Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:42

Bəxtiyar Hacıyevin atası Ramil Usubovla görüşüb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Mayın 7-də həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin atası İlyas Hacıyev Daxili İşlər naziri Ramil Usubovun qəbulunda olub.

İ. Hacıyev AzadlıqRadiosuna bildirib ki, görüşdə polisin oğluna fiziki zorakılıq etməsindən, cinayət işinin əsassız olmasından danışıb:

«Xahiş etdim ki, hüquq müstəvisində ölçü götürülsün. Bu zorakı hərəkətlərə görə onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Dedim ki, hüquq müstəvisində nə lazımdırsa, onu edəcəyəm. Ölkə daxilində bu məsələ həllini tapmasa, vəkillər vasitəsilə Avropa Məhkəməsinə müraciət edəcəyik. O da çox səmimi qəbul etdi, bir sıra məsləhətlər verdi. Nazir dedi ki, bu, mənfi haldır və bu haqda tədbir görməyə çalışacaq».

İ. Hacıyev ümid edir ki, nazirlə görüş öz bəhrəsini verəcək:

«Qabaqcadan fikir yürütmək çətindir. Mənə elə gəlir ki, bir təsiri olar...».

Gənc fəal B. Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunur. Məhkəmə aprelin 8-də onun barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib.

NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ MAYIN 10-DA KEÇİRİLƏCƏK.
XS
SM
MD
LG