Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:50

Tomas de Vaal: "Yeni müharibə daha böyük fəlakət olardı"


Thomas de Waal
Thomas de Waal
Amerikadakı Sülh Uğrunda Karnegi Fondunun əməkdaşı, "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın Azadlıq Radiosuna müsahibəsi


- Son bir ildə qoşunların təmas xəttində silahlı insidentlər baş verir, hər iki tərəf itkilər verir. Sizcə, münaqişənin yenidən alovlanması mümkündürmü?

- Mən düşünmürəm ki, yeni geniş miqyaslı hərbi konfliktin baş verməsi realdır. Çünki müharibənin başlanması qərarını hərbçilər yox, siyasi liderlər verir.

Hər iki tərəfdə ordu məhz siyasi liderlərin nəzarəti altındadıdır.

Onların isə belə bir müharibənin başlanmasına qərar verəcəyi real deyil. Biz indi sadəcə, qoşunların təmas xəttində xırda insidentlər müşahidə edirik. Və hər iki tərəf bu insidentlərdən öz siyasi məqsədləri üçün istifadə edilir.

- Azərbaycan hərbi sənayesini inkişaf etdirir, adi silahlar, zirehli maşınlar istehsal edir. Bütün bunları yeni müharibəyə hazırlıq saymaq olarmı?
Tərəflərin bir-birinə ehtiyacı var. Azərbaycan ABŞ kimi dövlətlə münasibətləri pozmaq istəmir. ABŞ-ın da Azərbaycana ehtiyacı var. NATO-nun Əfqanıstana göndərdiyi yüklərin 25 faizi Azərbaycandan keçib gedr. Hər iki tərəfin bir-birinə ehtiyacı va".

- Məlumdur ki, Azərbaycan son illərdə öz hərbi xərclərini artırır, səhv etmirəmsə, illik hərbi xərclər təxminən 3 milyard dollardır və bu, Ermənistanın nəinki hərbi büdcəsindən, hətta ümumi dövlət büdcəsindən də çoxdur.

İndi isə Azərbaycan öz silahlarını da istehsal edir. Amma məncə söhbət Qarabağdan gedirsə, burada söhbət silahların sayından yox, ordunun, orduda xidmət edənlərin qabiliyyətindən gedir.

Yalnız silahlarla müharibə etmək mümkün deyil. Burada – Vaşinqtondakı hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan ordusunun silahları onun döyüş qabiliyyətini bir neçə il qabaqlayır.

Amma düşünürəm ki, bu məsələ həm də siyasi problem yaradır. Cəmiyyətdə nəyin mümkün olub-olmaması ilə bağlı gözləntiləri artırır. Bu isə Ermənistanla sülh sazişinin bağlanmasını çətinləşdirir.

- Sizcə, Azərbaycan ordusunun öz silahlarına uyğun döyüş bacarığı səviyyəsinə çatması neçə ilə mümkün ola bilər?

- Mən hərbi ekspert deyiləm. Bəlkə beş il... Amma məncə burada daha böyük problem var.

Sual yaranır ki, yeni müharibə başlasa, Azərbaycan tam mənada hərbi qələbə qazana bilərmi?

Hətta Azərbaycan itirdiyi torpaqları qaytara bilsə belə bu, böyük itki hesabına başa gələcək. İstər canlı qüvvə baxımından, istərsə də neft-qaz ifrastrukturuna vurulan mümkün zərbə baxımından.

Qafqazda yeni silah yarışı nəticəsində yarana biləcək mümkün konflikt 90-cı illərin münaqişəsi ilə müqayisədə xeyli dərəcədə dağıdıcı ola və daha çox insan itkisinə səbəb ola bilər. Əlbəttə, Azərbaycan indi daha zəngin ölkədir, amma bu münaqişə onun iqtisadiyyatının sütunu olan neft-qaz infrastrukturu üçün təhlükə ola bilər.
Azərbaycanda hərbi parad. 26 iyun 2008

- Bəs Ermənistan ordusunun imkanlarını necə dəyərləndirirsiniz?

- Onlar silah təchizatı baxımından Azərbaycan ordusundan geri qalsalar da, döyüş qabiliyyətinin səviyyəsi baxımından güman ki güclüdürlər. Bir də ki, onlarda hərbi ənənələr sovet dövründə daha güclü olub. Əlbəttə ki relyef məsələsi də yaddan çıxarılmamalıdır.


Ermənilər Qarabağda xeyli yüksəkliklərə nəzarət edirlər. Onları müdafiə etmək isə xeyli dərəcədə asandır. Amma mən yenə də vurğulamaq istərdim ki, bu konfliktin hərbi yolla həllini real saymıram.

- Nə baş verməlidir ki, tərəfləri sülh sazişi bağlamağa vadar etsin?

- Təkan tərəflərin hansındansa gəlməlidir. Hər iki tərəf öz arqumentlərindən əl çəkmək və qarşı tərəfə güzəştə getmək istəmir.

Rəhbərlərə belə təzyiq daxildən edilə bilərdi.

Amma mən cəmiyyətlərdə kompromisə çağıran ciddi qüvvələr, sülh tələb edən böyük demokratik hərəkatlar görmürəm.

Yaxud da ki təkan xaricdən gələ bilərdi. Amma məsələ burasındadır ki, bu konfliktin həlli heç bir ölkə üçün bir nömrəli prioritet deyil, hətta Rusiya üçün də.
Mən son iki ildəki vəziyyəti bir növ alverdə qiymət çək-çevirinə bənzədərdim. Hər iki tərəf bilir ki, axırda qiymətdə razılaşacaqlar, amma hər ikisi öz mövqeyində möhkəm durub.

Mən dünyanın hansısa güc dövlətinin bu məsələdə tərəflərə təzyiq ertdiyini görmürəm.

Bu isə o deməkdir ki, status-kvo hələ ki davam edəcək.

- Vasitəçi dövlətlər konfliktin həllinə çalışdıqlarını desələr də, 20 ilə yaxındır ki, ortada bir nəticə görünmür. Sizcə vasitəçilər nə dərəcədə səmimidir?

- Məncə sual düzgün qoyulmayıb. Vasitəçilər bacardıqlarını edirlər. Bəlkə də dünyada hansısa kiçik nümunələr olub ki, vasitəçilər məsələni həll edə biliblər.

Amma Qarabağ kimi konfliktlərin həlli ilk növbədə tərəflərin özündən asılıdır. Əgər onlar güzəştlərə getmirlərsə, vasitəçiləri qınamağa dəyməz.

Vasitəçilər ciddi cəhdlər ediblər, danışıqlarda Ki-Uest, Rombuye mərhələlərini buna misal çəkmək olar. Konfliktlərin həlli birinci növbədə yerli “oyunçular”dan asılıdır.

- Azərbaycan artıq ikinci dəfədir ki, Amerika ilə birgə hərbi təlimləri təxirə salır. Sizcə, bunun Qarabağ danışıqları ilə bir bağlılığı ola bilərmi? Bəziləri hesab edir ki, bu, Amerikanı Ermənistana daha çox təzyiq etməyə vadar etmək üçündür...
Ermənistan və Rusiya orduları birgə təlimdə

- Mən ikitərəfli əlaqələrin detalları ilə tanış deyiləm. Amma dediyiniz məsələ də mümkündür.

Biz bilirik ki, Amerika və Azərbaycan arasında münasibətlər axır 2 ildə hamar olmayıb.

Əlbəttə tərəflərin bir-birinə ehtiyacı var. Azərbaycan Amerika kimi dövlətlə münasibətləri pozmaq istəmir.

Amerikanın da Azərbaycana ehtiyacı var. NATO-nun Əfqanıstana göndərdiyi yüklərin təxminən 25 faizi Azərbaycandan keçib gedr. Hər iki tərəfin bir-birinə ehtiyacı var.

Mən son iki ildəki vəziyyəti bir növ alverdə qiymət çək-çevirinə bənzədərdim.

Hər iki tərəf bilir ki, axırda qiymətdə razılaşacaqlar, amma hər ikisi öz mövqeyində möhkəm durub.
XS
SM
MD
LG