Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:51

Bakıda rok konsertə icazə verilmədi


Azər Məmmədov
Azər Məmmədov
Rok musiqi ifaçısı Azər Məmmədovun martın 18-də Bakı Rok Klubunda nəzərdə tutulmuş konserti təxirə salınıb. Bu barədə ona Klub rəhbərliyi konsertin başlanmasına düz 2 saat qalmış xəbər veriblər.

Azər, konsert təxirə salınıb, yoxsa ləğv edilib?

Müvəqqəti olaraq təxirə salınıb. İmkan olsa əgər, edəcəyik.

Konsertin təxirə salınması nə ilə əlaqədardır?

Konsertə iki saat qalmış bizə bar işçisi yaxınlaşıb dedi ki, bar işçisinə Prezident Aparatından zəng edib deyiblər ki, burda konsert keçirilməsi qadağandır.

Bəs sizə izah ediblərmi ki, nəyə görə qadağandır?

Soruşduq ki, niyə bu qərarı verdiniz. Üzr istədilər bizdən belə alındığına görə. Dedilər, əfsuslar olsun ki, burda konsert verməyə icazə vermədilər.

Biletlər satılmışdımı konsertə?

Əvvəlcədən bilet satılmamışdı. Vaxt məhdudiyyətini nəzərə alaraq klubun girişində satılacaqdı.

Təxminən nə qədər tamaşaçı gəlməsi gözlənilirdi?

Zal o qədər də böyük deyildi, amma 400-ə yaxın gəncin gələcəyi gözlənilirdi.

Bəs konsertin baş tutmayacağı ilə bağlı necə, xəbərdar etmisiniz tamaşaçıları?

Bəli, konsertin administratorları “facebook” vasitəsilə məlumat yayıblar ki, konsert müvəqqəti olaraq təxirə salınır.

İfa etdiyiniz mahnılar haqqında məlumat verərdiniz. Hansı məzmunda mahnılar oxuyursunuz?

Mən rok musiqi ifa edirəm. Azərbaycanda da, xaricdə də yetərincə qulaq asırlar. Əsasən eşq, azadlıq, düşüncə azadlığı mövzulu mahnılardır. İctimai məzmunlu mahnılarım populyardır. “Lazım hanı?”, “Azad edin”, “Divar” mahnılarım çox tanınır.

Qeyd: İş vaxtı bitdiyi üçün bu məsələni araşdırmaq mümkün olmadı.
XS
SM
MD
LG