Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:01

Cümhuriyyət ideyalarının daşıyıcıları kimdir?


Cümhuriyyət ideyalarının daşıyıcıları kimdir?
Gözlə

No media source currently available

0:00 0:51:48 0:00
Direct-ə keçid

Müsavat başqanı İsa Qəmbər və «Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov bu barədə fikirlərini bölüşürlər.

İlqar Məmmədov
Müsavat başqanı İsa Qəmbər və «Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov bu barədə fikirlərini bölüşürlər.

İlqar Məmmədov:

«Cümhuriyyət ideyalarının daşıyıcısı hər bir sərbəst iradə daşıyıcısıdır Azərbaycanda. Bu, başqalarının həmin o sərbəst iradəsini sıxmayan, boğmayan, məhv etməyən insanlardır. Hər halda cümhuriyyət ideyalarının daşıyıcıları sırasında İlham Əliyevin adını görmürəm. Çünki məhz onun hakimiyyəti, iqtisadiyyatı, sosial siyasəti necə idarə etməsi göstərir ki, o, Azərbaycanda cümhuriyyət ideyalarının daşıyıcısı sırasında yoxdur. Başqa insanların haqlarının tapdalanmasında ona kömək edən və indiki sistemi yaşadan şəxslərin adlarını da mən görmürəm bu işdə. Qalan bütün Azərbaycan vətəndaşları fikrindən, təsəvvüründən asılı olmayaraq hər biri cümhuriyyət ideyasının daşıyıcısıdır. O, İlham Əliyevin partiyasına səs verməsinə baxmayaraq, birbaşa repressiyalarda iştirak etmirsə və bu repressiv sistemi müdafiə etmirsə, o, da prinsipcə cümhuriyyət ideyasını daşıyan şəxslərdən biridir...».

İsa Qəmbər
İsa Qəmbər:

«Müsavat Partiyası və onun üzvləri sadəcə olaraq cümhuriyyət ideyasının daşıyıcıları deyillər, həm də cümhuriyyətin qurucularıdır. Cümhuriyyəti və elə Müsavat Partiyasının özünü də Məmməd Əmin Rəsulzadə və onun silahdaşları qurublar və bunu bizə əmanət edib gediblər. Ona görə də biz sadəcə, bu ideyaları yaşatmaq yox, cümhuriyyətin özünün yaşaması üçün özümüzü məsul hesab edirik. Təbii ki, bu ideyaları qətiyyən inhisara almaq niyyətində deyilik. Əksinə, Azərbaycan xalqının hər bir fərdinin, hər bir vətəndaşının bu dəyərlərə sahib çıxmasını istərdik. O adamları cümhuriyyət ideyalarının daşıyıcısı hesab etmək olar ki, onlar cümhuriyyət dəyərlərini anlayırlar, dərk edirlər və qəbul edirlər. Başqa sözlə, hakimiyyətin mənbəyinin xalq olduğunu, hakimiyyətin xalq tərəfindən formalaşdırılması zərurətini, hakimiyyətin bölgüsü ideyasını, azadlıqların önəmini qəbul edirlər...».

XS
SM
MD
LG