Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:08

A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir


Araz Əzimov
Araz Əzimov

NAZİR MÜAVİNİ KAZAN GÖRÜŞÜNƏ OPTİMİST DEYİL

Azərbaycanın Xartici İşlər nazirinin müavini Araz Əzimov bildirir ki, Bakı Qarabağ üçün yeni müharibə olmasını istəmir. O, “Reuters” agentliyinə müsahibəsində həm də deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu ayın sonuna nəzərdə tutulan Kazan görüşündə də Qarbağ münaqişəsinin həlli üçün ciddi nəticələr gözləmir: "Mən Kazan görüşünə o qədər də optimist deyiləm. Düşünmürəm ki, bu görüşdə münaqişənin həllinə dair baza prinsipləri razılaşdırlacaq".

Amma bu müzakirələrdə vəziyyətin bir qədər aydınlaşacağını guman edir: “Biz diplomatik danışıqların imkanları tükənməyincə, müharibədə maraqlı deyilik. Amma kim deyə bilər ki, Azərbaycanın ordusu zəif olsun. Güclü orduya malik olmaq lazımdır, amma ondan istifadə etmək yaxşı deyil. Biz də bu prinsiplə hərəkət edirik” – deyə Araz Əzimov ordunun gücləndirilməsinin yeni müharibə ehtimalı yaratması barədə suala cavabında deyib.

Nazir müavini həmçinin əlavə edib ki, Bakı sülh danışıqlarına müəyyən qədər yumşaqlıq gətirməyə hazırdır: “Amma biz beynəlxalq hüququn prinsiplərindən nə kənara çıxa bilərik, nə də həmin prinsiplərdə göstəriləndən azına razı ola”.

RUSİYA QƏBƏLƏ RLS-Ə GÖRƏ DAHA ÇOX ÖDƏMƏLİDİR

Araz Əzimov “Reuters”ə müsahibəsində onu da qeyd edib ki, Azərbaycan özünün “Dəryal” analitik informasiya mərkəzinin – Qəbələ RLS-in istifadəsinə görə Rusiyadan daha çox icarə haqqı istəyir. 2012-ci ildə müddəti başa çatan icarə müqaviləsini Moskva uzatmaq istəyir. Rusiya bu stansiyanın istifadəsinə görə ilə 10 milyon dollar ödəyir.

Araz Əzimov deyir ki, Bakı müqavilənin müddətini uzatmağa hazırdır, amma onun şərtlərinin dəyişdirilməsini istəyir. O, Bakının istədiyi yeni icarə məbləği haqqında bir məlumat verməyib. Yalnız onu bildirib ki, risklərin artması və onun əhəmiyyətinin yüksəlməsinə görə icarənin məbləği də qaldırılmalıdır.

Qəbələ RLS Rusiyanın raketdən müdafiə sisteminin mühüm elementidir və cənub istiqamətindən mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq edir.
Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən radiolokasiya stansiyası.SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub.İstismara 1985-ci ildə verilib.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib.
Hal-hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəsisləri də fəaliyyət göstərir.

Bir neçə il əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsinin əvəzinə onun birgə istifadəsini təklif edib. Amma ABŞ bununla razılaşmayıb.

HƏMÇİNİN OXUYUN:

Edvard Nalbandyan: «Azərbaycan razılıq versə...»
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
Qəbələ RLS-i yenə Rusiyaya veriləcək?
«Serdyukov Qəbələyə sadəcə RLS-i görmək üçün gedib»
Vladimir Doroxin: «Dağlıq Qarabağ danışıqlarında ümidlər zamanıdır»
XS
SM
MD
LG