Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:33

Mayda ət bahalaşıb, meyvə-tərəvəz ucuzlaşıb


Bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub
Bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub
Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 0.9% ucuzlaşması nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0.4% ucuzlaşıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən ay ərzaq məhsullarından düyü, un, qarabaşaq yarması, toyuq əti, təzə balıq, süd, yumurta, kərə yağı, şəkər və şəkər tozu, limon, portağal, banan, armud, alça, çiyələk, göyərti, xiyar, pomidor, bibər, badımcan, göy lobya, kök, sarımsaq, soğan, kartofun qiyməti ucuzlaşıb.

Eyni zamanda, ay ərzində ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub ki, bu əsasən manna yarması, makaron məmulatları, mal və qoyun əti, toyuq budu, bitki yağları, alma, naringi, şabalıd, kələm, çuğundurun qiymətlərində qeydə alınıb. /APA/
XS
SM
MD
LG