Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:15

Azərbaycan «Nabucco»ya yox deyə bilər


«Azərbaycan öz qazını Avropaya «Nabucco» layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə də çıxara bilər»

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev belə deyib.

«Hər şey ola bilər, layihələr çoxdur və heç birini kənara qoya bilmərik. Digər marşrutlarla yanaşı, «Nabucco» layihəsinin iştirakçıları da öz şərtlərini və imkanlarını hazırlayırlar. Biz bunların arasından seçim edəcəyik».

İyunun 6-da Türkiyədə «Nabucco» layihəsi üzrə memorandumun imzalanmalıdır.

APA-nın məlumatına görə, Rövnəq Abdullayev deyib ki, Azərbaycanın bu layihəyə, eləcə də Avropaya qaz nəqlini nəzərdə tutan digər layihə marşrutlara münasibəti normaldır:

«Biz bu layihələrin reallaşmasını istəyirik, çünki belə olsa, bizim imkanlarımız da böyüyər».

Azərbaycan «Şahdəniz» layihəsinin növbəti mərhələsində çıxacaq qazın Avropaya nəqli ilə bağlı marşrut seçiminə başlayıb. Hazırda Azərbaycan «Nabucco» iştirakçıları ilə birlikdə onların təqdim edəcəkləri şərtləri müzakirə edir.

«Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri təxminən 7,9 mlrd. avrodur.
XS
SM
MD
LG