Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:26

Həmsədrlər Sahə Qiymətləndirmə Missiyasının məruzəsini açıqlayıblar


Həmsədrlər
Həmsədrlər
Həmsədrlər Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə Qiymətləndirmə Missiyasının məruzəsini açıqlayıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən il oktyabrın 7-dən 12-nə kimi Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonunda olub, ümumi vəziyyəti qiymətləndiriblər.

Həmsədrlərə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsindən iki ekspert və ATƏT-in 2005-ci ildəki Faktaraşdırıcı Missiyasının üzvlərindən biri də qoşulub. Bu, beynəlxalq missiyanın 2005-ci ildən sonra əraziyə ilk baxışı və BMT personalının 18 il ərzində ilk səfəri idi.

Sənəddə deyilir: «1000 km-dən çox yolu qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin fəlakətli nəticələrinin danılmaz sübutları və sülhün əldə olunmamasının fəsadlarının şahidi olublar. Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər boşalıb və demək olar ki, tamamilə xarabalığa çevrilib. Dəqiq sayı bəlli olmasa da, Laçın və Kəlbəcər şəhərlərində və eləcə də kiçik yaşayış məntəqələrində təxminən 14 minə yaxın adam yaşayır».

Həmsədrlər bildirir ki, 2005-ci ildən bu yana bu ərazilərdə əhalinin sayında əhəmiyyətli artım olmayıb: «Etnik ermənilərdən ibarət əhali əsasən Azərbaycanın başqa rayonlarından bura köçürülənlərdir. Onlar çətin şəraitdə yaşayırlar, infrastruktur və iqtisadi fəallıq zəifdir. Çoxunun şəxsiyyətini təsdiq edən sənədi yoxdur».

Həmsədrlər tövsiyə edir ki, bu ərazilərdə qəbiristanlıqlar və ibadət ocaqları qorunsun, şəxsiyyət sənədi olmayan sakinlərin statusu aydınlaşdırılsın.

Həmsədrlər bu missiyaları Dağlıq Qarabağ münaqişəsinin təsir etdiyi başqa rayonlarda da həyata keçirmək niyyətindədirlər.
XS
SM
MD
LG