Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:11

Dalğa Xatınoğlu. Mən nə qızlar sevdim


Mən nə qızlar sevdim
Sevdim də dəli tək
Vay bə nə qızlar sevdim
Hamısının adi Çiçək!
Üzülmə yaşamın tükənirsə, üzülmə oğlan
Üzül başlanmamağından
Qorx İnsan oğlu qorx
Suda boğulmaqdan-doğulmadan
Və gunahsız ölməkdən- heç bir suçun olmadan!
Mən nə qızlar sevdim, mən…
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lap da belə doğulduğum yerdən!
Mən nə qızlar sevdim, mən!
Düşün ağacları düşün
Ayaq üstə öldüklərin büs-bütün, barı düşün
Düşün üstümə yaxılmış qanı
Düşün bir az da olsa
İyrən ətəyimə çörək qoymaqdan
Ama saqın o qızdan saqın
Saqın yolunda ürək qoymaqdan
Mən nə qızlar sevdim, mən!
13 yaşım varkən də başladım, uşaqkən…
Sən ha! Saqın almanı dərməyəsən ha!
Saqın onu əllərinlə soymaqdan
Saqın ətəyinə qoymaqdan
Və sonra bir diş vurub doymaqdan saqın!
Bax əllərimi bulamış mor dadlı, vazelin qoxulu qan!
Mən nə üzlər öpdüm,
Nə əllər tutdum,
Nə bellər qucdum, deyəməm
Və bir daha nələr yapdığımı söyləyəməm!
Qəbirmi azlığı var, ölməkdən qorxam?
Yoxsa para mı istər ölmək?
Üzülmə yaşamın tükənirsə, üzülmə oğlan
Üzül başlanmamağından!
Vay anam anam!
Kim məni püləmiş qarnına?
Məndənmi qoyu almış öncədən? Xatırlamam!
Axi kim şişirmiş onu?
Utanma söylə,
Kefdənmi başlandı,
Ağrıdamı bitdi sonu?
Buda mənim payım
Qurumuş bir ağac da olmadım, sındığıma şaqqıldayım!
Hirsimdən çeynərəm ayaq dırnaqlarımı
Çeynərəm də ətli sümüklü
Hamı kişilər tərli
Hamı qadınlar yüklü
Yazığım gələr uşaqlara
Etiraz da bacarmazlar yerli dibli!
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lap da belə doğulduğum yerdən!


http://ilk.bizimki.org
XS
SM
MD
LG