Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

Vidadi İsgəndərlinin apellyasiya şikayətinə baxılıb


Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb. Apelyasiya şikayəti Nəsimi rayon məhkəməsinin mayın 2-də onun haqqında çıxardığı 2 aylıq həbs qərarının qanunsuz sayılması haqqında idi.

Məhkəmə prosesində Vidadi İsgəndərli iştirak edib. Vəkili Akif Əlizadə AzadlıqRadiosuna verdiyi məlumata görə, o həbsdə saxlanmasının əsassız olduğunu bildirib. İstintaqdan gizlənmək niyyətində olmadığını deyib. İttihamın qondarma olduğunu, işin siyasi xarakterli olduğunu vurğulayıb.

Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət də qaldırıb. Vəsatət təmin olunmayıb.

Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham olunur. O, 7 noyabr 2010-cu il parlament seçkilərində səsvermə prosesinə müdaxilə etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG