Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:51

Səni buğda tarlamızdakı cəviz ağacında sevirəm


Məhsa MEHDİLİ


Dustaqdakılarıma sunuram...


Səni
buğda tarlamızdakı
cəviz ağacında
sevirəm
Gözündən iraq sevgilimin
Səni qısqanıram
Göz dustağından soyçu biclərin

Toprağına sarılıram
damar damar
daraşıram
ovuc ovuc
hücrələrimə sıxıram
səni paylaşmaq olmaz
qısqanıram səni
topraqdan pay olmaz

səni
buğda tarlamızdakı
cəviz ağacında
sevirəm
soruşturma kağızlarında
sorağlanılmaz
şikəncə odalarının
gücü itən yerdə
başımdan nə günlər geçdi
sağdan sola
kim əkdi buğdaları?
Kim biçdi?
Kim yedi?
əllərimdə qabarı qaldı
kağızlarda irinlədi
nan’ oldu çörəyim

səni
buğda tarlamızdakı
cəviz ağacında
sevirəm
toprağında ayaq tutur ürəyim
başım buludlarına dolur
asımanına yaslanıram
bir ayaqda dallanıram
min dalım var
milyon milyon əlim
milyon milyon bayraq
dalğalanır əllərimdə
bir havada
bir topraqda
bir yelə doğru
bir yasaq sevgiliyə
əsir
milyon milyon ürək
buğda tarlamızdakı
cəviz ağacında sevirəm səni
yasaqdır ağacları cızmaq
yasaqdır ayulduz çəkmək
yasaq sevgilim
yasaqlar adına
cəviz ağacımda,
sənə
ayulduz
cızıram...


TƏBRİZ

özümü itirdiyim yerdəyəm
santım santım tapılmağım gəlir
sürgünlüğündə Təbrizin

mısığın sallamış, adreslər
dustaq qoxulu xiyavanlarında
şəhidlərinə darıxır daş ürəyi
özgürlüyün darıxdığı hər yerdə Təbriz var
Şilidə
Bəngladişdə
Kubada
Viyetnamda
və təbrizsizləyən hər boğazda
lallığını yaşayır
insanlığın uzun dili
Urmuda
Qarabağda
Urumçuda
və təbrizdə,
Təbrizdə
Təbrizsizliyini yaşayır

qarınlar Təbrizi satır
kimisi çörək alır
kimisi güllə
kimisi qan
kimisi də
qarnına daş bağlayır
təbrizi başında saxlayır
darların
körpülərin
bayraqların

başlarında Təbriz,
başdaşlarından tikilib Arazı aşan körpüdə
şəhidlər xiyavanı
bülbüllər Təbrizi geyirlər
dügünlərində
və Qarabağda
güllər
Təbrizi soyunurlar
güllələrilə sevişəndə
və Təbrizə yerikləyir yaslı analar
ağızlarındaki hər acı
Təbriz dadı verir

və Təbrizin santım santımında
Təbrizi daşıyırTəbriz
Təbrizi eyidir
Təbrizi böyüdür
özgürlükcə bir Təbriz doğur Təbriz
yenə Təbriz olur
Təbriz


***


Dayan
baxmağına dayan
nə ağla
nə yalvar
nə də
gözlərindəkini
dan
bu
diləklərimiz
bu
gözlərin
bu
məndəki arzıların
bir də
qulağımdakı
sözlərin
unuduram
satıram
başımdan atıram
nə ağır
səsinsiz yatıram

dayan
baxmağına dayan
gözlərin
durulur indi
alışsın
dodağın
susuzluğuma
məndəki izlərin
yuyulur indi
üşüdüyüm gecələri
tənim
unudur indi

(günəşim )demə
mənə
(ayım)demə
Deyirsən
Bir döz dediyinə
nə asımansan
nə də uzaq can
özünə
özüncə
özüncə inan

Dayan
Baxmağına dayan
Oyuna qatdığın
Körpə ürəyim
Qoca bir Qumarçı
Qarşına çıxdı!!!
Ustaca oyunlar
utuzdu məni
Ürəyim
Doğrudan ,gerçəkdən
Bıxdı

dayan
Baxmağına dayan
(Mən sənəm
Sən özümsən )
Yalandır
Yalan
Sən
Özündə qalansan
Mən səndən gedənəm
Səni səndən
Qoparıb
Özümdən edənəm

Mənə sızlama
Ağlama yalvarma

mən Məni
bağışlaram

sən
bağışla
Sınmasın vüqarın daha
Buraxır ürəyim
Səni sevginlə
Bu xain ürəyi
Bir kərə
Anla
Sus ama
Nə din
Nə dinlə...
Dayan
baxmağına
dayan...


Unudulmuş . . .
...
unudulmuş bir qalabalıqdayam
tanrını paylaşırıq
mənəm, barmaqlqrımdakı siqaradır
bir də ki qadasın aldığım dumanlı bir havadır
quşlar uçmayır burada
uşaqlar qapıları döyüb qaçmayır
qurbağalar da yoxdular göllərdə
siqara satan qoca kişi də yoxdur, əllərini qızdırdığı odunlu çəlləyi də
oturduğu xiyavan qırağı da yoxdur
xiyavanda
dodaqlarını satan qız da yoxdur
heç bir insan da
unudulmuş bir qaranliqdayam
tanrını paylaşırıq
uşaqlığımdır gözlərimə tikib gözlərini
deyirəm bəlkə ulduzların dalında gizlənib tanrı
axi mən qonşunun qapısın döyüb əkiləndə
anamın dalında gizlənərdim
gecələr
mən anamsız yatmazdım, tanrı da ulduzlarsız
indisə görürəm hər nəyi paylaşmalıyam
anamı da
ulduzları da
tanrını da
döyüb əkildiyim qapıları da
unudulmuş bir unutğanlıqdayam
bir ömürdür
tanrını paylaşırıq
anımsamır ama heç
özünü də unudub, mənı də,
qurbağaları da
dudaqlarını paylaşan qızı da
qarı da
siqaraçı kişini də, siqaraları da
sözü burdadır, özü yoxdur
nədənsə olmadıqca da, bir belə çoxdur
tanrını pay-bölüş edirik
bölük-bölük kəsirik, səsi də çıxmır
protest də etmir
nədənsə bizdən bıxmır
unudulmuş bir qaranlıqdayam
mənəm,
barmaqlarımdır siqaramsız
içməyə siqaram qalmadı, paylaşmağa tanrım
çox qalabalıqdır buralar
mənə gülürlər
qurbağalar...


Uşağım

Balaca qara balıq olmamışdım, yox
Ama Arazın ən dərinindəydim, boğulmadım mən niyə!
Toyum da oldu hələ
Kimilə evləndiyimi unutdum amma...
İndisə gəbəyəm gəbə
Bugün sabahdır uşağım gələ
Balıq olmamışam hələ amma boğulmamışam da
Arazın ən dərinlərində
Uşağım da elə Arazda doğulacaq
O kəsinliklə
balaca qara balıq olacaq...

"Dayaq", "Sozunsozu"
XS
SM
MD
LG