mə­di. Bəl­kə özün so­ru­şa­san? Əmi­m oğ­lu qə­ri­bə adam­dır. Çox gü­lə­rüz və meh­ri­ban­dır. Bü­tün sual­la­rın ca­va­bı­nı bi­lir. Am­ma əv­vəl­cə gə­rək ica­zə­ni alam. On­lar hər ada­mı öz sı­ra­la­rı­na qə­bul elə­mir­lər. Yal­nız sı­na­nıl­mış­la­rı. Mən on­la­rı inan­dı­ra bi­lə­rəm. Gü­nün yax­şı ke­çər. Həm də da­rıx­maz­san. Sə­nin ne­cə əzab çək­di­yi­ni gö­rü­rəm. Sən doğ­ru­dan­mı adam öl­dür­mək is­tə­yir­sən?

- Yox. Mən heç ki­mi öl­dür­mək is­tə­mi­rəm. Onu həm se­vi­rəm, həm də nif­rət edi­rəm. Mən iki da­şın ara­sın­da qal­mı­şam. Bil­mək is­tə­yi­rəm ki, gö­rə­sən, zi­na edən adam öl­dü­rül­sə, bu, onun da xey­ri­nə olar­mı? Bəl­kə o da ölüm is­tə­yir, am­ma in­ti­har elə­mə­yə gü­cü çat­mır. Bəs, qa­til ne­cə? O bi­ri dün­ya­da ya­şa­ma­ğa üzü olar­mı?

Din­qo:

- Sən bü­tün sual­la­rı­na bi­zim­lə bir­gə ca­vab ta­pa bi­lər­sən.

- Yax­şı, sən de­yən ol­sun. Xo­can mə­ni qə­bul elə­mək is­tə­sə, sə­nin­lə ge­də bi­lə­rəm. Am­ma bil: mə­ni bir­cə su­al ma­raq­lan­dı­rır.

Ü­çün­cü gü­nün ax­şa­mı Din­qo Mə­həm­mə­də de­di ki, Bö­yük Xo­ca de­di­yi ada­mı gör­mək hə­lə tez­dir. O, əv­vəl­cə Din­qo­nun öz xo­ca­sıy­la, yə­ni əmi­si oğ­luy­la gö­rüş­mə­li­dir.

- Əmi­n oğ­lu mə­nim sua­lı­ma ca­vab ve­rə bi­lə­cək­mi?

- O özü sə­nə sual­lar ve­rə­cək. Sə­nin ca­va­bın­dan çox şey ası­lı­dır. Sa­bah ax­şam sə­ni gö­rü­şə­cə­yi­miz ye­rə apa­ra­cam...



* * *

Din­qo­nun əmi­si oğ­luy­la adı-sa­nı ol­ma­yan ba­la­ca, köh­nə bir ka­fe­də gö­rüş­dü­lər. Əmioğ­lu­nun adı Me­moy­du. O, saq­qal­lı, iri­cüs­sə­li bi­ri­siy­di. Və­ha­bi­lər ki­mi gö­dək şal­var gey­miş­di. Mə­həm­mə­din bu cür adam­lar­dan heç za­man xo­şu gəl­məz­di. Ona elə gə­lir­di ki, bü cür adam­lar­dan yal­nız pis­lik göz­lə­mək olar. Am­ma Me­mo gü­lə­rüz və qı­lıq­lıy­dı, sə­mi­miy­di. Bir­ba­şa Mə­həm­mə­də "sən" de­yə mü­ra­ciət elə­di.
Ka­fe­də tək-tük adam var­dı. Müş­tə­ri­lər öz ara­la­rın­da nə­sə da­nı­şır­dı­lar. On­la­rın üz­lə­rin­də­ki ifa­də­dən, da­nı­şıq­la­rı­nın to­nun­dan, söh­bə­tə reak­si­ya­la­rın­dan ov­qat­la­rı­nı müəy­yən elə­mək olar­dı.
Me­mo ilə Din­qo ümu­mi ta­nış­la­rın­dan və xa­ti­rə­lə­rin­dən xey­li söh­bət elə­di­lər, arabir Mə­həm­mə­di də da­nış­dır­dı­lar... Az son­ra söh­bə­tin möv­zu­su da də­yiş­di. Çay da­lın­ca nar­gi­lə si­fa­riş ver­di­lər. Mə­həm­məd nar­gi­lə­dən im­ti­na elə­di.
Me­mo is­lam ta­ri­xi, və­ha­bi­lik, və­tən­çi­lik, mil­lət­çi­lik ba­rə­də uzun-uza­dı da­nış­dı. Axır­da so­ruş­du ki, Mə­həm­məd şə­hid­lik mə­sə­lə­si­nə ne­cə ba­xır.
Mə­həm­məd:
- Şə­hid­li­yi mən mal-mülk uğ­run­da yox, na­mus və tor­paq uğ­run­da ci­had­da gö­rü­rəm, - de­di.
- Hər tor­paq­dan və­tən olar­mı? - de­yə Me­mo xə­bər al­dı.
- Əgər in­san ora­nı özü­nə və­tən sa­yar­sa, on­da olar, - Mə­həm­məd onun sua­lı­na bu cür ca­vab ver­di.
Din­qo bu söh­bət­də kə­nar mü­şa­hi­də­çiy­di. Gö­rü­nür, onun fi­kir­lə­ri əmisi oğluna çox­dan mə­lu­muy­du. Ona gö­rə də su­sur­du.
Mə­həm­məd:
- Mən sua­lı­ma ca­vab al­maq is­tə­yi­rəm. Din­qo bu ba­rə­də sə­nə de­yib, yə­qin? - de­di və sual­lı ba­xış­la­rı­nı Me­mo­nun üzü­nə zil­lə­di.
- De­mə­yi­nə de­yib, am­ma bu sua­lın ca­va­bı­nı ve­rə­cək adam bur­da yox­dur. Hər şey on­dan ası­lı­dır. Əgər o, izn ver­sə, de­mə­li, Tan­rı da bu­na ra­zı­dır.

- Mə­nə Bö­yük Xo­ca­nın yox, Tan­rı­nın ica­zə­si la­zım­dır.
Me­mo gül­dü. Onun bu gü­lü­şün­də is­teh­za­nı sez­mə­mək müm­kün de­yil­di.
- Hökm ora­nın, - de­yə o, yu­xar­ıya işa­rə elə­di, - ic­ra­sı bu­ra­nın­dır, - de­di.

Mə­həm­məd:
- Bir mə­sə­lə var ki, hökm ar­tıq ve­ri­lib, am­ma onu mə­nim rəh­bə­rim ver­mə­yib, çün­ki be­lə bir adam ta­nı­mı­ram, - de­di.
Me­mo:

- Bu­ra­sı prob­lem de­yil. Öy­rə­nə­rik, son­ra ic­ra edə­rik. On­dan asan nə var ki? Am­ma bil­mək is­tər­dim ki, hök­mü kim ve­rib?
- Hök­mü mə­nim anam ve­rib.
- Ana mü­qəd­dəs­dir. Onun hök­mü­nü ye­ri­nə ye­tir­mək Tan­rı­nın buy­ruq­la­rı­na əməl elə­mək ki­mi­dir...

Söh­bə­tin bu ye­rin­də çay­çı gə­lib de­di ki, get­mək za­ma­nı­dır. Elə be­lə də de­di: "Get­mək za­ma­nı­dır".
Bu­nun­la da söh­bət bağ­lan­dı.

­Ay­rı­lan­da Me­mo:

- Biz ye­nə də gö­rü­şə­cə­yik, - de­di, Din­qo ilə Mə­həm­mə­di ka­fe­nin qar­şı­sın­da qoy­du və qa­ran­lıq da­lan­lar­da göz­dən it­di...

* * *

Me­moy­la da­ha bir ne­çə də­fə gö­rüş­dü­lər və bu gö­rüş­lər za­ma­nı onun di­lin­dən Tür­ki­yə ha­ki­miy­yə­ti­nin ün­va­nı­na lə­nət­dən baş­qa bir şey eşit­mə­di. Me­mo və­ziy­yə­tin pis ol­ma­sın­da ha­mı­nı gü­nah­lan­dı­rır­dı: Ər­do­ğan ha­ki­miy­yə­ti­ni is­la­mı sat­maq­da qı­na­yır­dı, Ame­ri­ka­nı şey­tan yu­va­sı ad­lan­dı­rır­dı, bir za­man­lar mü­səl­man öl­kə­lə­rin­də ka­fir­lə­rin di­ni­ni yay­dı­ğı­na gö­rə mark­sist­lə­ri pis­lə­yir­di. Onun söz­lə­rin­dən be­lə çı­xır­dı ki, is­lam əley­hi­nə ge­dən­lə­rin cə­hən­nəm odun­da ya­na­ca­ğı­nı göz­lə­mək la­zım de­yil, on­la­rın cə­za­sı­nı bu dün­ya­da ver­mək la­zım­dır. Sa­də­cə hökm ve­rən­lər və on­la­rın ic­ra­çı­la­rı düz iman­lı və əmə­li-sa­leh ol­ma­lı­dır­lar.

Mə­həm­məd ilk gün­dən an­la­mış­dı ki, Din­qo və əmi­si oğ­lu giz­li qru­pa da­xil­dir və han­sı­sa mis­si­ya­nın iş­ti­rak­çı­la­rı­dır. Am­ma bü­tün bun­la­rın ona dəx­li yo­xuy­du, onu bir sua­lın ca­va­bı ma­raq­lan­dı­rır­dı və bu adam­la­rın tim­sa­lın­da özü­nə ar­xa tap­dı­ğı­nı gü­man edir­di.

Me­moy­la bir ne­çə tə­mas­dan son­ra qə­ra­ra al­dı­lar ki, Mə­həm­məd Bö­yük Xo­cay­la gö­rü­şə ha­zır­dır. Am­ma hə­min gö­rüş baş tut­ma­dı. Ax­şa­ma plan­laş­dı­rı­lan gö­rü­şü sə­hər-sə­hər Din­qo poz­du, da­ha doğ­ru­su, sə­hə­rə ya­xın ya­taq­xa­na­ya qa­yı­dıb Mə­həm­mə­də de­di ki, o, bir müd­dət İs­tan­bul­dan get­mə­yə məc­bur­dur. Şə­hər­də­ki part­la­yış­lar­da onun qar­da­şın­dan da şüb­hə­lə­nir­lər, Mə­həm­mə­də də məs­lə­hət gör­dü ki, di­li­ni fa­ra­ğat qoy­sun. Çün­ki əm­niy­yət­çi­lər qar­da­şı ilə gö­rü­şən­lə­rin ha­mı­sı­nı həbs edir­lər. Ola bi­lər ki, on­lar Mə­həm­mə­din də Me­moy­la gö­rüş­dü­yün­dən xə­bər­dar­dır­lar.
Din­qo:

- Mən sə­ni müt­ləq ta­pa­cam, sə­nə eti­bar edi­rəm, mə­ni gör­mək is­tə­sən, bu ün­van­dan so­ruş, - de­di və ka­ğız par­ça­sı­nı ona uzat­dı. - Ün­va­nı ya­dın­da sax­la­yan­dan son­ra cı­rıb atar­san. Ün­va­nı üs­tün­də tap­sa­lar, ya­xud ki­min­sə əli­nə düş­sə, sə­nə başağ­rı­sı gə­ti­rər. Mo­bil­dən is­ti­fa­də elə­mə. Ya­saq­dır.

Din­qo ge­dən­dən son­ra Mə­həm­məd bir müd­dət otaq­da qal­dı. Onun dər­sə get­mək hə­və­si öl­müş­dü. Şə­hər­də­ki part­la­yış­lar, ətür­pə­di­ci te­le­kadr­lar ov­qa­tı­nı ta­mam kor­la­mış­dı. Bu tə­rəf­dən də Din­qo və qar­da­şı­nın qaç­ma­sı ona pis tə­sir elə­miş­di. Mə­həm­məd on­la­rın gü­nah­sız­lı­ğı­na əmin idi. Qar­daş­lar qa­çaq-qul­du­ra ox­şa­mır­dı­lıar, yə­qin ki, əl­lə­rin­dən pis­lik də gəl­məz­di. Hə­min gün o, dər­sə get­mə­di. Ya­taq­xa­na­nın poç­tu­na dü­şüb, Ba­kı­ya zəng elə­di, çün­ki ev­də on­dan na­ra­hat idi­lər. İs­tan­bul­da­kı part­la­yış­la­rın sə­da­sı Ba­kı­ya da çat­mış­dı.

­A­na­sı ona:
- Özü­nü göz­lə, baş­qa şey­lər ba­rə­də fi­kir­ləş­mə.

­O, "baş­qa şey­lər­"in al­tın­da nə­yin giz­lən­di­yi­ni an­la­yır­dı, söh­bət Zü­ley­xa­dan ge­dir­di, ona gö­rə də bir söz de­mə­di və sa­ğol­la­şıb dəs­tə­yi as­dı.

* * *

Mə­həm­məd poçt­dan çı­xan­da qar­şı­sın­da xa­la­sı­nı gör­dü. Zü­ley­xa xa­nım ba­cı­sı oğ­lu­nu gör­cək yü­yü­rüb onu qu­caq­la­dı:

- Sən­dən ni­ga­ran idim, - de­di, ağ­lam­sın­dı, - bu part­la­yış­lar çox gü­nah­sı­zın qa­nı­nı tök­dü.

- Ni­ga­ran qal­ma­ğı­na dəy­məz. Mən iki gün­dür ki, şə­hə­rə çıx­mı­ram.

- Ge­dək, - de­yə xa­la­sı onun qo­lun­dan tu­tub kü­çə qa­pı­sı­na tə­rəf çək­di.

Mə­həm­məd xa­la­sı­nın on­dan ya­na ra­hat­sız ol­ma­sın­dan, uşaq ki­mi köv­rəl­mə­sin­dən mü­təəs­sir ol­muş­du. Ona gö­rə də xa­la­sı­nın ərk­ya­na hə­rə­kə­ti­nə eti­raz et­mə­di və ta­le­yi­ni hə­ya­tın axa­rı­na, da­ha doğ­ru­su, xa­la­sı­nın zə­rif əl­lə­ri­nin ix­ti­ya­rı­na ver­di.

Ma­şı­na otur­du­lar. Qır­mı­zı "Vols­va­gen­"i xa­la­sı özü sü­rür­dü. Yol­bo­yu bir kəl­mə də kəs­mə­di­lər. Yal­nız bir­cə də­fə Zü­ley­xa da­nış­dı. Bo­ğa­zi­çin­dən yu­xa­rı - Zü­ley­xa Göy­çə­yin ma­li­ka­nə­si­nə ge­dən yol­da xa­la­sı nəh­ri gös­tə­rib:

- Çox can­sı­xı­cı mən­zə­rə­dir, san­ki ba­lıq­lar ya­sa ba­tıb­lar, gü­nəş də gö­rün­mür, - de­di, mən Bo­ğa­zi­çi­ni yay­da xoş­la­yı­ram. On­da bur­da ağ yel­kən­li gə­mi­lər üzür. Gü­nə­şin fo­nun­da.

Ma­şın Ni­şan­ta­şı­da­kı var­lı ma­li­ka­nə­lə­rin do­lan­bac­la­rın­dan ke­çə­rək, bir də­mir dar­va­za­nın qar­şı­sın­da da­yan­dı. "Ba­har çi­çək­lər­i" mə­həl­lə­nin o bi­ri üzün­də qal­dı­ğın­dan onu gör­mə­di­lər.

Qa­pı­nı açıb içə­ri keç­di­lər. Ma­li­ka­nə­nən ge­niş, am­ma can­sı­xı­cı hə­yə­ti var­dı. San­ki bu­ra qa­ra bu­lud­la­rın köl­gə­si dü­şür­dü.

- Nə dur­mu­san, keç­sə­nə, - de­yə xa­la­sı əlin­dən tu­tub onu içə­ri çək­di.

Ma­li­ka­nə­nin ge­niş dəh­li­zi var­dı, dəh­liz­dən yu­xa­rı mər­tə­bə­lə­rə pil­lə­kən­lər qal­xır­dı. Dəh­liz­dən o yan­da bö­yük zal idi. On­lar za­la keç­di­lər.

- Sən otur, mən bu sa­at gə­li­rəm, - xa­la­sı de­di və mət­bə­xə keç­di.
Mə­həm­məd za­la göz gəz­dir­di. Otaq elə də zən­gin de­yil­di: or­ta­da bö­yük stol-stul dəs­ti, onun üs­tün­də gül­dan və gül, künc­də bar, ba­rın qar­şı­sın­da - dö­şə­mə­də bə­bir də­ri­si, di­var­da "Ba­har çi­çək­lə­ri"n­də gör­dü­yü "Bo­ğa­zi­çin­də gü­nəş" rəs­mi­nin rep­ro­duk­si­ya­sı.
Mət­bəx­dən xa­la­sı­nın sə­si gəl­di:

- Da­rıx­mır­san ki? Xid­mət­çi­lə­ri bu gün ev­lə­ri­nə gön­dər­mi­şəm, is­tə­yi­rəm ki, özüm sə­nə qul­luq edəm.

O da­rıx­mır­dı. Am­ma ni­ga­ran və hə­yə­can­lıy­dı. Xa­la­sı kim idi? Onun uşaq­lıq­da gör­dü­yü gö­zəl Zü­ley­xa, yox­sa İs­tan­bul­da ha­mı­nın ta­nı­dı­ğı ki­mi Göy­çək Zü­ley­xa? Xa­la­sı mə­lək idi, yox­sa şey­tan? Əmə­lisa­leh in­san idi, yox­sa fa­hi­şə, qız sa­tan? Və in­di bur­da, xa­la­sı­nın za­hi­rən dəb­də­bə­li, am­ma sa­də evin­də onun nə işi var­dı? İn­di o, xa­la­sı­nın boy­nu­na sa­rıl­sın­mı, yox­sa ana­sı de­di­yi ki­mi elə­sin?

- Qəh­və­mi, ko­fe­mi, şi­rə­mi? - xa­la­sı so­ruş­du.
- Fərq elə­məz, - ca­va­bı­nı ver­di.
Xa­la­sı hər üçün­dən gə­tir­di:

- Han­sı­nı is­tə­yir­sən, seç.
Yu­xa­rı mər­tə­bə­dən səs gəl­di. Kim­lər­sə pil­lə­lər­lə aşa­ğı dü­şür­dü. Bu, ca­van bir ki­şiy­lə ya­ra­şıq­lı bir xa­nı­mıy­dı. Mə­həm­mə­də elə gəl­di ki, hə­min xa­nı­mı har­da­sa gö­rüb, bəl­kə də xa­la­sı­nın gö­zəl­lik sa­lo­nun­da.
Zü­ley­xa Göy­çək aya­ğa dur­du və hə­min adam­lar­dan:
- Ge­dir­si­niz­mi? - de­yə so­ruş­du.

- Ge­də­si ol­duq, biz­də heç nə alın­ma­dı, - de­yə ca­van ki­şi mı­zıl­dan­dı.
Zü­ley­xa xa­nım təəc­cüb­lən­di:
- Ne­cə yə­ni alın­ma­dı?
Bu də­fə ya­ra­şıq­lı xa­nım ca­vab ver­di:
- Te­le­fon zəng­lə­ri onu ra­hat bu­rax­mır. Mə­qa­mın­da kim­sə ke­fi­mi­zə so­ğan doğ­ra­yır.
Ca­van ki­şi:

- Biz ye­nə də gə­lə­cə­yik, - de­di, - bəl­kə gə­lən də­fə yax­şı ol­du.
Zü­ley­xa xa­nım on­la­rı dar­va­za­ya ki­mi ötü­rüb qa­yıt­dı.
- Mə­nim ar­ka­daş­la­rım­dır. Mü­sa­fi­rim idi­lər. Yo­la get­mir­lər, is­tə­yir­dim ki, on­la­rı ba­rış­dı­rım.
Xa­la­sı­nın bu söz­lə­ri­nin nə də­rə­cə­də sə­mi­mi ol­du­ğu­nu an­la­ma­dı.
- Mən sə­nin şə­kil­lə­ri­ni tez-tez "Hür­riy­yət+"də gö­rü­rəm, - Mə­həm­məd qə­fil­dən dil­lən­di.
- Şə­kil­lə­ri­mi­mi?

- Hə. Mü­sa­hi­bə­lə­ri­ni də oxu­mu­şam.
- On­lar çox­dan olub. Son vaxt­lar, mən o qə­ze­tə nə şə­kil ver­mi­şəm, nə də mü­sa­hi­bə. Ya­zar­la­rı­nı da gör­mə­mi­şəm.
- Çox­dan­kı qə­zet­lə­ri də gör­mü­şəm, - Mə­həm­məd təm­kin­lə de­di.
- O, keç­miş­də qal­dı. İn­di mən ta­mam baş­qa bir in­sa­nam, özü­mün də er­kə­yim var. Biz onun­la ev­lən­mə­yə ha­zır­la­şı­rıq.

"Ö­zü­müm də er­kə­yim var". Bu söz Mə­həm­məd­də qə­ri­bə as­so­sia­si­ya ya­rat­dı. Xa­la­sı hər də­fə "er­kək" sö­zü­nü vur­ğu­la­yan­da Mə­həm­mə­din qar­şı­sın­da, san­ki müəm­ma­lı bir sir­rin üs­tü açı­lır­dı.
- Mə­nim çox ağır hə­ya­tım olub. Sən bun­la­rı bil­mir­sən. Elə bil­mə­sən yax­şı­dır. Yax­şı­sı bu­dur, baş­qa şey­dən da­nı­şaq. Mə­sə­lən, sən­dən. Sev­gi­lin var­mı? - Mə­həmm­məd ba­şı­nı bu­la­dı. - Bu­ra­sı yax­şı ol­ma­dı. Er­kə­yin sev­gi­li­si ol­ma­lı­dır. İs­tə­sən, mən sə­nə əy­lən­mək üçün rə­fi­qə­lə­rim­dən bi­ri­ni ve­rə­rəm.

- İs­tə­mi­rəm. Mə­nim­çün be­lə yax­şı­dır.

Bir müd­dət din­məz otur­du­lar. Mə­həm­məd hə­yə­can­dan bar­maq­la­rı­nın "qu­lun­cu­nu qı­rır­dı".
- Bar­maq­la­rı­na hey­fin gəl­sin, on­la­rı çox in­cit­sən, qo­ca­lan­da əsə­cək...

Bu söz­lə­ri de­yən­dən son­ra Zü­ley­xa xa­nım mət­bə­xə keç­di və bir az­dan əlin­də məc­mə­yi qa­yıt­dı.

- Sürp­riz, - de­yə o, əlin­də­ki pax­la­va və şə­kər­bu­ra­nı sto­lun üs­tü­nə düz­dü. - Onu dü­nən ha­zır­la­mı­şıq, sa­bah üçün, axı sa­bah ba­zar­dır və sən bi­zə gəl­mə­liy­din.

Zü­ley­xa xa­nım dü­ba­rə mət­bə­xə qa­yıt­dı və tə­zə çay gə­tir­di.

Bu za­man qa­pı­nın zən­gi ça­lın­dı.

- Kim ola bu? - de­yə o, öz-özü­nə su­al ve­rir­miş ki­mi de­di və qa­pı­nı aç­ma­ğa get­di. Bir az­dan Zü­ley­xa­nın eti­raz not­la­rı yük­lən­miş sə­si eşi­dil­di.

- Yox, yox! Bu gün ol­maz... Qo­na­ğım var... Ba­cım oğ­lu­dur.

Zü­ley­xa qa­pı­nı dö­yən ada­mı evə bu­rax­maq is­tə­mir­di. Am­ma, gö­rü­nür, o, is­rar edir­di:

- Yal­nız bir ne­çə də­qi­qə­li­yə.

Nə­ha­yət, ça­ğı­rıl­ma­mış qo­naq özü­nü içə­ri dürt­dü. Bu, Meh­met bəy idi. Mə­həm­məd onu xa­la­sı ilə ilk gö­rü­şün­də gör­müş­dü. Meh­met bəy­lə bir­gə içə­ri si­qar və spirt iyi də dol­du. Xa­la­sı­nın er­kə­yi, yə­qin, bu ki­şiy­miş. On­lar yu­xa­rı mər­tə­bə­yə çıx­dı­lar. Bir müd­dət on­lar­dan səs çıx­ma­dı. İçə­ri­də nə baş ver­di­yi­ni ba­şa düş­mək elə də çə­tin de­yil­di. Qa­pa­lı otaq­dan qa­dın­la ki­şi­nin sə­si gəl­mir­sə, de­mə­li, baş­la­rı öz­lə­ri­nə qa­rı­şıb.

Mə­həm­məd sto­lun üs­tün­də­ki­lə­rə əl də vur­ma­mış­dı. O, bu­ra na­haq gəl­di­yi­ni dü­şü­nür­dü. Baş­qa­sı­nın hə­ya­tı­na, hət­ta xa­la­sı da ol­sa be­lə, qa­rış­ma­ğa haq­qı yox idi. Am­ma bəs iman-din nə ol­sun? Ai­lə­si­nin na­mu­su­nu, lə­ya­qə­ti­ni kim qo­ru­ya­caq­dı?! Hət­ta doğ­ma evin­dən yüz­lər­lə ki­lo­metr uzaq ol­sa da. Na­mus na­mus­dur, onu hər yer­də qo­ru­maq la­zım­dır. Ana­sı­nı xa­tır­la­dı. Onun da­im qay­ğı və tə­laş için­də olan si­fə­ti, hik­kə­dən iril­miş göz­lə­ri xə­ya­lın­dan keç­di. Ana­sı­nın doğ­ma ba­cı­sı­na qar­şı qə­zə­bi­nin kö­kü­nü araş­dır­maq is­tə­di. Gö­rə­sən, bu qə­zəb, hik­kə­nin sə­bə­bi doğ­ru­dan da Zü­ley­xa­nın yün­gül əx­la­qıy­dı­mı, yox­sa baş­qa əsas­lar var­dı? Bəl­kə elə ana­sı Mə­həm­mə­di öz xa­la­sı­nı öl­dür­mək üçün bö­yü­düb, onu İs­tan­bu­la oxu­ma­ğa gön­də­rib. Çün­ki Tür­ki­yə­də, özü də ila­hiy­yat fa­kül­tə­sin­də təh­sil al­maq məq­sə­di və is­tə­yi ana­sı­na məx­sus idi...

Xa­la­sı da az aşın du­zu de­yil­di. Bəl­kə də ana­sı­na tez-tez zəng edib cır­na­dan, ba­cı­sı­nın Tür­ki­yə­də­ki hoq­qa­la­rın­dan da­nı­şan, Zü­ley­xa Göy­çək te­le­vi­zor­da gös­tə­ri­lən za­man Fa­ti­mə xa­nı­mı xə­bər­dar edən də elə doğ­ma­ca ba­cı­sıy­mış, Zü­ley­xay­mış. Am­ma onun məq­sə­di nəy­di? Mə­həm­məd bü­tün bun­la­rı an­la­mır­dı. An­la­ma­ğa eh­ti­yac da yo­xuy­du. İn­di onun se­vim­li xa­la­sı Zü­ley­xa Göy­çək qon­şu otaq­da cin­səl oyun­la­ra baş vu­rur­du...

O, pört­müş­dü, hə­yə­can­dan qıp­qır­mı­zı qı­zar­mış­dı. Ney­lə­mə­li? Get­mək is­tə­yir­di, am­ma get­mə­yə üzü gəl­mir­di. "Ni­yə gəl­miş­din və ni­yə ge­dir­sən?" Düz­dü, o, özü gəl­mə­miş­di, onu gə­tir­miş­di­lər. Zor­la ol­ma­sa da, gə­tir­miş­di­lər...

Nə­ha­yət, xa­la­sı pil­lə­lər­lə aşa­ğı düş­dü. İn­di onun əy­nin­də ma­vi xa­lat var­dı, si­nə­si ya­rıaçıq idi. Az­ca qı­zar­mış­dı, ya­naq­la­rı al­lan­mış­dı. Saç­la­rı da­ğıl­sa da, onu ye­ni­dən yı­ğıb, ar­xa­dan bağ­la­mış­dı. Zü­ley­xa çox gö­zəl idi. O, er­kə­yi­nin gü­cü­nü ilk də­fə dad­mış və bun­dan qü­rur­la­nan di­şi ca­na­var­la­ra bən­zə­yir­di.

Mə­həm­mə­də ça­tan­da onun bu ov­qa­tı yox ol­du, da­ha doğ­ru­su, ba­cı­sı oğ­lu­nun tu­tul­du­ğu­nu gö­rüb gər­gin­li­yi yum­şalt­maq is­tə­di:

- Ona fi­kir ver­mə, bir az içən­dən son­ra özü­nü-sö­zü­nü bil­mir. Er­kək­lə­rin ha­mı­sı be­lə­dir.
"Er­kək­lə­rin ha­mı­sı be­lə­dir". Ye­nə də "er­kək?!" "Gö­rən, on­lar nə qə­dər­dir?" - Mə­həm­məd ürə­yin­də fi­kir­ləş­di.

Bir az­dan xa­la­sı­nın mə­la­hət­li və mü­la­yim sə­si qu­laq­la­rı­nı ox­şa­dı, lap uşaq­lıq­da­kı ki­mi:
- Am­ma sən bir də­nə­sən. Sən mə­nim şah­za­dəm­sən, ba­la­ca şah­za­dəm. Gəl bu­ra, gəl. - Mə­həm­məd ye­rin­dən tər­pən­mə­di. - Gəl de­dim, axı.

Xa­la­sı gə­lib onun əlin­dən tut­du və eh­mal­ca dart­dı. O, qey­ri-ix­ti­ya­ri aya­ğa dur­du, san­ki kim­sə onun ye­rin­dən qalx­ma­ğı­na kö­mək elə­di. Mə­həm­məd in­di ruh ki­miy­di. Xa­la­sı onu yan ota­ğa dar­tır­dı. İçə­ri keç­di­lər. Bu­ra ge­niş ya­taq ota­ğıy­dı. Xa­la­sı çar­pa­yı­ya uzan­dı.

- Sən də uzan.

Mə­həm­məd dar­tın­maq is­tə­di, yə­ni dar­tın­maq ürə­yin­dən keç­di. Am­ma da­yan­dı. O ye­nə də kim­lə­rə­sə ta­be olur­du. Xa­la­sı hə­min­ki gö­zəl idi. Uşaq­lıq­da ona ərə ge­də­cə­yi­ni vəd elə­miş­di.
Zü­ley­xa­nın si­nə­si ta­mam açıl­mış­dı, ağap­paq bud­la­rı ma­vi xa­la­tı­nın ara­sın­dan gö­rü­nür­dü. Şey­tan Mə­həm­mə­din ba­şı­nın üs­tün­də dur­muş­du və "u­zan" de­yir­di. Son­ra hə­min qüv­və ona hökm elə­di: "U­zan!"

- Uzan böy­rüm­də, - xa­la­sı ya­rı­pı­çıl­tı­lı səs­lə onu səs­lə­di. Və eh­mal­ca qo­lun­dan dart­dı.
­O, xa­la­sı­nın böy­rün­də uzan­dı. Zü­ley­xa Mə­həm­mə­din ba­şı­nı si­nə­si­nə sıx­dı. Mən çox­dan­dır ki, sə­ni bağ­rı­ma ba­sıb, öz doğ­ma uşa­ğım ki­mi ya­tız­dır­maq is­tə­mi­şəm. Axı mə­nim də uşa­ğım ola bi­lər­di və sə­nə ox­şa­yar­dı. Bə­zən mə­nə elə gə­lir ki, sən mə­nim oğ­lum­san.

Bəs Mə­həm­məd? Mə­həm­məd xa­la­sı­nın oğ­lu ol­maq is­tə­yir­di­mi?

Xa­la­sı onun saç­la­rı­nı tu­mar­la­yır­dı, üzün­dən, gö­zün­dən öpür­dü, əli­ni onun tə­zə­cə tük­lən­mə­yə baş­la­yan si­nə­sin­də gəz­di­rir­di.

- Mə­nim er­kə­yim, mə­nim er­kə­yim sən­sən. Ki­şi­lə­rin ha­mı­sı sə­nin bir dır­na­ğı­na da dəy­məz, - de­yir­di.

Mə­həm­məd özü də bil­mə­dən xa­la­sı­nı bərk-bərk qu­caq­la­yır­dı, ona sa­rı­lır­dı... Har­dan­sa dü­şən işıq ya­vaş-ya­vaş yox olur­du... On­lar də­rin və qa­ran­lıq bir tu­nel­də əl-ələ gə­zir­di­lər, do­lan­bac­lar­da do­la­nır­dı­lar... Bir­dən ana­sı on­la­rın qar­şı­sı­na çıx­dı. Fa­ti­mə­nin sa­çı da­ğıl­mış, göz­lə­ri hə­də­qə­sin­dən çıx­mış­dı... Əlin­də qan­lı bı­çaq var­dı...

* * *

Mə­həm­məd qan iyi­nə oyan­dı. Göz­lə­ri­nə inan­ma­dı. Xa­la­sı al-qan için­dəy­di. Sıç­ra­yıb aya­ğa du­ran­da nə­sə onun əlin­dən ye­rə düş­dü. Bu, mət­bəx bı­ça­ğıy­dı. O, xa­la­sı­nı öl­dür­müş­dü?! Ola bil­məz­di! O, xa­la­sı­nı öl­dür­mə­di. Sa­də­cə onun böy­rün­də uza­nıb uşaq ki­mi yu­xu­ya get­di... Bəl­kə də huş apar­dı. Bu müəm­ma­lıy­dı. Key ki­mi ol­muş­du. Heç nə ba­rə­də dü­şü­nə bil­mir­di. Bir müd­dət özü­nə gə­lə bil­mə­di. Çar­pa­yı­nın ayaq tə­rə­fin­də otur­du. Fi­kir­ləş­di. Po­li­sə zəng elə­mək ol­maz­dı. Ha­mı on­dan şüb­hə­lə­nə­cək­di. Də­lil-sü­but göz qa­ba­ğın­day­dı.

Pil­lə­kən­lər­lə yu­xa­rı çıx­dı. Otaq­la­rın ha­mı­sı bom­boş idi. Meh­met bəy də yo­xa çıx­mış­dı.

­A­şa­ğı düş­dü. Ha­ma­ma gi­rib yu­yun­du. Köy­nə­yi də qa­na bu­laş­mış­dı. Onu tə­miz­lə­mək əbəs idi. Yel­dö­yə­ni­ni qan­lı köy­nə­yi­nin üs­tün­dən ge­yin­di. Kü­çə­yə çıx­dı. Əv­vəl­cə ha­ra ge­də­cə­yi­ni bil­mə­di. Elə­cə üzüa­şa­ğı - Bo­ğa­zi­çi­nə tə­rəf en­di. Şüb­hə­siz, onu ax­ta­ra­caq­dı­lar. İn­di ol­ma­sın, bir ne­çə gün­dən son­ra ol­sun. Po­li­sin əlin­də be­lə şey­lə­ri tap­ma­ğa nə var ki. Özü də Tür­ki­yə po­li­si ola. On­lar da­ha ha­zır­lıq­lı­dır­lar. Bir­dən Din­qo­nun ver­di­yi ün­van ya­dı­na düş­dü. Cib­lə­ri­ni ax­tar­dı, an­caq bir şey tap­ma­dı. Dil­xor ol­du. Son­da xa­tır­la­dı ki, Din­qo­nun ver­di­yi ün­va­nı cı­rıb atıb, am­ma ya­dın­day­dı. Din­qo de­di­yi ki­mi elə­miş­di, əz­bər­lə­yən­dən son­ra ka­ğız par­ça­sı­nı cı­rıb zi­bil qu­tu­su­na tul­la­mış­dı.

Din­qo­nun de­di­yi ün­van, yə­ni əmi­si oğ­lu Me­mo­nun xır­da­vat dü­ka­nı şə­hə­rin Asi­ya his­sə­sin­dəy­di. Av­to­bu­sa mi­nib ora gəl­di. Ya­ğış da baş­la­mış­dı. İn­di nə ölü ağ­la­ma­ğın, nə də bas­dır­ma­ğın vax­tıy­dı. Can­sı­xı­cı bir ov­qat.

Bo­ğa­zi­çi­ni ke­çən­dən son­ra av­to­bus­dan düş­dü, bir ta­ksi­yə otu­rub ün­va­nı de­di. Sü­rü­cü ma­şın­da qu­raş­dı­rıl­mış elekt­ron yol xə­ri­tə­sin­də o de­di­yi ün­va­nı tap­dı. Din­qo­nun de­di­yi dü­kan da­lan­la­rın bi­rin­dəy­di.

Dü­ka­nın qar­şı­sın­da­kı ki­sə­lər­də və qu­tu­lar­da müx­tə­lif mey­və­lər, çə­rəz­lər var­dı. Ca­van bir oğ­lan müş­tə­ri­lə­ri cəlb elə­mək üçün al­ma və ar­mud­la­rı xü­su­si bü­kü­lü­lər­də nü­ma­yiş elət­di­rir­di. Yol­dan ötən­lə­ri İs­tan­bul­da bun­lar­dan dad­lı­sı­nın ol­ma­dı­ğı­na inan­dır­ma­ğa ça­lı­şır­dı.
Mə­həm­məd oğ­la­na ya­xın­la­şıb as­ta­dan:

- Mə­nə Me­mo la­zım­dır, - de­di.

­Oğ­lan:

- Mən be­lə bi­ri­si­ni ta­nı­mı­ram, - de­di və ət­ra­fa göz gəz­dir­di.
- Hün­dür­boy, qa­ra­ya­nız oğ­lan­dır, da­nı­şan­da da hər­dən kə­kə­lə­yir, - Mə­həm­məd izah elə­di.
- Siz, yə­qin, qon­şu dü­kan­da­kı oğ­la­nı de­yir­si­niz. Am­ma o, in­di yox­dur, qar­da­şı onu əvəz elə­yir, - de­di və bar­ma­ğı ilə xır­da­vat dü­ka­nı­nı gös­tər­di.
Mə­həm­məd dü­ka­na ya­xın­la­şan­da pən­cə­rə­dən ki­min­sə onu bar­ma­ğı ilə ça­ğır­dı­ğı­nı gör­dü. Bu Din­qoy­du. Mə­həm­məd içə­ri keç­di. Din­qo onu ar­xa ota­ğa apar­dı. Ota­ğın ar­xa di­va­rın­da­kı xal­ça­nı ara­la­dı və on­lar xəl­vət bir ye­rə düş­dü­lər.

- Sən bu­ra­nı ne­cə tap­dın? - de­yə Din­qo hə­yə­can­lı sə­s­lə xə­bər al­dı.
- Tak­si kö­mək elə­di.
- Tak­si han­sı rəng­dəy­di?
- Rən­gin nə dəx­li?
- So­ru­şu­ram­sa, de­mə­li, dəx­li var.
- Sa­rı rəng­li "To­faş" idi.



Din­qo:
- O heç. On­dan qor­x­ma­ğa dəy­məz... İn­di biz ha­mı­dan şüb­hə­lə­ni­rik, çün­ki biz­dən də şüb­hə­lə­nir­lər, hal­bu­ki bi­zim heç nə­dən xə­bə­ri­miz yox­dur. Ola bil­sin, Me­mo nə­sə bi­lir­di. Bir də Bö­yük Xo­ca. Nə bi­lim...

Mə­həm­məd nə de­yə­cə­yi­ni bil­mir­di. Hər şey ona yu­xu ki­mi gə­lir­di: Din­qo ilə ta­nış­lı­ğı da, xa­la­sı­nı öl­dür­mə­si də, bu­ra gəl­mə­si də...

- Bu­ra ni­yə gəl­din? - Din­qo ra­hat­sız hal­da ye­ni­dən so­ruş­du.

- Özüm də bil­mi­rəm. De­yə­sən, xa­la­mı öl­dür­mü­şəm. Dü­zü, bil­mi­rəm bu ne­cə ol­du. Mən yu­xu­dan oya­nan­da o, al-qa­nın için­dəy­di, əlim­də də qan­lı bı­çaq var­dı, -de­yə Mə­həm­məd xa­la­sı ilə əh­va­la­tı qı­sa­ca ona da­nış­dı.

- Yat­maz­dan əv­vəl bir şey ol­du­mu? Mü­ba­hi­sə-filan?

- Heç bir şey ol­ma­dı. On­dan əv­vəl mən şi­rə iç­miş­dim.

- Bəl­kə şi­rə­yə nə­sə qa­tıb­lar. Olur be­lə şey­lər, ada­mı yu­xu­ya ve­rir­lər, son­ra da boy­nu­na qoy­maq üçün əli­nə ta­pan­ça, ya bı­çaq ve­rir­lər. Ki­no­lar­da gör­mə­mi­sən?

- Bil­mi­rəm.

- Eyb elə­məz. Mən on­suz da bir az­dan bu­ra­la­rı tərk edə­cəm. İs­tə­sən, mə­nim­lə ge­də bi­lər­sən. Bur­da qal­maq ha­mı­mız üçün təh­lü­kə­li­dir.

Mə­həm­məd ye­ni­dən:

- Bil­mi­rəm, - de­di və çiy­ni­ni çək­di.

- Sən bur­da otur, mən bir az­dan qa­yı­dı­ram, - Din­qo de­di və çıx­dı.

Dos­tu ge­dən­dən son­ra Mə­həm­məd ye­ni­dən xa­la­sı­nı xa­tır­la­dı, onun ölü­mü qə­ri­bə və müəm­ma­lıy­dı. Bu ne­cə ola bi­lər­di? Düz­dü, xa­la­sı­nın yan otaq­da öz "er­kə­yiy­lə" eşq ma­cə­ra­sı onu qə­zəb­lən­dir­miş­di. Am­ma son­ra­dan bun­la­rın ha­mı­sı xa­la­sı­nın bir­gə tə­ma­sıy­la yo­xa çıx­mış­dı, il­ğım ki­mi əri­miş­di, onun ürə­yin­də xa­la­sı­na qar­şı heç bir qə­zəb his­si qal­ma­mış­dı. Han­sı tə­rə­fə yo­zur­du­sa, bir tə­rə­fə ge­dib çı­xa bil­mir­di. Hər şey da­la­na di­rə­nir­di. Do­lan­bac­lar ye­ni­dən baş­qa­sıy­la əvəz­lə­nir­di.

Din­qo bir az­dan qa­yıt­dı və de­di ki, ta­nış sü­rü­cü ar­ka­daş­lar­dan bi­ri on­la­rı heç ki­min ta­pa bil­mə­yə­cə­yi ye­rə apar­ma­ğa söz ve­rib. Am­ma is­ti pal­tar gö­tür­mək la­zım­dır, çün­ki dağ­la­ra qar ya­ğır. Mə­həm­məd ya­taq­xa­na­ya qa­yıt­maq is­tə­di, am­ma Din­qo qoy­ma­dı:

- Nə ya­taq­xa­na ca­nım, hə­mən yo­la çıx­maq la­zım­dır. Ara sən­gi­yən­dən son­ra qa­yı­da­rıq.

* * *

Dü­kan­dan çı­xıb tak­si sü­rü­cü­süy­lə şərt­ləş­dik­lə­ri ye­rə gəl­di­lər və iki saat­dan son­ra şə­hər­dən çıx­dı­lar.

Mə­həm­məd ha­ra get­dik­lə­ri­ni bil­mir­di, bu ba­rə­də so­ruş­ma­dı da. Onun­çün fər­qi də yo­xuy­du. Əsa­sı oy­du ki, onu qa­ra­ba­qa­ra iz­lə­yən qor­xunc fi­kir­lər­dən, bəd­hey­bət, am­ma qı­lıq­lı şey­tan­dan baş gö­tü­rüb qaç­sın. Zü­ley­xa­nın ölüm səh­nə­si ara-sı­ra göz­lə­ri önün­dən ke­çir­di və Mə­həm­məd onu dü­şün­dü­rən sual­la­ra ca­vab ax­ta­rır­dı, bir tə­rə­fə çı­xa bil­mə­yən­də yo­ru­lur­du və çöl­də ya­ğan ya­ğı­şın sə­si­nə qu­laq asır­dı.

Din­qo ara-sı­ra uşaq­lı­ğın­dan, İs­tan­bu­la tə­sa­dü­fən gəl­mə­yin­dən da­nı­şır­dı, hər­dən Bö­yük Xo­ca ilə gö­rüş­mək ar­zu­su­nu di­lə gə­ti­rir­di. İs­tan­bu­la əmi­si oğ­lu Me­mo­nun tək­li­fi­lə gəl­miş­di, be­lə de­mək müm­kün­sə, onun­la bir­gə ha­mı­nı baş­dan çı­xa­ran şə­hə­rə qaç­mış­dı.

Bü­tün bun­la­rın Mə­həm­mə­də heç bir ai­diy­ya­tı yo­xuy­du. O, Din­qo­ya qu­laq da as­mır­dı. Bu gün sə­hər baş ve­rən ha­di­sə­ni dü­şü­nür­dü, xa­la­sı­nın al-qan için­də olan nə­şi­ni heç cür unu­da bil­mir­di. O, xa­la­sı­nın gö­zəl­li­yi­ni ucuz və al­çaq bir ölü­mə qıs­qa­nır­dı...

On­lar bir ge­cə ta­nı­ma­dı­ğı bir qə­sə­bədə - Din­qo­nun ta­nış­la­rın­dan bi­ri­nin evin­də ge­cə­lə­mə­li ol­du­lar. Din­qo ev sa­hi­bi­nə de­di ki, əmi­si oğ­lu­nun to­yu­na ge­dir­lər. Toy olu­nan köy, yə­ni kənd dağ­la­rın o bi­ri üzün­dəy­di. Ev sa­hi­bi ora­la­rı yax­şı ta­nı­dı­ğın­dan ba­şı­nı tər­pət­mək­lə qə­fil qo­na­ğı an­la­dı­ğı­nı bil­dir­di. Ax­şam Mə­həm­məd­gi­li rza-küf­tə­yə və ay­ra­na qo­naq elə­di­lər. Ev sa­hi­bi ra­kı­dan dad­ma­ğı da qo­naq­la­ra tək­lif elə­di, am­ma on­la­rın din-iman sa­hi­bi ol­du­ğu­nu bi­lən­dən son­ra iç­ki­ni süf­rə­yə gə­tir­mək­dən vaz keç­di...

Hə­min ge­cə­ni qə­sə­bə­də ke­çir­di­lər. Qar çox yağ­dı­ğın­dan sə­hər yo­la çı­xa bil­mə­di­lər və yal­nız iki gün­dən son­ra "öz­lə­rin­dən və ta­le­lə­rin­dən qa­çan­lar" yol­la­rı­na da­vam elə­di­lər. Şır­nak şə­hə­ri­ni ke­çib, dağ­la­ra doğ­ru irə­li­lə­di­lər.

Ma­şın da­ğə­tə­yi kənd­lər­dən bi­ri­nə gi­rən­də Mə­həm­mə­də elə gəl­di ki, de­yi­lən ün­van bu­ra­dır. Mən­zil ba­şı­na ça­tan­dan son­ra Din­qo sü­rü­cü ar­ka­da­şı­nı ge­ri gön­dər­di. "İn­di ra­hat­ca ge­ri qa­yı­da bi­lər­sən" de­di. Sən de­mə, bu­ra mən­zil­ba­şı de­yil­miş, hə­lə mən­zi­lin aya­ğıy­mış və on­la­rı qar­şı­da­kı dağ­la­ra yü­rüş göz­lə­yir­miş.

Hə­min ge­cə düş­dük­lə­ri ev sa­hi­bi­nin at töv­lə­sin­də qa­lan­dan son­ra dağ­la­ra sa­rı üz qoy­du­lar. Da­ğa çıx­maq üçün on­la­ra at la­zı­mıy­dı. At bur­da ba­hay­dı və heç kim on­la­ra öz atı­nı ha­va­yı ver­məz­di. Mə­həm­mə­din təəc­cü­bü­nə rəğ­mən Din­qo bir to­pa dol­lar çı­xa­rıb at sa­hi­bi­nin is­tə­di­yi məb­lə­ği ödə­di və on­lar yo­la düş­dü­lər.

At sa­tan ev sa­hi­bi­nin özüy­dü.

Din­qo dağ cı­ğır­la­rı­nı gö­zəl ta­nı­yır­dı. Mə­həm­mə­din təəc­cü­bü­nü gö­rüb:
- Bu­ra­da qo­hum­la­rı­mız ya­şa­yır, bir ne­çə də­fə on­la­ra qo­naq düş­mü­şük, Me­moy­la bir­gə, am­ma Bö­yük Xo­ca­nı gö­rə bil­mə­mi­şəm. Bəl­kə bu də­fə gö­rə bil­dim, - de­di və özün­dən ra­zı hal­da bı­ğı­na qon­muş qa­rı sil­di.

Mə­həm­məd Din­qo­nun mər­din­li ol­du­ğu­nu bi­lir­di. Mər­din bu­ra­lar­dan çox uzaq­lar­da - Səu­diy­yə sər­həd­lə­rin­dəy­di...

Bir sa­at olar­dı ki, qar ya­ğır­dı. Ara-sı­ra dağ­lar­dan kü­lək əsir­di, san­ki onu kim­sə qəs­dən qo­vub gə­ti­rir­di və yol­çu­la­rın üzü­nə vu­rur­du. Ha­va so­yuq idi. Din­qo­nun Mə­həm­mə­də ver­di­yi köh­nə at çu­lu ol­ma­say­dı, so­yuq­dan do­na bi­lər­di.

Yol­bo­yu o, doğ­ma şə­hə­ri­ni, uşaq­lı­ğı­nı xa­tır­la­yır­dı. Xa­la­sı­nın şaq­raq gü­lüş­lə­ri qu­la­ğı­nı de­şir­di. İn­di o gü­lüş­lər əv­vəl­ki ki­mi doğ­ma de­yil­di­lər, çün­ki xa­la­sı ilə bir­lik­də onun gö­zəl­li­yi də, gü­lüş­lə­ri də öl­müş­dü, al-qa­nın için­də bat­mış­dı. O heç nə hiss elə­mir­di, hər­dən gü­nah his­si qa­nı­na, bey­ni­nə hop­maq is­tə­yir­di, am­ma ya­ğan qar on­la­rı əri­dir­di, su­ya, bu­za dön­də­rir­di.
- Mən üşü­yü­rəm, - Mə­həm­məd Din­qo­ya de­di.

- Ya­xın­lıq­da ka­ha var, ocaq qa­la­yıb, qı­zı­şa­rıq, açıq ha­va­da ocaq qa­la­maq ol­maz, ya­saq­dır.
Bir az ge­dən­dən son­ra on­lar Din­qo de­yən ka­ha­ya çat­dı­lar. At­la­rı da öz­lə­ri ilə qa­ran­lıq ka­ha­ya apar­dı­lar. Din­qo ka­ha­nın oyu­ğun­da sax­la­nı­lan qu­ru çır­pı­nı, odu­nu gə­ti­rib, yan­dır­dı. Gö­rü­nür, on­la­rı kim­sə hə­lə yay­da bu­ra yığ­mış­dı.

O­ca­ğın qı­ra­ğın­da otu­rub, bir az qı­zı­şan­dan son­ra Din­qo:
- İn­di gəl qar­nı­mı­zı do­yu­raq, - de­di, tor­ba­sın­dan çö­rək və qu­ru­muş ət qa­xa­cı çı­xar­dıb doğ­ra­dı və iş­tah­la ye­mə­yə baş­la­dı.

Mə­həm­məd ac­ma­mış­dı, bəl­kə də ac­lıq his­si küt­ləş­miş­di. Din­qo yol yol­da­şın­dan:
- Sən ni­yə ye­mir­sən? - de­yə xə­bər al­dı.
- Mən hə­lə ac­ma­mı­şam...
On­lar bir müd­dət din­məz otur­du­lar. Din­qo­nun da iş­ta­hı, de­yə­sən, küs­müş­dü və ağ­zın­da­kı çö­rə­yi gə­və­lə­yir­di. Mə­həm­məd qə­fil­dən, Din­qo­nun göz­lə­mə­di­yi hal­da:
- Mən ge­ri qa­yıt­maq is­tə­yi­rəm, - de­di.

- Də­li ol­mu­san? Bu qə­dər yo­lu gəl­mi­sən ki, ge­ri qa­yı­da­san? Or­da sə­ni tu­tar­lar, am­ma bur­da qal­san, hər şey yax­şı ola­caq. Me­mo de­di ki, on­lar çox gö­zəl ya­şa­yır­lar. Ye­dik­lə­ri də, gey­dik­lə­ri də Ame­ri­ka məh­su­lu­dur və heç nə­dən kor­luq­la­rı yox­dur. Yer­lə­ri də is­ti­dir. İnan mə­nə, ya­lan de­mi­rəm.

"A­me­ri­ka" sö­zü­nü eşi­dən­də Mə­həm­mə­din ürə­yin­də şüb­hə­lər baş qal­dı­rır­dı. Bu öl­kə­yə nif­rət ha­ra, onun gön­dər­dik­lə­ri­ni ye­mək ha­ra?

O, iki da­şın ara­sın­da qal­mış­dı. Həm ge­ri qa­yıt­maq, bü­tün bu ha­di­sə­lə­rə, qa­rabas­ma­la­ra son qoy­maq is­tə­yir­di, həm də qa­za­ma­ta atı­la­ca­ğın­dan qor­xur­du. Həbs də cə­hən­nə­mə, bu­tun qə­zet­lər və te­le­vi­zi­ya­lar xa­la qa­ti­li haq­da da­nı­şa­caq­dı­lar. Düz­dü, onun bə­raə­ti var­dı. Din­dar adam­lar fa­hi­şə xa­la­sı­nı öl­dür­dü­yü­nə gö­rə onu öyə­cək­di­lər, din əley­hi­dar­la­rı, azad­fi­kir­li­lər isə ək­si­nə, sö­yə­cək­di­lər. İn­di nə ol­sun? Han­sı­nı seç­sin?

- Ge­dək, - Din­qo çö­rə­yi­ni ye­yib aya­ğa dur­du. Atın yə­hə­ri­ni dü­zəlt­di, tap­qı­rı­nı bər­kit­di. Mə­həm­mə­din ye­rin­dən tər­pən­mə­diy­ni gö­rüb, onun da atı­nın yə­hə­ri­ni sah­ma­na sal­dı və yol­çu­lar ye­ni­dən qar­lı dağ­la­ra sa­rı yön al­dı­lar.

* * *

On­lar yol­bo­yu, de­mək olar ki, sus­du­lar. Çün­ki kü­lə­yin sü­rə­ti art­mış­dı, da­nı­şan­da qar ada­mın ağ­zı­na do­lur­du. Yol­çu­lar şərf­lə si­fət­lə­ri­ni ta­mam bağ­la­mış­dı­lar, yal­nız göz­lə­ri açıq qal­mış­dı. Mə­həm­mə­din atı bir ne­çə də­fə büd­rə­di, bir də­fə isə az qa­la sü­rü­şüb uçu­ru­ma dü­şə­cək­di. Din­qo onun da­dı­na çat­dı, əl atıb atın yü­yə­nin­dən tut­du və hə­min an­dan eti­ba­rən dos­tu­nun atı­nın yü­yə­ni­ni öz atı­nın yə­hə­ri­nə ke­çir­di.

Dağ cı­ğır­la­rı get­dik­cə da­ha qor­xu­lu olur­du. Din­qo bu yer­lə­rə bə­ləd ol­du­ğun­dan özü­nü çox inam­lı apa­rır­dı. Mə­həm­məd bir­dən xa­tır­la­dı ki, Din­qo bə­zən gün­lər­lə dərs­də və ya­taq­xa­na­da gö­rün­mür­dü və qə­fil yo­xa çıx­ma­ğı­nı kənd­lə­ri­nə, qo­ca ata-ana­sı­na baş çək­mə­yə get­mə­si­lə izah edir­di...

Ge­cə­ni növ­bə­ti da­ya­na­caq­da ke­çir­di­lər. Bu da­ya­na­caq da əv­vəl­ki­nin bən­zə­riy­di. Ocaq qa­la­maq üçün hər şey var­dı.

Din­qo oca­ğı çat­dı. Bir az qı­zı­şan­dan son­ra ət kon­serv­lə­ri­ni çı­xa­rıb ocaq­da isit­di. Mə­həm­məd bərk ac­mış­dı. Din­qo yol çan­ta­sın­dan xö­rək qa­şıq­la­rı­nı çı­xa­ran ki­mi hər iki­si ye­mə­yə gi­riş­di.
Toq­qa­la­rı­nın al­tı­nı bər­ki­dən­dən son­ra Din­qo ka­ha­nın də­rin­li­yi­nə tə­rəf get­di və sa­la­fa­na bü­kü­lü tu­rist dö­şə­yi­lə ge­ri qa­yıt­dı.

Din­qo:

- Uzan, ra­hat yat, heç nə­dən ya­na ra­hat­sız ol­ma. Sa­bah er­kən yo­la dü­şə­rik, in­şaal­lah, or­da bi­zi yax­şı qar­şı­la­yar­lar.

Mə­həm­məd ra­zı­lıq­la ba­şı­nı tər­pət­di və ye­ri­nə gir­di. On­lar bir müd­dət çöl­də əsən kü­lə­yin sə­si­nə qu­laq as­dı­lar. Har­da­sa qurd ula­yır­dı. San­ki, kim­sə öz iti­yi­ni ax­ta­rır­dı... Mə­həm­məd ne­cə yu­xu­ya get­di­yi­ni bil­mə­di...

Sə­hər onu Din­qo oyat­dı. Sə­hər ye­mə­yi ilıq çay­dan və "Ül­kər" pe­çen­ye­sin­dən iba­rət idi. Yün­gül­va­ri na­har et­dik­dən son­ra "qa­çaq­lar" yo­la düş­dü­lər və sut­ka ya­rım­dan son­ra mən­zil ba­şı­na çat­dı­lar.

Qə­fil qo­naq­la­rı gö­zət­çi qar­şı­la­dı. O, əv­vəl­cə Din­qo­nu ta­nı­ma­dı, çün­ki at­lı­la­rın üz-gö­zü qar­dan sırsı­ra bağ­la­mış­dı, am­ma Din­qo ona öz di­lin­də nə­sə de­yən­də ta­nı­dı. Mə­həm­məd bu di­li bil­mir­di. Heç eşit­mə­miş­di də. Əv­vəl­cə ona elə gəl­di ki, bu adam­lar xü­su­si pa­rol­la da­nı­şır­lar, son­ra­dan ba­şa düş­dü ki, bu, dağ­la­rın di­li­dir. Ona gö­rə də din­mə­di. Din­qo da onun təəc­cü­bü­nə reak­si­ya ver­mə­di.

Gö­zət­çi on­la­rı irə­li bu­rax­dı. İrə­li­də da­ha bir gö­zət­çi var­dı. O da pa­ro­lu so­ruş­du, ca­vab alan­dan son­ra av­to­ma­tı­nın lü­lə­si­lə işa­rə elə­di ki, ke­çə bi­lər­lər.

Yol­çu­lar bir ne­çə gö­zət­çi pos­tu keç­dik­dən son­ra Me­mo və dost­la­rı­nın qal­dı­ğı ka­ha­ya çat­dı­lar. Ka­ha­da­kı adam­la­rın ək­sə­riy­yə­ti saq­qal­lı və si­lah­lıy­dı. İçə­ri­dən kir və nə­miş­lik iyi gə­lir­di. Ha­va ürək­bu­lan­dı­rı­cıy­dı. Bir az keç­miş Mə­həm­mə­din iy­bil­mə qa­bi­liy­yə­ti küt­ləş­di, da­ha doğ­ru­su, içə­ri­də­ki ha­va­ya uy­ğun­laş­dı.

Mə­həm­məd an­la­mış­dı ki, bu­ra Din­qo­nun de­di­yi giz­li qru­pun xəl­vət ye­ri­dir. Am­ma on­la­rın nə ilə məş­ğul ol­du­ğu­nu bil­mir­di, bəl­kə də bil­mə­yə qor­xur­du. Ona gö­rə də də­ri­nə get­mə­miş, bu ba­rə­də Din­qo­dan heç nə so­ruş­ma­mış­dı.

Yol­çu­lar içə­ri gi­rən ki­mi Me­mo on­la­ra di­lu­cu xoş­gəl­din elə­di və Din­qo­nu kə­na­ra çə­kib nə ba­rə­də­sə uzun-uza­dı da­nış­dı. On­la­rın qaş-göz­lə­ri­nin, üz­lə­ri­nin səy­ri­mə­sin­dən, mi­mi­ka və jest­lə­rin­dən söh­bə­tin mü­ba­hi­sə not­la­rı üzə­rin­də kök­lən­di­yi an­la­şı­lır­dı. Çox gü­man, söh­bət Mə­həm­məd­dən ge­dir­di. De­yə­sən, əmi­si oğ­lu yad ada­mın bu­ra gəl­mə­sin­dən na­ra­hat idi. Uzun çək-çe­vir­dən, Din­qo­nun uzun-uza­dı iza­ha­tın­dan son­ra Me­mo sa­kit­ləş­di, gü­lə-gü­lə Mə­həm­mə­də ya­xın­laş­dı və bir da­ha:

- Xoş gəl­mi­sən, ar­ka­da­şım, - de­di və Din­qo­ya tə­rəf dö­nüb, - mən de­yən ki­mi elə­din­mi? - de­yə so­ruş­du.

- Ar­xa­yın ola bi­lər­sən. - Din­qo özün­dən ra­zı hal­da ca­vab ver­di.

Me­mo­nun "Mən de­yən ki­mi elə­din­mi?" sua­lı və Din­qo­nun ona ca­va­bı müəm­ma­dan xə­bər ver­sə də, Mə­həm­məd din­mə­di və ta­le­yi­ni ha­di­sə­lə­rin öh­də­si­nə bu­rax­dı.

Yer­dən bar­daş qu­rub, yaz­ma­lı süf­rə­nin ət­ra­fın­da otur­du­lar. Süf­rə­yə çay, da­lın­ca isə da­na ətin­dən so­yut­ma və tam­sız şi­rə gəl­di. Bəl­kə də şi­rə­nin vax­tı keç­miş­di. Üs­tün­də "ma­de in Ame­ri­ka", yə­ni, Ame­ri­ka­da is­teh­sal olu­nub, söz­lə­ri ya­zıl­mış­dı.

­Ye­mək­dən son­ra kim­sə Din­qo­nun da­nış­dı­ğı dil­də mah­nı oxu­ma­ğa baş­la­dı, ya­nıq­lı bir ha­vay­dı. "Sa­rı gə­lin­"ə ox­şa­yır­dı. Qa­lan­la­rı ona səs ver­di­lər...

Çaq­qal­lar yax­şı ye­mək­dən son­ra tə­pə ba­şı­na çı­xıb vaq­qıl­da­şır­lar, tox­lu­ğun şə­rə­fi­nə mah­nı oxu­yur­lar...

* * *

Ka­ha hə­ya­tı Mə­həm­mə­di yor­muş­du: ey­ni ye­mək­lər, ey­ni söh­bət­lər. Bu­la­ğın çeş­mə­si buz bağ­la­dı­ğı­na gö­rə su da qə­hə­tə çıx­mış­dı. Bu ha­va­da çeş­mə­yə get­mək müm­kün de­yil­di. Çim­mək üçün qa­rı, buz sal­xım­la­rı­nı qa­zan­la­ra yı­ğıb əri­dir­di­lər. Dəs­tə üzv­lə­ri­nin ço­xu qo­tur ol­muş­du. Mə­həm­mə­din bü­kü­şük yer­lə­ri ya­ra tök­müş­dü, ya­ğır ol­muş­du. İs­tan­bul­dan gə­tir­di­yi də­ri çək­mə­lər dağ cı­ğır­la­rı­na çox­dan qur­ban get­miş­di. Ona ve­ril­miş tə­zə ke­çə çək­mə­lər də öm­rü­nü ba­şa vur­maq üz­rəy­di. Bu çək­mə­ni əv­vəl­lər gey­mə­yə iy­rə­nir­di, çün­ki Me­mo­gil onu qə­ni­mət ki­mi gə­tir­miş­di­lər, da­ha doğ­ru­su, növ­bə­ti bas­qın­da ələ ke­çir­miş­di­lər, de­mə­li, bir za­man­lar on­lar ki­min­sə aya­ğı­nı so­yuq­dan qo­ru­muş­du...

Me­mo, bə­zən, dəs­tə üzv­lə­ri­ni ka­ha­nın də­ri­nlik­lə­ri­nə apa­rır­dı, gü­man ki, giz­li məş­və­rət ke­çi­rir­di. Mə­həm­mə­di hə­lə də yad he­sab elə­yir­di­lər və is­tə­mir­di­lər ki, mü­sa­fir­lə­ri on­la­rın söh­bə­tin­dən nə­sə an­la­sın. O, ka­ha­nın də­rin­li­yin­dən xə­bər­si­ziy­di.

Mə­həm­məd əv­vəl­cə­dən ba­şa düş­müş­dü ki, bun­lar PKK-çı­lar­dı­lar. Apo­nun, yə­ni Ab­dul­la Öca­la­nın port­ret­lə­ri, kürd, in­gi­lis və türk dil­lə­rin­də ki­tab­la­rı, müx­tə­lif təq­vim­lər ka­ha­nın hər tə­rə­fi­ni bə­zə­yir­di.

­A­dolf Hit­le­rin "Mə­nim mü­ba­ri­zəm", Apo­nun "Gə­lə­cək gün­lər" ki­tab­la­rı Me­mo­nun di­li­nin əz­bə­riy­di. Le­ni­nin, Marks və En­gel­sin se­çil­miş əsər­lə­ri hər yer­dəy­di. "Mü­səl­man öl­kə­lə­rin­də ka­fir­lə­rin di­ni­ni ya­yan­la­ra" qar­şı az qa­la üs­yan elə­yən, əməl­də isə on­la­rın ki­tab­la­rı­nı ürək­lə­ri­nin ba­şın­da gəz­di­rən, gün­də Ame­ri­ka məh­sul­la­rı ilə qi­da­la­nan bu ya­raq­lı­la­rın məq­sə­di­nin nə ol­du­ğu ona tam ay­dın de­yil­di. Hər şey Mə­həm­mə­də qa­ran­lıq və şüb­hə­li gö­rü­nür­dü. O, san­ki yu­xu­day­dı və ayı­la bil­mir­di, bəl­kə də ayıl­maq­dan qor­xur­du...

Dəs­tə üzv­lə­ri­nin hə­rə­si­nin bir işi var­dı. Mə­həm­mə­də yaş odun­la­rı yı­ğıb qu­rut­maq tap­şı­rıl­mış­dı. O, yaş odun­la­rı me­şə­dən qı­rıb gə­ti­rir, oca­ğın qı­ra­ğı­na dü­zür, bə­zi­lə­ri­ni isə ka­ha­nın uzaq kün­cü­nə apa­rıb sə­rir­di. Xəl­vət­də­ki­lər növ­bə ilə oca­ğın ke­şi­yi­ni çə­kir­di­lər ki, sön­mə­sin.

İ­raq tə­rəf­dən qal­xan ver­tol­yot­lar­dan bi­ri on­la­ra bir ne­çə iri bağ­la­ma tul­la­dı. Bun­lar əsa­sən ər­zaq­dan, iç­mə­li su­dan, is­ti pal-pal­tar­dan, sa­bun və dər­man­dan iba­rət idi. Bir bağ­la­ma­nı isə aç­ma­dı­lar və Me­mo onu ola­ca­ğı­na apar­dı. Son­ra dəs­tə üzv­lə­ri­ni də ya­nı­na ça­ğır­dı. Gö­rü­nür, hə­min bağ­la­ma­da si­lah-sur­sat var­dı...

Mə­həm­məd boş vaxt­la­rın­da Qu­ran oxu­yur­du, imam­la­rın ta­ri­xin­dən bəhs edən ki­tab­la­rı mü­ta­liə elə­yir­di, na­ma­zın­dan qal­mır­dı. Xəs­tə olan­da, ya­xud han­sı­sa sə­bəb­dən­sə na­ma­zı ötü­rən­də qə­za­ya sax­la­yır­dı. Tan­rı­ya dua elə­yir­di ki, onu tez­lik­lə bu­ra­dan çı­xar­sın və bü­tün gü­nah­la­rı­nı ba­ğış­la­sın...

Din­qo növ­bə­ti məş­və­rət­dən qa­yı­dan­dan son­ra Mə­həm­mə­də de­di ki, on­la­rın bu əziy­yə­ti­nə tez­lik­lə son qo­yu­la­caq. Çün­ki dəs­tə­nin bir qrup üz­vü, o cüm­lə­dən Din­qo da ye­ri­ni də­yi­şə­cək.

- Biz Er­mə­niy­yə­yə, ora­dan isə İran sər­hədin­də­ki tor­paq­la­ra ge­də­cə­yik, - de­yə Din­qo çox-çox uzaq­la­ra işa­rə elə­di, - Me­mo de­di ki, ora azə­ri tor­paq­la­rı­dır, in­di er­mə­ni­lər nə­za­rət elə­yir. Mən də ora get­mək is­tə­yi­rəm. İs­tə­sən, sən də bi­zə qo­şul. Qar­da­şım­la (Me­mo­nu nə­zər­də tu­tur­du) özüm da­nı­şıb, sə­nin ra­zı­lı­ğı­nı ala­ram. Mən­zil ba­şı­na ça­tan­da nə edə­cə­yi­ni özün bi­lər­sən. İs­tə­sən, bi­zim­lə qa­lar­san, is­tə­mə­sən, İra­na ke­çər­sən, ora­dan da evi­ni­zə ge­dər­sən, son­ra da xa­ri­cə qa­çar­san. İs­tan­bu­la qa­yıt­san, sə­ni tu­tar­lar, bu­ra­da qal­san, qurd-qu­şa yem olar­san.

Mə­həm­məd:

- O tor­paq­lar­da si­zin nə işi­niz var? - de­yə xə­bər al­dı.

- Mən bu­nu sə­nə de­yə bil­mə­rəm. Yə­ni in­di de­yə bil­mə­rəm.

- Mə­nə eti­bar elə­mir­sən?

Din­qo Mə­həm­mə­din tə­nə­li ba­xış­la­rı al­tın­da sus­du, son­ra:

- Bu­nu heç kim bil­mə­mə­li­dir. Me­mo bil­sə ki, sə­nə de­mi­şəm, mə­ni dəs­tə­dən qo­var... Biz ora­da tə­lim ke­çə­cə­yik. Bö­yük Xo­ca de­yib ki, ame­ri­ka­lı­lar İra­nı sal­dır­maq is­tə­yir, in­di ona güc­lü ha­zır­lıq ge­dir. Dəs­tə­nin bir qrup üz­vü bu­ra­dan, di­gər­lə­ri hə­min əra­zi­dən İra­na ke­çə­cək. Əl­bət­tə, əgər bu­na eh­ti­yac ol­sa. Ame­ri­ka­lı­lar öz­lə­ri kör­fəz­dən ad­la­ya­caq­lar.

- Sən mə­nə de­miş­din ki, əsas məq­sə­di­niz is­la­ma qar­şı çı­xan­lar­la mü­ba­ri­zə­dir. Am­ma in­di baş­qa mət­ləb­lər­dən da­nı­şır­san. Siz kim­si­niz axı?

- Biz apo­çu­la­rız, həm də sol­çu­la­rız. İs­tə­yi­rik ki, bu­tun mil­lət­lə­rin öz döv­lə­ti ol­sun, yer üzün­də ka­sıb adam qal­ma­sın.

- Baş­qa­la­rı be­lə is­tə­mir ki?

- Mən ora­sı­nı bil­mi­rəm. Bö­yük Xo­ca əv­vəl­lər be­lə de­miş­di. İn­di də be­lə de­yir. De­yir ki, İran­da əsl is­lam yox­dur, əsl di­ni biz ya­ra­da­caq, Mə­həm­məd pey­ğəm­bə­rin yo­lu­nu biz ge­də­cə­yik. Nə qə­dər ki, öz döv­lə­ti­miz, bay­ra­ğı­mız yox­dur, ba­cı-qar­daş­la­rı­mız zülm­də ya­şa­ya­caq.

- Bəs, Tür­ki­yə si­zin döv­lə­ti­niz de­yil?

- Bi­zim ol­ma­ğı­na bi­zim­dir, am­ma mə­sə­lə bir qə­dər baş­qa cür­dür. Biz öz döv­lə­ti­mi­zi ya­rat­maq is­tə­yi­rik. Kürd döv­lə­ti­ni. Bir az İran­dan, bir az İraq­dan, bir az da Tür­ki­yə­dən tor­paq ala­ca­ğıq. Bu­ra­lar bi­zim də­də-ba­ba yur­du­muz­dur.

Mə­həm­məd "bir az da Azər­bay­can­dan tor­paq ala­ca­ğıq" sö­zü­nü di­li­nə gə­tir­mək­dən çə­kin­di, de­səy­di də, əhə­miy­yə­ti ol­maz­dı, ək­si­nə, öz və­ziy­yə­ti­ni ağır­laş­dı­rar­dı...

Hə­min ha­di­sə­dən bir ne­çə gün keç­miş Din­qo pis xə­bər gə­tir­di. Me­mo de­miş­di ki, Mə­həm­mə­di heç ye­rə bu­ra­xa bil­məz, çün­ki on­la­rın ye­ri­ni bi­lir.

- Mən Me­mo­nu çox di­lə tut­dum, am­ma o, de­di­yin­dən dön­mə­di. "Ba­şın sa­la­mat ol­maq is­tə­yir­sə, on­suz get" de­di. Mən də sə­nə məs­lə­hət gö­rər­dim ki, bir müd­dət bur­da qa­la­san. Me­mo sə­nə ina­nan­dan son­ra bi­zim ya­nı­mı­za gə­lər­sən. Ora­da və­ziy­yət bur­dan qat-qat yax­şı­dır, özü də dü­zən­lik­dir. Ame­ri­ka­lı­lar bi­zə hər şey ve­rə­cək­lər. Dağ­la­ra ər­zaq da­şı­maq çə­tin­dir.

- Mən bu­ra­da qa­la bil­mə­rəm. Ter­ror­çu de­yi­ləm, xa­la­sı­nı qət­lə ye­tir­miş bi­ri­si­yəm. Yə­qin, ha­mı mə­nim ba­rəm­də be­lə fi­kir­lə­şir. On­suz da cə­za­mı ala­cam.

- Bur­da qal­san, heç kim sə­nə dəy­məz.

- Bu söz­lə­ri çox eşit­mi­şəm, am­ma vic­dan əza­bı mə­ni ra­hat ya­şa­ma­ğa qoy­mur. Mən gü­na­hı­mı nə ilə­sə yu­ma­lı­yam.

- Yax­şı-yax­şı fi­kir­ləş. Heç ki­mə bir söz de­mə. Za­ma­nı gə­lən­də qə­ra­rı­nı ve­rər­sən. Bö­yük Xo­ca ha­mı­sı­nı bi­lir. Sə­nin və xa­la­nın ba­şı­na gə­lən­lər­dən xə­bər­dar­dır.

"Mən qə­ra­rı­mı ver­mi­şəm" - Mə­həm­məd bu söz­lə­ri di­li­nə gə­tir­mək­dən qorx­du və sus­du.

* * *

Ge­cə qor­xu­lu yu­xu gör­dü. Xa­la­sı onu ax­ta­rıb tap­mış­dı və ka­ha­da - Mə­həm­mə­din ba­şı­nın üs­tün­də dur­muş­du. Zü­ley­xa­nın bir əlin­də Mə­həm­mə­də ta­nış mət­bəx bı­ça­ğı, o bi­ri əlin­də ki­min­sə ba­şı var­dı. Xa­la­sı da, hə­min baş da al-qan için­dəy­di, sil­kə­lən­dik­cə ba­şın qa­nı Mə­həm­mə­din üs­tü­nə tö­kü­lür­dü. Bir­dən o, da­yan­dı və bə­rəl­miş göz­lə­ri­lə ba­cı­sı oğ­lu­na bax­dı.

- Bu­nu gö­rür­sən? - de­yə ba­şı onun göz­lə­ri­nin önü­nə tut­du. Bu, ana­sı Fa­ti­mə­nin ba­şıy­dı.



Mə­həm­məd hövl­nak yu­xu­dan ayıl­dı. Qor­xu­dan qa­nı da­mar­la­rın­da don­muş­du. Kir­dən və rü­tu­bət­dən qa­ral­mış əd­ya­lın­dan, san­ki, qan iyi gə­lir­di. Bir müd­dət ye­ri­nin için­də qal­dı, ocaq ölə­zi­yir­di. Bu gün ke­şik çək­mək onun növ­bə­siy­di. Aya­ğa du­rub oca­ğa odun at­dı və tə­zə­dən ye­ri­nə gir­di. O, bur­dan qaç­ma­lı, İs­tan­bu­la qa­yı­dıb, hər şe­yi ol­du­ğu ki­mi əm­niy­yət­çi­lə­rə da­nış­ma­lıy­dı. Qul­dur­la­rın da ye­ri­ni de­mə­li, on­la­rı ha­zır­la­nan əmə­liy­yat­lar­dan xə­bər­dar elə­mə­liy­di. Bəl­kə ona ina­nar və ya­zıq­la­rı gə­lər­di. Ya­xud da döz­mə­li, za­ma­nı ça­tan­da İran sər­hə­di­nə get­mə­li, İra­na ad­la­ya­raq, din ba­cı-qar­daş­la­rı­nı qo­ru­ma­lı, ya­xud da Azər­bay­ca­na get­mə­liy­di. Da­ha bir yol var­dı. Bu yol İraq­dan Av­ro­pa­ya, ora­dan isə Ame­ri­ka­ya apa­rır­dı. O, yo­lay­rı­cın­da qal­mış­dı və han­sı­nı se­çə­cə­yi­ni bil­mir­di. Qı­şın oğ­lan ça­ğın­da gö­zət­çi­lər­dən qur­tul­maq müm­kü­nüy­dü, am­ma ke­çil­məz dağ­lar­dan can qur­tar­maq müş­kül mə­sə­ləy­di. Ya­zı göz­lə­mək la­zı­mıy­dı.

Har­da­sa qurd ula­dı. Ürə­yin­də Tan­rı­ya dua elə­di, ta­le­dən aman is­tə­di.

* * *

Din­qo­gi­lin dəs­tə­si­nin İran sər­hədi­nə get­mək mə­sə­lə­si lən­gi­di. Qış sərt gəl­miş­di, ke­çil­məz ol­muş­du. On­lar ya­zın gə­li­şi­ni göz­lə­yir­di­lər. Bəl­kə də əsas sə­bəb bu de­yil­di. İran mə­sə­lə­sin­də Ame­ri­ka­nın fik­ri də­yiş­miş­di. Ha­di­sə­lər lən­gi­yir­di.

Mə­həm­məd bu­ra­lar­dan uzaq­laş­maq, xa­la­sı ilə bağ­lı mə­sə­lə­yə bir­də­fə­lik son qoy­maq is­tə­yir­di. Ona elə gə­lir­di ki, bur­da bir məkr, hiy­lə var.

Me­mo yad qo­na­ğa eti­bar elə­mə­yə baş­la­mış­dı və növ­bə­ti də­fə bi­rin­ci gö­zət­çi pos­tu­na qa­ro­vu­la gön­dər­miş­di.

Ge­cə­lər qa­ro­vul iki də­fə də­yi­şir­di. Şax­ta­lı ha­va ada­mın ili­yi­nə iş­lə­yir­di, bir yer­də da­yan­maq müm­kün de­yil­di, vax­tı öl­dür­mək və so­yuq­dan qo­run­maq üçün qa­ro­vul dəs­tə­si­nin aç­dı­ğı cı­ğır­la o tə­rəf-bu tə­rə­fə get­mək la­zı­mıy­dı. Növ­bə za­ma­nı Mə­həm­məd yal­nız bir şey ba­rə­də dü­şü­nür­dü: qaç­maq. Nə­yin ba­ha­sı­na olur­sa-ol­sun, qaç­maq...

Ha­va­lar get­dik­cə qız­ma­ğa, yol­la­rın bu­zu açıl­ma­ğa baş­la­mış­dı. O, ma­şın yo­lu­na çıx­maq üçün uzun bir mə­sa­fə­ni pi­ya­da get­mə­liy­di. Çün­ki at­la­rı çox­dan kə­sib ye­miş­di­lər. On­la­rı so­yuq­da sax­la­maq müm­kün de­yil­di. So­yuq­dan tez-tez kiş­nə­yir, həm oyaq­la­rın, həm də ya­tan­la­rın ra­hat­lı­ğı­nı po­zur­du­lar, giz­lin­də­ki­lə­ri xo­fa sa­lır­dı­lar.

At­la­rı kə­sən­dən son­ra, əti bir ge­cə çöl­dən ası­lı sax­la­dı­lar, sə­hə­ri­si qay­na­dıb dəs­tə üzv­lə­ri­nə ver­di­lər. Atın qıp­qır­mı­zı əti var­dı. Mə­həm­məd iy­rə­nir­di, on­la­rı ye­mək is­tə­mir­di, am­ma baş­qa ça­rə­si də yo­xuy­du...

Bir müd­dət əv­vəl na­mə­lum ver­tol­yot on­la­ra ye­ni pal­tar dəs­ti at­mış­dı və ilk də­fə ola­raq, Mə­həm­mə­də də is­ti gö­dək­cə, də­ri çək­mə ver­miş­di­lər.

Nə­ha­yət, o, yo­la çıx­ma­ğı qə­ra­ra al­dı. Dəs­tə hər za­man ye­ri­ni də­yi­şə bi­lər­di. Me­mo­gil ki­min­sə əm­ri­ni göz­lə­yir­di. Vax­tın­da dəs­tə­ni tərk elə­mək la­zı­mıy­dı...

Mə­həm­məd sə­hə­rə ya­xın yo­la çıx­dı. Qa­ro­vu­lu tə­zə­cə təh­vil al­mış­dı. Pa­rol­lar üç də­fə səs­lən­di­ril­miş­di. Qa­ro­vul baş­çı­sı post­la­rı ye­ni­cə yox­la­yıb get­miş­di. Onun yo­xa çıx­ma­sın­dan təx­mi­nən beş-al­tı sa­at son­ra - qa­ro­vul də­yi­şən­də xə­bər tu­ta bi­lər­di­lər. Mə­həm­məd ön­cə­dən yo­la ha­zır­lıq da gör­müş­dü. Özü ilə kon­serv­lər, çö­rək, su gö­tür­müş­dü...

Yo­lun bu­zu açıl­mış­dı, ara­bir çı­xan gü­nəş dağ­lar­da­kı qa­rın su­yu­nu çı­xa­rıb yol­la­ra axıt­mış­dı. Yol sü­rüş­kə­niy­di, ye­ri­mək get-ge­də çə­tin­lə­şir­di. Am­ma ge­ri­yə yol yox idi, hər şe­yin ca­va­bı irə­li­dəy­di.
O, bir ne­çə sa­at yol ge­dən­dən son­ra da­yan­dı. Ar­xa­dan hə­nir­ti hiss elə­di. San­ki kim­sə onu iz­lə­yir­di. Ar­xa­ya dö­nüb bax­dı, am­ma heç ki­mi gör­mə­di...

Nə­ha­yət, yo­lay­rı­cı­na çat­dı. Din­qo de­miş­di ki, dağ ­ba­şın­da­kı yo­lay­rı­cın­dan üç tə­rə­fə yol ge­dir: cı­ğır­lar­dan bi­ri İra­qa, bi­ri İra­na, düz yol isə Şır­na­ka apa­rır. Üçün­cü yo­lu de­mə­səy­di də bi­lir­di. Çün­ki hə­min yol­la bu­ra gəl­miş­di­lər.

Mə­həm­məd yo­lay­rı­cın­da da­ya­nıb, ha­ra ge­də­cə­yi ba­rə­də dü­şü­nür­dü, am­ma qə­rar qə­bul edə bil­mir­di. Bir­dən ki­min­sə onun iz­lə­di­yi­ni gör­dü. Uzaq­dan qa­ral­tı gə­lir­di. Kim­sə onun izi­nə düş­müş­dü. Bəl­kə də bu qa­ra­bas­may­dı. Göz­lə­ri­ni ovuş­dur­du, qa­ral­tı bir an­lı­ğa yo­xa çıx­dı, am­ma ye­ni­dən ağac­la­rın ara­sın­da gö­rün­dü. Mə­həm­məd qaç­ma­ğa baş­la­dı. O, ar­xa­ya bax­ma­dan qa­çır­dı, ha­ra get­di­yi­ni bil­mir­di...

Mə­həm­məd qa­çır­dı. Mən onu gö­rür­düm. O, qan-tər için­dəy­di, ağ­zı kö­pük­lən­miş­di. Ət­raf uçu­rum, qar­şı­da­kı də­rə­lər qap­qa­ran­lıq idi. Bel çan­ta­sı­nı da ye­rə at­mış­dı. İrə­li­də Mə­həm­mə­din bəl­kə də ta­nı­ma­dı­ğı, gör­mə­di­yi məm­lə­kət­lər var­dı. O, özü­nün ol­ma­dı­ğı, gü­nah­la­rı­nın ba­ğış­lan­dı­ğı ye­rə çat­ma­ğa can atır­dı. Am­ma o yer uzaq­lar­day­dı, bəl­kə də yox idi...

* * *

Ha­di­sə­nin bu ye­rin­də qa­pı dö­yül­dü. Əv­vəl­cə fi­kir ver­mə­dim, ha­di­sə­lə­rin axa­rın­dan çıx­maq mə­nə sərf elə­mir­di. Ge­ri qa­yıt­maq elə də asan ol­ma­ya­caq­dı. Çün­ki hər çı­xı­şa tə­zə­dən dön­mək ol­mur. Am­ma qa­pı aram­sız dö­yül­mə­yə baş­la­mış­dı. Qa­pı­nın o üzün­də­ki ada­mın əl çək­mək fik­ri yo­xuy­du.

Nə­ha­yət, dü­şün­cə­lə­ri­mi ya­rım­çıq kəs­mə­yə məc­bur ol­dum, za­tən o dü­şün­cə­lə­ri qa­pı taq­qıl­tı­sı çox­dan özü ilə apar­mış­dı...

Qa­pı­nı aç­dım. Çöl­də heç kim yox idi. "Hür­riy­yət+" qə­ze­tin­dən baş­qa. Gö­tü­rüb bax­dım. Bu, xü­su­si nöm­rəy­di.

Bi­rin­ci sə­hi­fə­də Zü­ley­xa Göy­çə­yin şək­li ve­ril­miş­di, al­tın­da isə be­lə bir xə­bər yer­ləş­di­ril­miş­di: "Bir ay ön­cə qət­lə ye­ti­ril­di­yi gü­man olu­nan Zü­ley­xa Göy­çə­yi Ka­nar ada­la­rın­da gö­rüb­lər. De­yi­lə­nə gö­rə, qət­lə ye­ti­ri­lən Zü­ley­xa Göy­çə­yin bən­zə­riy­miş, o, özü isə Ame­ri­ka­nın agen­tiy­miş. Zü­ley­xa bö­yük fit­nə­lər us­ta­sı he­sab olu­nur. Ada­mın inan­ma­ğı gəl­mir. Şa­yiə­lər hə­mi­şə ma­raq­lı­dır".

Hə­min sə­hi­fə­nin lap aşa­ğı­sın­da, qə­zet di­li­lə de­sək, "pod­va­lın­da" isə iri plan­da dal­ğa­la­nan Ame­ri­ka bay­ra­ğı ve­ril­miş­di, bay­ra­ğın al­tın­da İta­li­ya ma­fio­zi­lə­ri­nə bən­zər, qa­ra ey­nək­li bir adam da­yan­mış­dı və ki­mə­sə göz vu­rur­du. Bu göz­bas­ma­nı mən öz ün­va­nı­ma qə­bul elə­dim və gü­lüm­sün­düm. Mə­nə elə gəl­di ki, mən Bö­yük Xo­ca­nı gör­düm...

Göz­lə­ri­mi yu­mub keç­mi­şi dü­şün­mə­yə baş­la­dım. Bo­ğa­zi­çin­də ağ yel­kən­li gə­mi­lər üzür­dü. On­lar gü­nə­şin işı­ğın­da əs­ra­rən­giz gö­rü­nür­dü­lər. Gü­nə­şin, san­ki, yel­kə­ni va­rıy­dı...

Zü­ley­xa gə­mi­nin bur­nun­da da­ya­nıb, “Ti­ta­nik” fil­mi­nin qa­dın qəh­rə­ma­nı ki­mi, qol­la­rı­nı ge­niş aç­mış­dı və elə bil gü­nə­şi qu­caq­la­maq is­tə­yir­di.

Mə­həm­məd ağ su­la­rın dal­ğa­sın­da xa­la­sı­na tə­rəf qa­çır­dı... Am­ma qar­şı­da gə­mi əvə­zi­nə uçu­rum və qap­qa­ran­lıq də­rə var­dı.

Son
Okt­yabr 2009 - mart 2010

P.S. Ro­man­da yaz­ma­dıq­la­rım:

Qeyd 1.

Bo­ğa­zi­çin­də gü­nə­şin qü­rub elə­di­yi bir za­man Zü­ley­xa qə­fil cid­di­ləş­di:

- Mən Qu­ran oxu­maq is­tə­yi­rəm, - de­di və üzü­mə bax­dı.

- Elə bur­da, - mən təəc­cüb­lən­dim.

- O mə­na­da yox, Qu­ra­nı öy­rən­mək üçün oxu­maq is­tə­yi­rəm.

- Gü­nah­la­rı­nı yu­maq is­tə­yir­sən? - de­yə onu sanc­dım.

- Gü­nah­sız in­san yox­dur. Sa­də­cə, mə­nə elə gə­lir ki, adam­lar mü­qəd­dəs ki­tab­lar­dan ay­rı düş­mə­sə­lər yax­şı­dır. Həm də ki... - Sö­zü­nün da­lı­nı gə­tir­mə­di, sus­du, son­ra nə gü­man elə­di­sə, - bi­lir­sən, mən Qu­ra­nı oxu­maq­la on­la­rın ya­nı­na (yə­qin, ba­ba və nə­nə­si­ni nə­zər­də tu­tur­du) tə­miz get­mək is­tə­yi­rəm... Bəl­kə hə­lə oruc da tut­dum, na­maz da qıl­dım...

Son­ra gül­dü. Gül­dü, gül­dü və ye­nə də qə­fil cid­di­ləş­di.

- Bi­lir­sən, ni­yə gü­lü­rəm? Çün­ki heç kim, elə sən də de­dik­lə­ri­mə inan­mır­sı­nız. Bəl­kə ölüm ya­xın­la­şır?!

- Xəs­tə­li­yin-za­dın var ki?

- Yox, tam sağ­la­mam, - de­di və aya­ğa qalx­dı. - De­dik­lə­ri­mə fi­kir ver­mə. Hər­dən olur be­lə şey­lər...

O, çan­ta­sı­nı sal­la­ya-sal­la­ya get­di. Mən bir müd­dət onun ar­xa­sın­ca bax­dım, son­ra ye­rim­dən du­rub, mü­ti qul­lar ki­mi onun da­lı­na düş­düm...

Qeyd 2.

- Siz onun gö­zəl­li­yi­ni gör­mür­sü­nüz? - de­yə Zü­ley­xa­nın ya­rı­çıl­paq şə­kil­lə­ri­nə işa­rəy­lə so­ruş­dum.

- Siz bu­na gö­zəl­lik de­yir­si­niz?! - de­yə Fa­ti­mə xa­nım sua­lı­ma sual­la ca­vab ver­di. Onun si­fə­tin­də şək­lə və mə­nə qar­şı bir ik­rah var­dı.

- Tək­cə mən yox. Onu se­vən­lər yüz­lər­lə, min­lər­lə­dir. Zü­ley­xa on­la­rı bu gö­zəl­lik­dən məh­rum elə­mək is­tə­mir­di. Əgər siz də bə­dən­nü­ma güz­gü­nün qa­ba­ğın­da da­ya­nıb özü­nü­zə bax­sa­nız, bə­də­ni­niz­dən xo­şu­nuz gə­lər.

- Küfr da­nış­ma­yın. Bu gü­nah­dır.

- Am­ma siz Zü­ley­xa­ya ox­şa­yır­sı­nız, san­ki bir al­ma­nı iki bö­lüb­lər. Mə­gər, gö­zəl qa­dın öz bə­də­niy­lə, fi­qu­ra­sıy­la öyün­mür? Tək­li­yə dü­şən­də güz­gü­nün qa­ba­ğın­da anadangəlmə du­rub öz bə­də­nin­dən həzz al­mır?

- Həd­di­ni­zi aşır­sı­nız, - de­yə Fa­ti­mə xa­nım əsə­bi­lik­lə qış­qır­dı.

- Am­ma ye­ri­ni­zə ol­say­dım, hər­dən be­lə edər­dim. Çün­ki çox gö­zəl­si­niz...

O, sus­du, de­yə­sən, yum­şal­mış­dı və mən für­sət­dən is­ti­fa­də edib, növ­bə­ti sua­lı­mı ver­dim...

(Müəllifin icazəsi ilə çap edilir)

İ­yul 2010.
"Azərbaycan" jurnalı
XS
SM
MD
LG