Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:28

Bin Ladeni belə tapdılar: əməliyyatın məxfi detalları


əl Qaida lideri Osama bin Ladenin Abbotabadda gizləndiyi bina
əl Qaida lideri Osama bin Ladenin Abbotabadda gizləndiyi bina

4 il əvvəl bircə adamın adının bəlli olmasından başlanan əməliyyat sonda Amerika tarixində ən çox axtarılan adamın – Osama bin Ladenin öldürülməsinə gətirdi.

Terrorda şübhəli bilinənlərin həbsxanada dindirilməsi zamanı Osama bin Ladenin ən çox inandığı kuryerin ləqəbi bilinmişdi.
Bu, Əbu Əhməd əl Küveyti idi.

Məlum oldu ki, elektron kommunikasiya təhlükəli olduğuna görə, təcridddə yaşayan bin Laden öz adamları ilə Əbu Əhməd vasitəsilə əlaqə saxlayır.

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mike Rogers deyib ki, həbsxanada alınan məlumat həlledici oldu və sonda İslamabadın 60 km-liyindəki Abbotabad ( urdu dilində Abtabad) yaşayış məntəqəsində gizlənən Osama Bin Ladenə gətirib çıxartdı.

İNANILMAZ TƏHLİLLƏR”

Rogers kəşfiyyat təhlilçilərini xüsusi qeyd edib:

“Mərkəzi Kəfiyyat İdarəsində inanılmaz təhlillərə, Milli Təhlükəsizlik Agentliyinin əlində olan qırıq-qırıq informasiyalara baxsanız və bunu bir yerə cəmləsəniz, onda aparılan əməliyyat inanılmaz olur və mən iddia edirəm ki, dünyada çox az ölkə bunu edə bilərdi, əgər edə bilərdisə”.

Kəşfiyyat rəsmilərinin dediyinə görə, onlar ləqəb əsasında kuryerin adını tezliklə müəyyən ediblər. Onun əsil adı Şeyx Əbu Əhməddir. Ancaq onun adını 2007-ci ildə müəyyən etsələr də, coğrafi mövqeyini heç cür təyin edə bilmirdilər.
Təhlilçilərin 2 illik zəhmətindən sonra kuryerin harda olması müəyyən olunub. Məlum olub ki, o, İslamabad yaxınlığındadır.

2010-cu ilin avqustunda təhlilçlilər, sözün əsil mənasında barmaqlarını Abbotabada, burdakı 3-mərtəbəli binaya tuşlayıblar ki, kuryer burda ola bilər.
2001-ci ildə Tora Bora dağları bombalananda bin Ladenin gizləndiyi yer


KURYER AXTARIŞI BİN LADENƏ GƏTİRDİ

Bina bir tərəfdən 4-6 metr, digər tərəfdən 2-2,5 metr hündürlüyündə olan hasarla əhatə olunmuşdu.
Şübhəli o idi ki, binada yaşayanlar zibili atmırdılar, yandırırdılar.
Evdə telefon və internet yox idi.

Amerika hökumətinin rəsmilərindən birinin sözlərinə görə, kəşfiyyat rəsmiləri anlayanda ki, iki il axtarılan kuryer burda belə təhlükəsiz yaşaya bilirsə, deməli bura çox qiymətli hədəfdir, bu fikrə gəlmək həlledici məqam oldu.

Amerika prezidentinin Milli Təhlükəsizlik müşaviri John Brennan isə deyir ki, bina aşkar olunandan qabaq da təhlilçilər araşdırırdılar ki, Osama bin Laden dağlarda mağaralardan çox, bəlkə elə “aydın yerdə gizlənir”.

Brennan: “ Kuryerlərin, vasitəçilərin adları, ləqəbləri, onların yaxınları haqda informasiyaları toplaya-toplaya, nəticədə Abbotabada çıxdıq”.

BİN LADEN TAPILDI...

Keçən sentybarda CİA ( Mərkəzi Kəşfiyyat İdarəsi) artıq “güclü ehtimal” irəli sürürdü ki, bin Laden Abbotabaddakı binanın içindədir.
CİA hətta bu fikrə gəlmişdi ki, bina 2005-ci ildə məhz bin Ladenin gizlənməyi üçün tikilib.
(Brennan mayın 3-də CBS televiziyasına deyib ki, bin Laden son 5 və ya 6 ildə Pakistanda bu binada yaşayıb)

Bundan sonra - kəşfiyyatın və Ağ Evin hərbi rəsmilərinin aylarla davam edən analizindən sonra - fevral ayında bu nəticəyə gəlindi ki, çox böyük ehtimalla bin Laden tapılıb.

Kəşfiyyat və Ağ evin hərbi müşavirləri bu nəticə ilə prezidentə- Barak Obamaya çıxdılar və prezident nəticələrlə razılaşdı.

Rəsmilərin dediyinə görə, Obama “aqressiv aksiyaya” yaşıl işıq yandırdı.

OBAMA BOMBALAMAĞA VETO QOYDU

Martın ortalarından Obama milli təhlükəsizlik komandası ilə birlikdə əməliyyat planını müzakirə etməyə başladı.
O, 6 həftədə 5 belə yığıncaq keçirib.

Abbotabaddakı binada 22 adamın olduğu güman olunurdu.
Təklif var idi ki, risk etmədən bina bombalansın.

Ancaq Obama bu yanaşmaya veto qoydu.
Onun fikrincə, Osama bin Ladenin ölümünə sübutlar lazım idi və tələfat mümkün qədər az olsa, yaxşı idi.

Əməliyyatı keçirməyi isə Obama Amerikanın Xüsusi Təyinatlı qoşunlarından olan “dəniz suitilərinə” həvalə etdi.

Aprelin 19-da Obama əməliyyata ilkin razılıq verdi.

PAKİSTANA HEÇ NƏ DEYİLMƏDİ

Məntiqi olaraq Amerika hökuməti Pakistana nə bildiyini və nə etmək istədiyini deməli idi.
Ancaq əməliyyat o qədər məxfi idi ki, Pakistanın heç bir rəsmisinə heç bir söz deyilmədi.

Brennan: ”Bizim bütün adamlar və bizim təyyarə Pakistan sərhədlərini tərk edənə qədər heç bir Pakistan rəsmisi ilə kontakt olmadı”.

Aprelin 29-da Obama öz razılığını CİA direktoru Panettaya göndərdi.
Əməliyyata Panetta rəhbərlik edirdi.

Əməliyyat aprelin 30-da başlanmalı idi. Ancaq hava pis olduğuna görə, mayın 1-nə təxirə salındı.

45 DƏQİQƏ...

Mayın 1-də əsgərləri hücum yerinə gətirən vertolyotda problem çıxsa da, o, adamları salamat yerə endirdi. Komanda vertolyotu tərk etdi və vertolyot partladıldı.

Anonim danışan rəsmilərin dediyinə görə, hücum zamanı bin Laden “müqavimət göstərməyə çalışıb”. Ancaq “üzündən vurulub”. Bəzi məlumatlara görə, güllə onun sol gözünə dəyib.

Brennan deyir ki, Ağ Evdə qoyulmuş monitorda əməliyyat anbaan canlı izlənirdi – atışmadan tutmuş meyitlərin çıxarılmasına qədər.

Əsgərlər binada bütün dəlil-sübutları toplayandan, o cümlədən Osama Bin Ladenin meyitinin şəkillərini çəkəndən sonra binanı tərk ediblər.

Amerikanın axtarmağa 10 il sərf etdiyi adamın məhvinə cəmi 45 dəqiqə sərf olundu...
XS
SM
MD
LG